Prinsip 10

Qısamüddətli perspektivdə cəmiyyət inflyasiya və iş­sizlik arasında seçim etməlidir
Əgər inflyasiyanın səbəbi bu qədər aşkardırsa, onda nə üçün o,cəmiy­yət və siyasətçilər üçün «baş ağrısına» çevrilir? Bunun səbəblərindən biri ondan ibarətdir ki, çox vaxt inflyasiyanın azaldılması işsizliyin müvəq­qəti artmasının səbəbi kimi nəzərdən keçirilir. Inflyasiya və işsizlik arasın­dakı asılılığı bu qar­şılıqlı əlaqəni kəşf edən iqtisadçının şərəfinə adlandırı­lan Fillips əyrisi təsvir edir.
Bu günlər Fillips əyrisinin düzgünlüyünə şübhə ilə yanaşılır, lakin iqtisad­çıların əksəriyyəti qısamüddətli perspektivdə inflyasiya və işsizlik arasındakı asılılıq barədə müddəa ilə razılaşırlar. Başqa sözlə, 1-2 illik dövr ərzində dövlətin iqtisadi siyasəti inflyasiyanın və işsizliyin səviyyələrinin dəyişməsində  tam əks meyllər üzə çıxara bilər. Adətən, siyasət bu pro­blemlə əvvəlcədən inflyasiya və işsizlik yüksək (1980-cı illərin əvvəllərində olduğu kimi), yaxud aşağı (1990-cı illərin sonunda olduğu kimi), ya da hər hansı digər göstəricilərə malik olduğundan asılı olmayaraq qarşılaşır.
Belə qısamüddətli asılılığın səbəbi nədən ibarətdir? Adətən, onun meydana çıxmasını qiymətlərin bəzi əmtəələrə və xarici təsirlərə asta reak­siyası ilə izah edirlər. Misal üçün fərz edək ki, hökumət iqtisadiyyatda pulların miqdarını azaldır. Uzunmüddətli perspektivdə belə siyasətin yeg­anə nəticəsi qiymətlərin səviyyəsinin ümumi enməsidir. Lakin konkret əm­təələrin qiymətlə­rinin tədavüldə olan pulların miqdarının azalmasına reak­siyasının sürətini əvvəlcədən bilmək çətin ki, mümkün olsun. Bütün kom­paniyaların məhsullara qiymətləri azaltmasına, bütün həmkarlar ittifaqla­rının əmək haqlarının azaldılması ilə razılaşmasına və bütün restoranların yeni menyular çap etdirməsinə bir neçə il tələb olunur. Buna görə də belə deyirlər ki, qısamüddətli dövrdə qiymətlər qeyri-elastikdir.

Bu hal hökumətin siyasətinin müxtəlif qısamüddətli və uzun­müddətli effektlərinə səbəb olur. Dövlət iqtisadiyyatda pulların mi­qdarını azaltdıqda əhalinin əmtəə və xidmətləri əldə etməsinə yönəldilmiş xərclər də azalır. Satış­ların aşağı həcmləri işçilərin işdən azad edilməsi zə­ruriyyətini yaradır. Beləlik­lə, pulların miqdarının azaldılması müvəqqəti olaraq qiymətlərin yeni şəraitə tam uyğunlaşmasına qədər işsizliyin artma­sına gətirib çıxarır.
Lakin müvəqqəti artım nə deməkdir? Işsizlik bir neçə il müddətində arta bilər. Beləliklə, Fillips əyrisinin təhlili iqtisadiyyatın inkişafının başa düşülməsi üçün həlledici əhəmiyyətə malikdir. Siyasətçilər dövlət xərcləri­nin həcmini, vergi dərəcələrini və tədavüldə olan pulların miqdarını dəyiş­dirməklə, qısamüd­dətli perspektivdə inflyasiya və işsizliyin səviyyəsinə təsir etmək imka­nını əldə edirlər. Iqtisadiyyatın tənzimlənməsinin həyata keçi­rilməsi üçün pul və maliyyə-büdcə siyasətinin bu alətlərinin müstəsna əhə­miyyətə malik olması səbəbindən onların istifadəsi əvvəllər olduğu kimi, indi də ictimaiyyətdə arasıkəsilməyən mübahisələr yaradır.

Nəticə
Siz ekonomiksin predmeti haqda təsəvvür əldə etdiniz. Sonrakı fə­sillərdə insanların qarşılıqlı əlaqəsi, bazarlar və bütövlükdə iqtisadiyyatla bağlı çoxlu spesifik məsələləri nəzərdən keçirəcəyik. Bütün bunları aydın­laşdırmaq üçün sizin tərəfinizdən müəyyən cəhdlər tələb olunur. Bu fəsildə nəzərdən keçirdiyimiz Iqtisadi nəzəriyyənin 10 prinsipinə daim qayıda­cağıq. Yadda saxlayın ki, istənilən ən mürəkkəb iqtisadi analiz məhz on­lara əsaslanır.

PRINCIPLE #10: SOCIETY FACES A SHORT-RUN TRADEOFF BETWEEN INFLATION AND UNEMPLOYMENT

Phillips curve a curve that shows the short-run tradeoff between inflation and unemployment
 

0 şərh