Prinsip 9

Qiymətlər hökumət həddən artıq çox pul çap etdikdə artır

1921-ci ilin yanvarında Almaniyada gündəlik qəzet 30 pfenqin idi, 2 il­dən də az müddət keçdikdən sonra - 1922-ci ilin noyabrında onun qiyməti 70 mln. marka idi. Digər qiymətlər də uyğun nisbətlərdə artmışdı. Bu, dünya tari­xin­də inflyasiyaya – iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsi­nin artmasına ən tipik misaldır.

ABŞ heç vaxt belə ağır dövrlər yaşamasa da, inflyasiya vaxtaşırı olaraq amerikalılar üçün ciddi iqtisadi problemə çevrilir. Məsələn, 1970-ci illər ərzin­də ABŞ iqtisadiyyatında qiymətlərin ümumi səviyyəsi 2 dəfədən çox artdı. Prezident Cerald Ford inflyasiyanı «cəmiyyətin bir nömrəli düşməni» adlandır­mışdı. 1990-cı illərdə inflyasiyanın sürəti ildə 3%-ə qə­dəri təşkil edirdi və bunun saxlanılması şəraitində qiymətlərin ikiqat art­ması üçün 20 il tələb olunur. Inflyasiyanın yüksək səviyyəsi müxtəlif icti­mai xərclərin artması ilə bağlı olduğu üçün qiymətlərin artım tempinin aşağı səviyyədə saxlanılması əksər dünya ölkələrinin siyasətçilərinin əsas məqsədlərindən biridir.

Inflyasiyanı nə əmələ gətirir? Əksər hallarda həm yüksək, həm də aşağı səviyyəli inflyasiyanın səbəbi eynidir-tədavüldə olan pulun miqdarı­nın artma­sı. Hökumət çoxlu sayda milli pul vahidi buraxırsa, pulların dəy­əri azalır. 1920-ci illərin əvvəllərində Almaniyada qiymətlərin artım sürəti ayda 300% təşkil edirdi, bu zaman hər ay tədavüldə olan pulların miqdarı 3 qat artırdı. ABŞ-ın iqtisadi tarixi daha az faciəlidir, lakin təhlil göstərir ki, 1970-ci illərdə yüksək inflyasiya milli iqtisadiyyatda pulların miqdarının artım sürətinin yüksəlməsi ilə, 1990-cı illərdə aşağı inflyasiya isə onun azalması ilə əlaqədardır.

PRINCIPLE #9: PRICES RISE WHEN THE GOVERNMENT PRINTS TOO MUCH MONEY

inflation an increase in the overall level of prices in the economy

 

0 şərh