Ən çox satılan kitablardan mənalı sitatlar

Gülmək günəş kimidir, o, insanların üzündəki qış soyuğunu qovur.

Victor Hugo, Səfillər

  • Hərdən xatirələr, zamanın saraltdığı,detallarını görə bilmək üçün xüsusi işıq tələb edən şəkillərə bənzəyir..
    Marc Levy, Yenidən Başlamaq Mümkün Olsaydı
  • Bir çiçəyi böyüdən sevgi, səncə insanı dəyişdirə bilməz?
    Antuan de Sent-Ekzüperi ,Balaca Şahzadə
  • Bəs sevgiylə çalışmaq nə deməkdir?
    Bu öz ürəyinin tellərindən paltarlar toxumaq deməkdir, sanki onları sənin sevgilin geyinəcək
    Oşo, Bizə Sevgidən danış
  • «Uşaqlar rəngləmə albomları deyil.Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən»
    Khaled Hosseini, Çərpələng Uçuran
  • "İllər necə də sürətlə gəlib keçir!«Yenə də özündən soruşursan:»Axı ,nə elədin ki,bu uzun illər belə tez ötüb keçdi. Ömrünün ən yaxşı günlərini harada məzara gömdün?Sən yaşayırdın ya yox?"
    Fyodor Dostoyevski, Bəyaz Gecələr
  • Nə qədər qəribə görünsə də, mənəvi varlığın parçalanmasından əmələ gələn mənəvi yara da fiziki yara kimi yavaş-yavaş qaysaq bağlayır.
    Lev Tolstoy, Hərb və Sülh
  • İnsanlar ən çox nədən qorxur? Bu çox maraqlıdır. İnsanlar ən çox atacaqları yeni addımdan, söyləyəcəkləri yeni sözlərdən qorxurlar...
    Fyodor Dostoyevski, Cinayət və Cəza
  • İnsanlara toxunmaqdan çəkinən, hələm-hələm sevdiklərini qucaqlamayan insanlara təəssüflə baxıram. Çünki, çox şey itirirlər.
    Joe Navarro, Bədən Dili
    Ən çox satılan kitablardan mənalı sitatlar

    Ən çox satılan kitablardan mənalı sitatlar kitab sozleri

«Həyatı, sizə gülməyi unutduracaq qədər ciddiyə almayın.»

Robin Şarma, «Ferrari»sini Satmış Rahib

 

  • "Əgər Voldemortun başa düşmək iqtidarında olmadığı nəsə varsa — o məhəbbətdir. O, dərk edə bilməzdi ki, ananın sənə hiss etdiyi məhəbbət o qədər güclü məhəbbət idi ki, o, izsiz qala bilməzdi. Bu çapıq deyil, bu o, ümumiyyətlə, gözəgörünməzdir."
    J. K. Rowling (Robert Galbraith), Harri Potter və Fəlsəfə Daşı
  • Amma qanun qanundur və qurbanın əxlaqsızlığı qanunun gözündə qatilə bəraət qazandıra bilməz.
    Arthur Conan Doyle, Şerlok Holms — Al Qırmızı Etüd
  • “Musiqinin içinizdəki bəzi kilidləri aça bildiyini, sizi bəstəkarın belə apara bilmədiyi yerlərə apara biləcəyini bilməmişdim.”
    Jojo Moyes, Səndən Öncə Mən
  • Mark Tvenin çox gözəl bir sözü vardır:
    «Həyatım boyunca çoxlu qorxunc hadisələrlə qarşılaşdım. Bunlardan bir neçəsini isə həqiqətən yaşadım.»
    Richard Carlson,Xırda Şeyləri Dərd Etməyin
  • ...fasilə etmədən, saatlarca yazmağa davam etdim. Özümü fərqli insan kimi hiss edirdim...Daha özümü lazımsız ağzı bağlanmış biri kimi hiss etmirdim. Mən azad idim, düşünə bilirdim, yaşaya bilirdim, yarada bilirdim...
    Christy Brown, Sol Ayağım
  • Hər kəsin hekayəsinin öz janrı var. Bəziləri faciə yaşayır, kimiləri sonu görünməyən dini dramda iştirak edir, bəziləri döyüş filminə bənzər bir həyat sürür, bəziləri də öz ömrünü komediya kimi yaşayır. Amma son nəticədə bunların hamısı sadəcə hekayədir.
    Yuval Noah Harari, Homo Deus: Sabahın Qısa Tarixi
  • Əgər sən hiss eləsən ki heç nəyi qoruya bilməsən də, insan kimi qalmağı bacarırsan, artıq onları məğlubiyətə uğratmış olursan.
    George Orwell, 1984
  • Hə, səbəb elə budur. Əgər sən başqaları kimi deyilsənsə, tənhalığa məhkumsan.
    Aldous Huxley, Yeni Cəsur Dünya
  • Bəzən mənə elə gəlir ki, əksinə, dünyada o qədər ağıl dəryası var ki, heç birində mehribanlıqdan əsər-əlamət yoxdu.
    John Steinbeck, Siçanlar və Adamlar
  • — Sən niyə mənim kimi eləmirsən axı?
    — Sən neynəyirsən ki?
    — Heç kimdən heç nə gözləmirəm. Ona görə peşman da olmuram.
    José Mauro de Vasconcelos, Şəkər Portağalı
  • Siz iki gözünüzü bir milyard dollara satardınızmı? Hər iki ayağınız üçün siz hansı məbləği tələb edərdiniz? Bəs əlləriniz üçün? Bəs eşitmək qabiliyyətiniz üçün? Övladlarınız sizin üçün qiymətlidirmi? Bəs ailəniz? Öz məziyyətlərinizi fikrinizdə cəmləyin və siz anlayacaqsınız ki, malik olduğunuzu Rokfellerlərin, Fordların və Morqanların birlikdə götürülmüş var-dövlətinə dəyişməzdiniz. daha az
    Dale Carnegie, Dostları Necə Qazanmalı və İnsanlara Təsir Etməli

Düşdüyünüz depressiyanın niyəsini və dəyərlərinizin nədən ucuzlaşdığını öyrənmək istəyəndə, birinci yan-yörənizə baxın: görün, siz qanmaz adamların çevrəsində deyilsiniz?

Sigmund Freud, Sevgi Məktubları
 

0 şərh