Рейтинг
+2.26

Esse

4 üzv, 98 topik

Ən şirin mütaliə

  • Esse
Mütaliənin çoxlu növləri var: iş üçün, öyrənmək üçün, hava atmaq üçün, əyləncə üçün və s. Bu gün sizə mütaliələrin ən şirinindən bəhs edəcəm — təcrübə üçün mütaliədən…

Yazı prosesində yazıçının ilişdiyi, axsadığı məqamların analogiyasını axtarmaqdan ötrü oxuduğu kitablardan söhbət gedir. Yazar dostlarımdan da soruşmuşam, belə anlarda adətən milli kitablar kara gəlir. Çünki, ədəbiyyat hər şeydən əvvəl dil hadisəsidir və yazıçını öz ana dilinizdə daha yaxşı hiss edirsən. Son yazılarımdan birini yazanda abzasdan abzasa, hadisədən hadisəyə, əhvalatdan əhvalata, situasiyadan situasiyaya keçiddə, axsamaq deməyək, fəndlərimin tükəndiyini və istər-istəməz təkrarlandığını hiss etdim. Təcrübə kimi Əkrəm Əylisinin kitabını götürdüm. Xatırladım ki, mütaliənin ən şirinində əsərin o qədər də önəmi yoxdur. Dili yaxşı bilən, mətni yaxşı yazan yazıçının istənilən əsərinə baxa bilərsiniz.
Davamı →

Mən ümiddən danışacağam | Sesar Valyexo

  • Esse
Mən bu ağrıdan Sesar Valyexo kimi əzab çəkmirəm. İndi mən rəssam kimi, insan kimi və hətta adi bir canlı məxluq kimi əzab çəkmirəm. Mən bu ağrıdan katolik kimi, müsəlman kimi, nə də ateist kimi əzab çəkmirəm. Bu gün mən sadəcə əzab çəkirəm. Əgər mənim adım Sesar Valyexo olmasaydı belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən rəssam olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən insan və hətta adi bir canlı məxluq olmasaydım belə, mən yenə də bu ağrıdan əzab çəkəcəkdim. Əgər mən katolik, müsəlman və yaxud ateist olmasaydım belə, mən yenə də bundan əzab çəkəcəkdim. Bu gün mən bütün varlığımla əzab çəkirəm. Bu gün mən sadəcə əzab çəkirəm.

İndi mən izaholunmaz ağrını yaşayıram. Mənim ağrım o qədər dərindir ki, onun artıq nə səbəbi var, nə də ki, səbəbə ehtiyacı. Buna səbəb nə ola bilərdi axı? Hardan tapılar o mühüm səbəb ki, haçansa bu ağrıya səbəb olmaqdan tükənsin? Heç nə deyil bunun səbəbi; heç nə buna səbəb olmaqdan tükənə bilməz.
Davamı →

Mədəniyyət və faciə | Rolan Bart

  • Esse
Zəmanənin simasını ədəbi janrların hamısından daha artıq müəyyənləşdirəni faciədir, faciə zəmanəyə maksimum ləyaqət və dərinlik verir. Ən parlaq zəmanələr ən faciəvi zəmanələrdir: Afinada beşinci əsr, İngiltərədə Yelizavet dövrü, Fransada 17-ci əsr. Bu yüzilliklərdən kənarda faciə susur. Bəs həmin dövrlərdə həmin ölkələrdə nə baş verirdi ki, faciənin yaranmasını mümkün və hətta təbii edirdi? Bu janrın yayılma sahəsi belə geniş idi, faciə müəllifləri qrup-qrup yaranır, bir-birinin səsinə səs verirdilər. Biz aydın hiss edirik ki, zəmanənin keyfiyyəti ilə onun faciə məhsulu arasındakı əlaqə təsadüfi deyil. Məsələ bundadır ki, həmin dövrlər mədəniyyətin əsrləri idi…
Davamı →

Gənclik | Tomas Vulf

  • Esse
Gənclik – heyrətаmiz vаxtdır: o, əzаblаr və sehrlərlə doludur, insаn dа ötüb-keçməmiş gəncliyini dərk eləmir. Onunlа аyrılığа dözmək iqtidаrındа deyil, ötüb-keçməsinə sonsuz kədərlə, təəssüflə tаmаşа eləyir, onu itirdiyinə ömrünün son günlərinəcən yаs tutmаlıdır, əslində isə gizli qüssə dolu sevinclə sаlаmlаyır, əgər onu müəyyən sehrli  tərzdə geri qаytаrmаq mümkün olsаydı, bu dövrü bir daha yaşamağa qətiyyən razı olmazdı.

Niyə аxı? Məhz onа görə ki, həyаtın qəribə, аcı möcüzəsi özünü gənclikdə olduğundаn bu qədər аydın heç yerdə göstərmir. Bəs bizim gənclik illərimizdə həyаtın bu qədər kəskin, bu qədər ifаdəedilməz tərzdə, belə аcı аğrıyla, sevinclə duyduğumuz bu qəribə, аcı möcüzəsinin mаhiyyəti nədir?

Bizim zəngin olmаğımızdа – kаsıblıq; qüdrətliyik – heç şeyimiz yoxdur; bu dünyаnın bütün аğlаgəlməz dəbdəbəsini, əzəmətini görə-görə, eşidə-eşidə, qoxulаyа-qoxulаyа, sehrli həyаtın binаsının, insаnın bələd olduğu ən uğurlu, zəngin, xeyirxаh, xoşbəxt həyаtın bütün bu binаsının elə indi, bu аndа, həmişəlik bizim olduğunu duyа-duyа yаlnız аddım аtmаğа, əl uzаtmаğа, söz deməyə bəndik; аmmа bilirik ki, heç şeyi götürə, özününküləşdirə, qoruyub sаxlаyа bilmərik.
Davamı →

Terror, yalan və onların televiziya effekti

  • Esse
Terror kütləvi informasiya vasitələri (KİV) dövrünün fenomenidir. Əgər KİV olmasaydı, onda yeni xəbər yaratmaq üçün nəzərdə tutulmuş hadisələr də baş verməzdi. Terrorizmin mahiyyəti, siyasi məqsədlərə çatmaq üçün terrorun yayılmasından ibarətdir.

Terrorizmi aşağıdakı üçbucaq yaradır: terrorçu, onun qurbanı (bu üçbucağın ən mühüm tərkib hissəsidir) və terrorçunun qorxu yaradaraq özünə tabe etməyə çalışdığı kütlə. İstifadə olunan metodlar və ideologiya dəyişə bilər, bu sadəcə fundamental strategiyanın detallarıdır. Məqsəd hər cür zorakı yollardan istifadə edərək, qorxu yaratmaq və qarşıya qoyulan məqsədə çatmaqdan ibarətdir.

Terrorizm hər zaman rasionaldır, çünki terroru hərtərəfli gəlir-xərc hesablamaları apardıqdan sonra tətbiq edirlər. Məgər kütləvi, ya da tək bir qətl törədərək cəmiyyətə mesaj vermək, sadəlöv düşüncənin məhsulu ola bilərmi?
Davamı →

Mənasız həyatı mənalı həyata çevirməyin yolları

  • Esse
Xeyli adam var, onlara verilmiş həftələri, ayları, illəri, qısası ömrü hara, nəyə, necə xərcləməyi bilmirlər. Təxminən belə bir bənzətmə aparmaq olar. Adam cibində pul girir geyim mağazasına, amma nə alacağını, nə geyinəcəyini bilmir. Əlinə keçəni pulunu verib əyninə keçirir, nəticədə tutuquşuya oxşayır və gülməli vəziyyətə düşür. Halbuki, zövqlü bir adamdan məsləhət almaq olar. Burda utanmalı heç nə yoxdur. Necə deyərlər, bilməmək ayıb deyil, bilməyib soruşmamaq, öyrənməmək ayıbdı.

Bizim adamlarda belə bir fikir formalaşıb-əgər pulum varsa, deməli hamıdan ağıllıyam. Restoran tikdirir. İnteryeri peşəkara tapşırmaq əvəzinə özünün olmayan zövqünə arxalanır. Nəticədə aşağı-yuxarı bütün restoranlar bir-birinə oxşayır. Bayağılıq, süni parıltı, monotonluq adamın iştahasını küsdürür.

Əgər restoran tikdirən adam eqosunu sındırıb işi peşəkara tapşırsa, əlbəttə ortaya daha yaxşı, daha maraqlı məhsul çıxar. Fərqlilik yaranar. Adamlar da restorana gedəndə həzz alarlar.
Davamı →

Yaşamaq

  • Esse
1990-cı ildə “Gənclik” nəşriyyatının nəşr etdiyi “Bağban” adlı toplu (Toplunu Cəmil Nağıyev tərtib edib və ön söz yazıb-S.B.) bir çox insanların ədəbi zövqünün formalaşmasına təsir etdiyi kimi, mənim də zövqümün formalaşmasına öz təsirini göstərdi. “Bağban” toplusu 90-cı illərin qaranlıq, qarışıq, qatışıq günlərində oxuyan və ədəbiyyata həvəsli insanların sevimli kitabı oldu. Bu toplu bir çox ədəbiyyat həvəskarına mütaliənin doğru, ciddi istiqamətini göstərdi. Həmin topluda yer almış, Folknerin Kamyu haqqında söylədiyi fikirlər isə xüsusi ilə bir məsələdə məni ayıltdı, ciddi düşünməyə vadar etdi.
Davamı →

Ölümə qədər heç kim özünə xoşbəxt deməsin

  • Esse
İnsan son gününü gözləməlidir hər zamanMichel de Montaigne
Xoşbəxt deməyək ona ölmədən
Cənazəsi qaldırılmadan                                                      (Ovidi)

Krezin bu haqda məşhur bir hekayəsi var. Fars kralı onu edama məhkum edir. O da edam taxtasına gedə-gedə “Ah Solon, Ah Solon” deyə qışqırırmış. Bu sözünü krala çatdırıblar. Kral ondan niyə bu cür dediyini soruşub. O da Solonun verdiyi bir öyüdü söyləyib krala: “Tale sənə nə qədər xoş üz göstərirsə göstərsin, ömrün son günü gəlmədən insan özünü xoşbəxt saymamalıdır. Çünki insan həyatı qeyri-müəyyən və dəyişkəndir, kiçik bir hərəkətə görə bir vəziyyətdən başqa bir vəziyyətə keçir”. 

Makedoniyalı İsgəndərdən sonrakı Makedoniya krallarının dülgərlik, bağbanlıq etməsini, Siciliya qoçularının dayəliklə dolanmasını tarix unutmayıb. Dünyanın yarısını fəth etmiş, böyük orduların komandanı olmuş imperator Misir kralının nökərlərinə yalvarırdı. Qoca Pompey altı-yeddi ay az yaşasaydı, bu günə düşməzdi. 
Davamı →