Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Kolbasa

Ətdən hazırlanan ən məşhur məmulat kolbasadır. Kolbasanı Şərqdə də, Qərbdə də xoşlayırlar.
Qədim yunanlar donuz qanına piy parçaları, yarma və sarımsaq qatıb, qan kolbasası hazırlayırdılar.
Məlumdur ki, qədim romalılar Lukaniya və Qalliyyadan hisə verilmiş sosiska alırdılar. Müasir tipli bağırsaq kolbasalarını XIII əsrdən etibarən hazırlamağa başlamışlar.


Ardı →

Ət qidası

Ət qidası, demək olar ki, hazır şəkildə, orqanizmin maddələr mübadiləsi üçün tələb olunan əsas vacib maddələri də özünə daxil edir. O, orqanizmdə həzm prosesinin və bununla bərabər başqa vegetativ (yəni bitki həyatının hadisələrinə uyğun) proseslərin gedişatını qısaldır və beləliklə, canlı həyatın fəal təzahürü üçün daha çox vaxt, maddə və enerji qənaət edir… Bitki qidası ilə yanaşı ət qidasına adət, formalaşan insanın fiziki qüvvəsinin və müstəqilliyinin artmasına fövqəladə kömək edir. Amma ət qidasının əsas əhəmiyyəti o olur ki, zehnə qidalanma və inkişaf üçün əvvəlkinə nisbətən daha çox maddələr verərək beyinə təsir göstərir və onun nəsildən-nəslə daha sürətlə və dolğun təkmilləşməsinə imkan yaradır…


Ardı →

Duz

İnsan orqanizmi sutka ərzində orta hesabla 10 qrama qədər duz tələb edir. Duz həzm prosesi üçün ən vacib maddələrdən biridir və insan orqanizmi onu müntəzəm qəbul edir.
Bu nemət çox ehtimal ki, dəniz sahili ərazilərdə yaşayan xalqlara daş dövründən məlumdur. Çünki onu kəşf etmək üçün yalnız diqqətli müşahidə lazım idi. Ləpələr qayalara çırpılır, geri çəkiləndə qayaların koğuşunda su qalır. Bu su da buxarlanır və yerində duz kristalları parlayır. İnsan onu qaşıyıb dadına baxır, sonra da xörəklərində işlədir. Beləcə, duzun faydalı olduğu tədricən aydınlaşır və o məişətə daxil olur.


Ardı →

Bal

Arının hasil etdiyi balın füsunkarlığını insan hələ daş dövründə başa düşmüşdür.
Qədim yunanlarda bal üç gözəl xüsusiyyətin — mehribanlığın, məhəbbətin və paklığın nişanəsi sayılırdı. Əgər insanı balla müqayisə edirlərsə, bu o demək idi ki, o ən yüksək keyfiyyətlərə və məziyyətlərə malikdir. Məşhur Pifaqor (580-500) deyirdi ki, əgər o, bal yeməsəydi, doxsan il yaşamazdı.
Bir gün Demokritdən soruşurlar ki, insan hansı yolla uzun, həm də sağlam ömür sürə bilər? Demokrit cavab verir ki, əgər insan özünə xaricdən zeytun yağı, daxildən bal çəkərsə.


Ardı →

Şokoladın faydası

Qoxusu ilə belə insanı xoşbəxt edə bilən şokoladın hər gün yeni faydası üzə çıxır. Şokolad ürək xəstəlikləri, xərçəng kimi xəstəliklərlə mübarizə aparır, dərini və sümükləri bəsləyir. İngiltərənin «Mirror» qəzeti bu möcüzəvi şirniyyatın faydalarını araşdırıb.

1.Şokoladın tərkibində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Belə ki, kakao qırmızı şərabla müqayisədə iki, yaşıl çayla müqayisədə isə üç qat daha çox antioksidana sahibdir.
2.Şokolad zəngin kalsium qaynağıdır. Bu da sümüklərin möhkəm olması deməkdir.
3.Şokolad xüsusilə qadınların psixologiyası üzərində müsbət təsirlərə malikdir.
4.Güclü dişlər bədəndə olan florun miqdarından asılıdır. Şokolad bu maddə ilə də boldur.
5.Şokoladın tərkibindəki maddələr insanda xoşbəxtlik hormonunu artırır.
6.Şirniyyatın tərkibində olan dəmir və sairə maddələr dərini gözələşdirir, hüceyrələri yeniləyir.
7.Hər gün az miqdarda şokolad yemək qan laxtalanmasının, bu isə öz növbəsində qəfil infartk riskini aradan qaldırır.
8.Şokolad insanın enerjisini artırsa da, qanda şəkərin miqdarını sürətlə artırmır.
9.Qəhvə içmək yerinə şokolad yemək daha faydalıdır. Çünki onun tərkibində daha az kofein var.
10. Şokolad dişə ən az ziyan vuran şirniyyatdır. Çünki südlü şokoladın tərkibində yüksək miqdarda protein, kalsium və fosfat var. Bu maddələr diş minasını qoruyur.
11.Şokoladdakı yağ qandakı xolesterinin artmasına səbəb olmur.

Bu günlərdə bu nəfis şirniyyatın daha bir faydası üzə çıxıb. Sən demə şokolad insanın beynindən pis fikirləri, kin hissini, qisas almaq arzusunu dağıdır.
Davamı →