1.1. Prinsip 1. Insan seçir

Qərarların qəbul edilməsi barədə ilkin nəticə aşağıdakı kimi dürüst ifadə olunur: «Pulsuz nahar olmur». Ona zəruri olan hər hansı bir əşyanı əldə etmək üçün insan adətən, bu əşyadan az dəyərli olmayan digər əşya­dan imtina etmə­yə məcbur olur. Qərarların qəbul edilməsi bir məqsədin digərinə qarşı qoyul­masını tələb edir.
Ən dəyərli resursunun – vaxtının bölüşdürülməsi problemini həll edən tələ­bəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxun­ma­sına, ya psixologiyanın öyrənilməsinə, ya da bu iki elmin öyrənilməsinə sərf edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənil­məsinə sərf etdikdə, o, digər sahədə biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqi­qəni itirmiş olur. Təhsilə sərf etdiyi hər saatı o, velosipeddə gəzintiyə çıxmağa, teleproqramları seyr etməyə, istirahətə və ya qonşulu­qdakı kafedə işləməyə sərf edə bilər.
Digər bir misal kimi, onun valideynlərinin həll etməli olduqları ailə gəlir­lərinin bölüşdürülməsi problemini göstərə bilərik. Onlar bu gəliri ye­məyin, təzə geyimin, ya da turist putyovkasının alınmasına sərf edə bilər­lər. Bəlkə də, valideynlər gəlirin müəyyən hissəsini «qara gün» üçün saxla­maq, ya təqaüdə əlavə etmək, ya da uşaqların təhsilinə yönəltmək barədə qərar qəbul edəcək­lər. Əgər onlar əlavə hər dolları bu məqsədlərin hər hansı birinə yönəltmək barədə qərar qəbul edirlərsə, digər dəyərlərin əldə olunmasına istifadə oluna biləcək pulların dəyəri həmin bir dollar qədər azalır.
Cəmiyyətdə birləşən fərdlər bir çox belə analoji problemlərin həlli zəru­riy­yəti ilə qarşılaşırlar. «Toplar, yaxud yağ» klassik seçim. Xarici aqres­sorlara qarşı sərhədlərimizi daha etibarlı müdafiə etmək üçün milli müdafiəyə nə qə­dər çox xərcləyiriksə (toplar), həyat səviyyəsinin yüksəl­dilməsinə (yağ) və əmtəələrin istehsalına bir o qədər az resurs yönəldirik. Müasir cəmiyyətdə ətraf mühitin mühafizəsi və gəlirlərin yüksək səviyyəsi arasındakı seçim mühüm əhəmiyyət kəsb edir. Kompaniyalara resursların bir hissəsini təbiətin müha­fizəsinə yönəldilməsi barədə qanunvericilik aktı istehsal olunan əmtəə və xidmətlərin dəyərinin artmasına gətirib çıxarır. Istehsal xərcləri artan kom­paniyalar daha az gəlir əldə edirlər, öz işçilərinə daha az əmək haqqı ödəyirlər, əmtəələri daha yüksək qiymətlərlə satırlar, yaxud bu üç mümkün variantı kom­binə edirlər. Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik aktları cəmiyyət üzvlərinə təbiətin töhvələrindən bəh­rələnmək imkanı verdiyi zaman kom­pa­niya sahiblərinin, muzdlu işçilərin və istehlakçıların gəlirləri azalır.
Cəmiyyətin həlli yollarını tapmaq məcburiyyətində qaldığı digər məsələ sə­mə­rəlilik və bərabərlik arasında seçim məsələsidir. Səmərəlilik de­dikdə, məh­dud resurslardan istifadədən cəmiyyətin maksimum mümkün nemətlərin əldə etməsini başa düşürük. Bərabərlik o deməkdir ki, əldə olu­nan nemətlər cəmiy­yətin bütün üzvləri arasında bərabər bölüşdürülür. Başqa sözlə desək, səmə­rəlilik – iqtisadi piroq, bərabərlik isə onun hissələrə bölünməsi üsuludur. Döv­lətin siyasəti dəyişdikdə, çox vaxt səmərəlilik və bərabərlik bir- biri ilə zid­diyyətdə olur.
Misal üçün, iqtisadi nemətlərin ədalətli bölgüsünə nail olunmasına yönəl­dilmiş siyasəti nəzərdən keçirək. Işsizliyin sığortası, yaxud sosial yar­dım siste­mi kimi dövlət proqramlarının məqsədi ehtiyacı olan cəmiyyət üzvlərinə ya­rdım etməkdən ibarətdir. Digər tərəfdən, gəlir vergisi sistemi maliyyə baxı­mın­dan daha imkanlı fərdlərin əhəmiyyətli məbləğdə vəsaitlə­rinin dövlət ehtiyac­ları üçün verilməsini nəzərdə tutur. Lakin cəmiyyət üzvləri arasında bərabər­li­yin təmin olunmasına yönəldilmiş tədbirlər səmə­rəliliyin aşağı düşmə­sinə gəti­rib çıxarır. Dövlət tərəfindən varlılardan ka­sıblara gəlirlərin bölüşdü­rülməsi gərgin işə görə mükafatlandırmanı dəyər­dən salır, bunun da nəticə­sində insan əməyinin intensivliyi, əmtəə və xid­mətlər buraxılışı aşağı düşməyə başlayır. Başqa sözlə desək, dövlət iqtisadi piroqu daha bərabər hissələrə bölməyə cəhd etdikcə, piroqun özünün həc­mini azaldır.
Insanın qərarları öz-özlüyünə qəbul etməməsinin etiraf edilməsi onun hansı qərarı qəbul edəcəyini, yaxud qəbul etməli olduğunu bizə gö­stərir. Tələ­bə psixologiyanın öyrənilməsinə yalnız ona görə barmaqarası baxa bilməz ki, bu, ona ekonomiksin problemlərinin daha dərin öyrənil­məsinə imkan verəcək. cəmiyyət ətraf mühitin mühafizəsi tədbirlərindən yalnız bu tədbirlərin həyata keçirilməsinə yönəldilmiş xərclərin cəmiyyət üzvlərinin maddi gəlirlərinin səviy­yəsinin azalmasına gətirib çıxaracağına görə imtina edə bilməz. Eləcə də, yoxsulluğa yalnız ona görə diqqət yetir­məmək olmaz ki, cəmiyyətin köməyi əməyə stimula mənfi təsir göstərir. Seçim zəruriliyinin etiraf edilməsi ona görə xüsusi ilə vacibdir ki, əgər biz onun nəticələrini başa düşürüksə, düzgün qərar qəbul etmək imkanını əldə edirik.
 

0 şərh