Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Depressiya/Şiringül Musayeva.(1-ci hissə)

-Çoxdan   xəstəsiz ?-  Nazim   həkim  Cavad müəllimi    müayinə  etdikdən   sonra   soruşdu.
  -  Son    bir ildir , beləyəm  -Cavad müəllim bir qədər pərt cavab verdi.
  -   Xəstələrdə  tez-tez  rast  gəldiyimiz      problemlərdən   biridir.  Hələ  siz  yaxşısınız ,elələri var otuz, qırx  yaşından bu bəlaya tuş olur. Şəhər   mühiti ,  çirkli  hava ,yediyimiz mənşəyi  bəlli  olmayan   qidalar –hər  şey  orqanizmə   təsir   edir. Nə  yazıq  ki, biz  təbiətdən və  eyni zamanda cəmiyyətdən  asılı   məxluqlarıq .Təbiət   bizim   maddi varlığımızı ,cəmiyyət  isə  mənəviyyatımızı   şərtləndirir.
-   Təbiət  bizi    yetişdirir  və   sonra  da     aradan   götürür -Cavad  müəllim   dedi.
    — Barışmaq  lazımdır  təbiətlə  də ,  cəmiyyətlə  də.
      -Və  elə   ölümlə  də-Cavad  müəllimin  səsində  qəmli   bir   ahəng   var  idi.
Davamı →

Depressiya/Şiringül Musayeva.(2-ci hissə)

-Salam  ,doktor.
-Salam, Cavad müəllim, işlər  necə   gedir.?
— Əla  gedir. Xəstəlik  daha  da  genişlənir, şaxələnir.-Cavad müəllim əsəbi-əsəbi  dedi.
-Dostum,  belə  əsəbi  olsanız...Gəlin...gəlin  bir yoxlayaq...
 Cavad  müəllim pərdə  arxasına keçdi.
 Doktor onu    müayinə  etdi.
Davamı →

Depressiya/Şiringül Musayeva.(3-cü hissə)

  -Nə  var ,nə  yox, Cavad  müəllim, çoxdandır   görünmürsüz?   Nə   vaxt  gəldiniz  Türkiyədən?
-Bir  ay  olar   ki,  burdayam
-Necəsiz?-  Nazim  doktor  diqqətlə  Cavad   müəllimi  süzdü. Ağrı –acınız  varmı?
-Yoxdur.
-Əla. İndi   sizi  yoxlayaram.-Nazim  həkim  biruzə  verməsə  də  Cavad  müəllimin rəngindən  heç  xoşlanmadı.
Müayinədən  sonra  həkim  bir  qədər  rahatladı
Davamı →

Son gecə | Rey Bredberi

– Bu gecə dünyanın yox olacağını bilsəydin, nə edərdin?
– Nə edərdim? Zarafat edirsən, ya…
– Yox, düzünü de.
– Bilmirəm. Bu barədə düşünməmişəm. – qadın qəhvədanın qulpunu ərinə tərəf çevirdi və fincanları nəlbəkilərə qoydu. Kişi özünə qəhvə süzdü. İki balaca qız uşağı qonaq otağının yaşıl neft lampası ilə işıqlanan küncündə kublardan bina yığırdılar. Təzəcə qaynamış qəhvənin yüngül, təmiz qoxusu axşamın havasına qarışmışdı.
– Düşünməyə başlasan, yaxşıdır, – dedi kişi.
– Ciddisən? Kişi başını yellədi.
– Müharibə? Bəlkə, hidrogen, ya atom bombası?
– Yox.
– Baktereoloji silah?
– Heç biri, – kişi asta-asta qəhvəsini qarışdırırdı, gözlərini fincanın içindəki qaranlığa zilləmişdi.
– Belə deyək də, kitabımız bağlanır.
– Heç nə başa düşmürəm.
– Elə mən də. Sadəcə ürəyimə damıb. Bəzən dəhşətə gəlirəm. Bəzən də heç qorxmuram, əksinə sakit oluram.
Davamı →

İki dost | Gi de Mopassan

Mühasirəyə alınmış Parisdə aclıq hökm sürürdü. Damdakı sərçələr və kanalizasiyadakı siçovullar da gözə az-az dəyirdi. İnsanlar əllərinə keçən hər şeyi yeyirdilər.

İxtisasca saatsaz olan və heç yerdə işləməyən Cənab Morissot bir aydın yanvar səhəri əlləri cibində, qarnı ac bulvarda gəzərkən gözlənilmədən bir tanışı ilə- birlikdə balıq tutduğu Cənab Sauvajla üz-üzə gəldi. Müharibə başlamamışdan əvvəl Morissot hər bazar səhəri əlində bambuk çubuğu və belində vedrə ilə yola düşməyə adət etmişdi. O, Argenteuil qatarına minər, Kolombda düşər və buradan İle Marante çayına doğru yol alardı. Morissot xəyallarının məkanına çatan kimi balıq tutmağa başlayar və gecə düşənə qədər davam edərdi. O, hər bazar günü burada kök, məzəli və bəstəboy görünüşlü Cənab Sauvajla görüşərdi. Cənab Sauvaj Rue-Notre-Dame-de-Lorettedə pərdəçi işləyirdi və həmçinin balıq tutmağı dəlicəsinə sevirdi. Onlar adətən günün yarısını yanaşı oturub əllərində tilov, ayaqlarını suyun üzərində yellədərək keçirərdilər. Bununla da aralarında mehriban dostluq münasibəti yaranmışdı.

Bəzi günlər onlar heç danışmazdılar; bəzilərində isə boş-boş söhbət edərdilər; lakin onlar sözlərə ehtiyac duymadan bir-birini tamamilə başa düşürdülər. Bənzər zövqlərə və hisslərə malik olmaq onlara bir-birini anlamaq üçün kifayət edirdi. Günəşin suyun üzərində xəfif duman yaratdığı və iki həvəskar balıqçının kürəyini isitdiyi yaz səhərində, təxminən saat on radələrində Morissot öz yoldaşına deyərdi: “Dostum, bura məftunedicidir”. Yoldaşı cavab verərdi: “Mən bundan daha gözəlini təsəvvür edə bilmirəm!” Elə bu bir neçə kəlimə onların bir-birini anlaması üçün yetərli idi.
Davamı →

Mənim bahalı ayağım | Haynrix Böll

– Hansı ayağınızdır? – soruşdu.
– Sağ.
– Tamamilə?
– Tamamilə.
– Hm – vaxtı uzadaraq digər kağızlara göz gəzdirdi. Oturmağıma icazə verdilər. Nəhayət o münasib kağızı götürdü.
– Məncə, – o dedi, – bu iş elə sizin üçündür. Əladır, həm də oturaq işdir. Respublika meydanındakı ictimai tualetlərdə çəkmə təmizləyən vəzifəsi. Necədir?

– Çəkmə təmizləyə bilmirəm. Yaxşı təmizlənməmiş çəkmələr ucbatından həmişə başım ağrıyıb.
– Eybi yoxdu, öyrənmək olar, – dedi, – hər şeyi öyrənmək olar. Alman hər şeyi bacarar. Əgər istəsəniz, ödənişsiz təlim kursu da keçə bilərsiniz.
– Hm, – Nə deyirsiniz, yarayar bu iş?
– Yox – dedim.
– İstəmirəm. Mənə belə gəlir ki, bu iş məni qane etmir.
– Siz dəli olmusunuz, – sakit səslə və mərhəmətlə dedi.
– Xeyr, dəli olmamışam, heç kim mənə kəsilmiş ayağımı qaytara bilməz. Hətta siqaret satmağa da icazə vermirlər. İndidən imkan vermirlər. Məmur stula dirsəkləndi və sinəsini hava ilə doldurdu.
Davamı →

Vicdan | İtalo Kalvino

Müharibə başlayanda Luici adlı bir adam peyda olmuşdu, könüllü yazılmaq istəyirdi. Hamı onu tərifləyib göylərə qaldırırdı.

Luici silah paylanılan yerə gedib birini götürdü və dedi: “İndi gedib Albertonu öldürəcəm”. Ondan Albertonun kim olduğunu soruşdular. “Düşməndir Alberto, mənim düşmənim”, – deyə cavab verdi. Ona istədiyi hər adamı öldürməyə icazə verilmədiyini, yalnız bəlli düşmənləri öldürməli olduğunu başa salmaq istəyəndə, “Nədi?!” deyib bozardı:

“Siz məni axmaqmı hesab eləyirsiz? Alberto elə ən böyük düşməndi. Onlara qarşı müharibəyə başladığınızı eşidəndə, dərhal sizə qoşulmalı olduğumu düşündüm, çünki yalnız bu halda Albertonu öldürə bilərdim. Elə buna görə indi yanınızdayam. Onu yaxşı tanıyıram, əclafın, alçağın yekəsidir. Mənlə xaincəsinə davrandı, qadının yanında üzüqara oldum, alçaldım…
Davamı →

İvan Bunin

İvan Bunin 1870-ci ildə Voronejdə, zadəgan nəslində anadan olubdur. Onun mənsub olduğu nəslin Rusiyanın ictimai və mədəni həyatında rolu böyük olmuşdur. Bu nəsildən dövlət xadimləri, hərbçilər, şairlər, yazıçılar çıxmışdır. Məsələn, onlardan biri Vasili Jukovski olmuşdur. Vasili Jukovski İvan Buninin ulu babasının qeyri-qanuni oğlu olmuşdur.

Belə ki, İvan Buninin ulu babasının əsir türk qızı Səlimə ilə olan münasibətindən Vasili Jukovski anadan olmuşdur. Vasili Jukovski XIX əsr rus ədəbiyyatının inkişafında xidmətləri olan yaradıcı insanlara mənəvi cəhətdən qayğı, diqqət göstərmiş, onlara mənəvi dayaq olmuşdur. Məsələn, Puşkin, Lermontov, Nekrasov və digərləri bu mənəvi dayağı görənlər içərisində olmuşdur.

İvan Alekseyeviç Buninin həyatının üç ili anadan olduğu Voronejdə keçmişdir. Sonra onun atası Orlov quberniyasının Yelits əyalətinə gəlmişdir. Və burada Butırkı xutorunda yaşamışdır. İvan Buninin uşaqlıq illəri burada keçmişdir.

İvan Alekseyeviç Buninin ilk müəllimi Nikolay Romaşkov olmuşdur. Nikolay Romaşkov Buninin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Nikolay Romaşkov Moskvada Lazarev adına Şərq Dilləri İnstitutunu bitirmişdir.
Davamı →

Bir ər və arvadın macərası | İtalo Kalvino

Arturo Massolari gecə növbəsində işləyirdi. İşi saat altıda bitirdi. Evə qayıdarkən yolu uzun olduğundan yaxşı havada velosipeddən, soyuq və yağışlı aylarda isə tramvaydan isifadə edirdi. Yeddiyə on beş dəqiqə qalmış, ən geci saat yeddidə evə çatırdı. Yəni, arvadı Elidenin zəngli saatı çalmazdan ya bir az əvvəl, ya da bir az sonra. Səhərin dərin yuxusunda olarkən üst-üstə düşən iki səsi: Arturonun ayaq səsləri ilə, zəngli saatın səsini eşidib, o, üzünü bir neçə saniyə daha yastığa sıxardı. Sonra gözü yumlu, saçları gözlərinin üstünə tökülmüş şəkildə yataqdan ayağa qalxar və əllərini xələtinin cibinə salardı. Arturo işə apardığı çantasındakı əşyaları – termusu, yemək qabını, çıxarıb masanın üzərinə qoyarkən, Elide bu halda onun qarşısına çıxardı.

Əri artıq sobanı yandırıb, qəhvəni onun üzərinə qoymuşdu. Arturo Elidanı görən kimi, o, əlini saçlarında gəzdirər, sanki, ərinin evə həmişə daxil olaraq onu səliqəsiz və yarı yuxulu görməsindən utanırmış kimi gözlərini geniş açardı. İkisi birlikdə yatanda isə başqa cür olurdu, çünki hər ikisi eyni vaxtda yuxudan ayılardılar. Bəzən isə zəngli saat çalmazdan bir dəqiqə öncə, Arturo yataq otağına əlində bir fıncan qəhvə ilə daxil olub onu oyadardı.
Davamı →

Qisas | İvan Bunin

Avqustun sonlarında dənizdə çimmək və naturadan şəkil çəkmək məqsədilə gəldiyim Kann pansionundakı bu qəribə qadın ayrıca masada səhər qəhvəsini içir və nahar edirdi.

Gərgin, qaşqabaqlı görünüşü var idi, elə bil, ətrafında heç kimi və heç nəyi görmürdü; qəhvədən sonra, demək olar ki, axşamadək harasa yox olurdu. Mən artıq bir həftəyə yaxın idi pansionda qalır və maraqla ona göz qoyurdum: qara, qalın saçlar, başını dövrələmiş yoğun qara hörük, qara gülləri olan qırmızı kreton paltar geyindiyi sağlam bədən, yaraşıqlı, sərt sifət, bir də o kədərli baxışlar.

Yeməkpaylayan elzaslı bir qız idi; on beşə yaxın yaşı olmasına baxmayaraq, iri döşləri, enli dalı var idi, həddən artıq kök olsa da, bu, ona məlahət və zəriflik verirdi; son dərəcə yelbeyin və mehriban idi, hər sözdən ürkər və gülümsəyərdi; bir dəfə onunla dəhlizdə qarşılaşarkən həmin qadınla maraqlandım. Qız diksinməyə və gülümsəməyə hazırmış kimi bulanıq-mavi gözlərini mənə zillədi:
Davamı →