Çayın dəmlənməsi

Çayın dəmlənməsi üçün ideal müddət 30 dəqiqədir
Loughborugh Universitetində 2 ay davam edən araşdırmalar nəticəsində ləzzətli çayın sirri tapılıb. Araşdırmalara görə, ləzzətin sirri çayın dəmlənmə müddətindədir. Elm adamları çayın dəmlənməsi üçün ideal müddətin 30 dəqiqə olduğunu hesab edirlər. 

Türkiyənin "Vatan" qəzeti ləzzətli çayın dəmlənməsi üçün lazım olan tövsiyələri təqdim edir.

- Çaydan metal deyil, keramikadan olmalıdır.

çay içməyin kefini yaşayın- Su qızdırıcısının qaynanmasını gözləyərkən keramik dəm çaynikini isidin. 
- Stəkanın dörddə biri qədər suyu dəm çaynikinə töküb mikrodalğada 1 dəqiqə ən yüksək səviyyədə isidin. 
- Müddət başa çatan kimi suyu boşaldıb çayı əlavə edin. 
- 60-65 dərəcədə dəmlənmiş çayın içilə bilən istiliyə düşməsi üçün 2-3 dəqiqə kifayətdir.

SU

- Çay dəmləyərkən istifadə edilən su təmiz və keyfiyyətli olmalıdır.
- Daha əvvəldən isidilmiş su istifadə edilməməlidir.
- İstifadə edilmiş su, daha az həll edilməmiş oksigen saxladığından çayın ətrini pozar.

ÇAY

- Əsl çay ətri üçün təzə yarpaq çaydan istifadə edilməlidir. 
- 1 çay qaşığı çay yarpağı, bir fincan çay üçün uyğundur.

 

10 şərh

Gülnar

Faydalı məlumatdır..Əlavə edim ki, yuxarıdakı qaydada suyu tökdükdən sonra çayı az xodda qazın üstündə çayın yarpaqları açılıb üzünə çıxanadək saxlamaq, yarpaqlar çıxandan sorna çayniki götürüb 2-3 dəq. kənara qoymaq lazımdır ki, dincini alsın. Dəmir çaynikdə dəmləmək effekt vermir..Təkar qızdırılan suda dəmləmək, elektrik çaydanda qızan su ilə dəmləmək də yaxşı deyil..

məryam
Bunları bilirdim. Teşekkürler.
MaksiMuS
Emeye ve paylawima gore twk.ama men inanmiram ne vaxtsa burda qeyd olunanlara riayet edem:)
Nailə_Qasarayeva
Bir dəfə qaynadılmış suyu, təkrar qaynadıb içmək də zərərlidir.

Mən çayın dəm alması üçün 10 dəqiqə gözləyirdim. :)  İndidən yarım saat gözləməliyəm. :(
MaksiMuS
Camaat yarim saata yemek biwirire;)
məryam
Bizdə qaynayan kimi, özü sönür. Dəyqəsini ölçməmişəm:)
kulturoloq
Çaydan söhbət gedir.Qaynar sudan yox!!! P.S Qurban
məryam

Çaydada su olur. Ve en esaslardan sayılır.

kulturoloq
ümümiyyətlə heç nənə fikir verməyin olan şeydir!
Responsible
«Mikrodalğa» bir də «yarm saat» söhbəti çatmadı mənə :)