Qorxulu Əhvalatlar silsiləsindən "Qafqazlı UNO (Uçan Naməlum Obyekt)"

OQONYOK JURNALI, 1978 Aprel sayı - "Qafqazlı UNO" (Uçan Naməlum Obyekt)
"...İlk öncə onu deyim ki, UNO tərəfindən qaçırılan istənilən şəxs ömürünün sonunadək onların təqibində olur...Birinci dəfə bu naməlum uçan obyektlə, daha doğrusu - "obyektlərlə" 65-ci ilin Mayında rastlaşdıq. İşdən 3 günlük məzuniyyət götürüb, nişanlım Adil, rəfiqəm Günay və qardaşı Rasimlə İsmayıllıya yollandıq, Adilin qohumları gilə. Tağımlı kəndinə elə maşınla yenicə daxil olmuşduq ki, kəndin sanki əbədi sükuta qərq olduğunu hiss etdik. Artıq kəndin içinə iki kilometr sürsək də, ətrafda bir canlıya rast gəlmək mümkün deyildi. Maraqlısı ondadır ki, ağacların yarpaqları belə əsmirdi.

Adil atasının əmisi oğlugilin evlərinin qarşısında maşını saxladı, biz qorxa-qorxa maşından çıxdıq. Bizə birgə qalmağı tapşırıb özü evin açıq qapısından içəri keçdi. Bir neçə dəqiqədən sonra ağappaq sifətlə çölə çıxıb, "Nə bilim?" deyənlər kimi çiynlərini yığdı. O qədər qormuşduq ki, ağlımıza gələn dəhşətli fikirləri bir-birimizə deməyə belə çəkinirdik. Mən şəxsən özüm elə düşünürdüm ki, kənddə ağır qan qisası hadisəsi və ya vəhşicəsinə zorakılıq olub ki, bu qədər kənd camaatını evindən çıxmasına bais olub. Bəs onlar hara gedə bilərdilər. Bilmirəm havanı naməlum qüvvə bilərəkdən soyudurdu ya nədir, amma adamın belə yaz havasında tükləri ürpəşirdi. Sanki şaxtalı fevral gecəsi idi. Yenə də lal-dinməz ətrafa göz gəzdirməyə başladıq. Evin qarşısı Kürdəmir yolu kimi açıq və quru düzənlik idi ki, bəlkə təbiətin zəncirvari şəkildə formalaşdırdığı təpələrə dək 3 kilometr uzanırdı. Adil birdən dilləndi "Axı mən bura keçən il gəlmişdim...Burada heç futbol meydançası böyüklüyündə belə düzən yox idi. Bir ilə bu hardan çıxdı belə...Yaddımda qalanı, ətraf qalın meşəylə əhatələnmişdi. Kəndə elə ona görə Tağımlı adını veriblər"...Bir neçə qonşu evləri də həmin şəkildə qapısı və həyət darvazası açıq şəkildə aşkar etdik. Təxminən beş qonşu evə də icazəsiz girib yoxladıq, amma elə bil Tağımlı kəndinin başına Səmud tayfasının başına gələnlər gəlmişdi. Təsərüffatları və ya məişətləri deyil özləri yerlə yeksan olmuşdular...Günay efileptik olduğundan belə klaustrofobik abu hava ona təsir etməyə bilməzdi. Huşu özündən getdi. Qərara aldıq ki, maşına minib bu yüzfaizli sarılığa tutulma ehtimalından mümkün qədər uzaqlaşaq. Qorxumuzda pəncərədən belə boylana bilmirdik. Adil isə artıq sürəti 100 kilometr saata çatdırmışdı. Ürəyimə elə bil dandı ki, qorxudan yumduğum gözlərimi açmaq vaxtıdır. Pəncərədən boylananda onu gördüm ki, təxminən bizim maşından iki yüz metr parallel məsafədə meşənin üstüylə diksvari büllur bir işıq parçası hərəkət edir. Maşınla sinxron uçurdu. Sanki bizi təqib edirdi. Qorxumdan dəhşətli çığırtı səsi çıxartdım. Səsimə hətta, özündən getmiş Günay da oyandı...Adil isə soyuqqanlı şəkildə maşını sürməkdə idi...Belə ki diksinsə idi, o zaman qaz pedalında olan ayağının reflektiv boşalmasından, maşının sürətində oynamalar hiss olunardı. Bu baş vermədi. Günayın qardaşı, yəni Rasim, əlimlə göstərdiyim uçan obyektə baxdı. Amma bir şey görə bilmədi. Sən demə qışqır-bağırdan sonra, həmin naməlum disk yoxa çıxmışdı. Günayın yenidən huşunun getməsindən bildik ki, o nəisə gördü. Onun pəncərəsindən boylanıb, baxanda ürəyim ağzıma gəldi. Artıq bir deyil beş və ya altı obyekt bizi müşayət edirdi, həm də daha yaxın məsafədən. Maraqlısı onda idi ki, uzaqdan bu obyekt daha aydın seçilirdi. Elə bil bu işıqda elə bir xassə var idi ki, normal insanın göz çopçükləri-hüceyrələri obyektiv reallığı beynə olduğu kimi ötürə bilmirdi. Yalnız gur işığı sezmək olurdu. Artıq Tağımlı kəndindən çıxmağa qalardı hardasa iki yüz metrə, belə ki, kəndin iri yazılı lövhəsi tədricən yaxınlaşırdı. Hadisənin ən qəribə yeri onda idi ki, kəndin ərazisini tərk edən kimi, hamımızı cənginə almış stress bir-iki-üç sayacaq tezlikdə yoxa çıxdı. Yoxa çıxanlardan digəri də həmin UNO-lar idi. Qarşıda ilk hərəkət edən maşını görəndə bayaqdan lal-dinməz maşını idarə edən Adil ruhi xəstə tək yersiz şəkildə kişnəməyə başladı. Biz başa düşə bilmədik ki, bu gülüş idi yoxsa atın çıxartdığı səs. Yaxınlaşdıqda məlum oldu ki, qarşıda gələn maşın milis maşınıdır. Bizim maşını saxlamağımıza göstəriş verdi. Müfəttiş maşından düşməzdən əvvəl başını önşüşəyə doğru uzadıb gözlərini bizim nömrəyə zillədi və yoxlayırmış kimi əlində tutduğu kağıza baxdı. Maşından çıxıb bizim də maşını tərk etməyimizi istədi. Yenidən kağızı əlinə götürüb,hardasa 55-60 yaşlı gözlərini yenidən əlində tutduğu makulaturadan çıxmış solğun rəngli kağız parçasına zillədi "Adil Rzayev, Günay Davudova, Rasim Davudov və Fatimə Məmmədova...Adlarınızı düz çəkdim? Sizsiz?" - "Hə" deyə təsdiq cavabı versək də, qoca milis nəfərinin bizim adları haradan bildiyini anlamadıq. Davam etdi "Necə vicdansız adamlarsız deyirəm eh,...cavançılığı qoyum bir qırağa , bu yazıq valideynlərinizə qarşı bir damcı mərhəmət deyilən şey var sizdə ya yox? Düz yeddi gündür ki, Sizdən səs-sorağ yoxdur." Gözlərim kəlləmə çıxdı...Yeddi gün, bu nə danışır, biz beş saat olar ki, Bakıdan çıxmışıq. Mayın 3-dür . "Sizin yəqin səhviniz var biz Bakıdan bu gün səhər saat onbirdə çıxmışıq yəni, Mayın üçündə"
- "İndi isə mayın on biridir. Mayın beşində Adil Rzayevin Tağımlı kəndində yaşayan qohumları bizə xəbər verdilər ki, Bakıdan gələn qonaqlar çatmayıblar. Elə o vaxtdan sizin axtarışınızla məşğuluq. Harda itib batmışdız belə?
- "Biz...biz elə indicə Tağımlıdan gəlirik...AXı orada heç kəs yox idi. Heç kəs."
- "Görürəm sizin başınıza doğrudan da hava gəlib" deyə maşınına minməzdən əvvəl tapşırdı ki, onun zolaqlı xidməti maşınını təqib edib, yenidən Tağımlıya qayıdaq.
Əvvəlki Tağımlıdan elə bil əsər əlamət yox idi. Hansı tərəfə baxırdın canlı , mal-qara, oynayan uşaqlar, su daşıyan gənc qızlar, kanalizasiya xətti qazan enlikürəklər, dediqodu edən qocalar...Bir sözlə tam başqa Tağımlı...Hamı da kəndən ard-arda gələn iki maşını gözüylə müşayət edirdi. Yəqin ki, kəndə gələn qonaq kənd sakinlərini çox sevindirirdi. Adilin qohumları gilin evinin önündə saxladıqda həmin təpələrə dək uzanan quru düzənlikdən də heç nə qalmamışdı. Yerində keçən il Adilin gördüyü kimi sıx enli yarpaqlı meşə yayılırdı.
Buna inanmaq çox çətin olsa da, gözlə gördüklərimiz, qulaqla eşitdiklərimiz bizi inandırmaya bilməzdi. Doğrudan da biz yeddi günlük qaib olmuşduq. Amma bunun izzahını indiyədək dəqiq verə bilmirik. Bəs onda bizim birinci dəfə daxil olduğumuz Tağımlı kəndi hansı məkanı və zamanı təmsil edirdi?....Bircə onu bilirəm ki, büllur diskin təqibləri indiyədək davam edir.

FƏRHAD MƏMMƏDOV
QORXULU ƏHVALATLAR SİLSİLƏSİNDƏN

 

 

 

5 şərh

2ral
Hadisə realdır? Oqonyok jurnalında doğrudan bu barədə yazılıb? Sübut var?
eternalsun
Xeyr, Oqonyok jurnalında belə bir hadisə yaşanmayıb. Oxşar hadisə ABŞ-da iki rəfiqənin başına gəlib. Piknikdən qayıtdıqdan sonra işlədikləri yerin meneceri başlayıb ki, harda batıb qalmısız iki gündür, əslində isə onlar sadəcə bir neçə saatlıq piknik etmişdilər
fidan
Bəs onda niyə yalandan yazmısınız ki,OQONYOK JURNALI, 1978 Aprel sayı ?
eternalsun

Mən başa düşə bilmirəm ki, siz bədii janrda məhdudiyyətlərin olmamasını niyə qəbul etmək istəmirsiz. Oqonyok jurnalının adından istifadə etdim ki, daha cəlb edici olsun, kimi yazıçılar (əsasən qadınların) əsərlərinə marağı ehtiraslı şəkilləri ilə artırır, kimi güclü pul buraxır reklama...mən isə əsərlərimin məşhurlaşması üçün marketinq mexanizmlərini tətbiq edirəm. Fotogenik deyiləm və pulumda yoxdur ki, öz reklamımla məşğul olum, ona görə də çoxlarına alçaq görünən amma mən bunu alçaqlıq kimi qəbul etmirəm, bu kimi cəlb edici yollara əl atıram...Özünüz psixoloq və ya seksapatoloqsuz və yaxşı bilməlisiz ki, ilk dəfə Fərhad Məmmədov adını eşidən və ya görən, stereotiplərdən çıxış edərək, əşi Azərbaycanlıdıda, nə yaza bilər ki, tipli fikirlər yaranır eləsində. Halbuki Orhan Eyp, Əli Xəyyam, Qan Tural kimi adlar avtomatik olaraq (qulaq üçün yeni səsləndiyindən) maraq doğururlar. Çingiz Abdullayevi qoyuram bir kənara, çünki Çingiz Abdullayev dahi yazıçılıqdan savayı artıq bir brendə çevrilib, və şəkil variantı, hətta Salvador Dali də yaddaşlarda qalmaq üçün bu variantdan istifadə edirdi. Onun elə bir şəkli yoxdur ki, gözlərini var gücü ilə bərəltməsin və bığlarını burmasın, Aydın xan əbilovun dediyinə görə dahi yazıçımız Anar da bu variantdan istifadə edir, hələ ilk yaradıcılıq illərindən qalın bakilər saxlaması və qəlyan tutması, qadın oxucularda ona qarşı qeyri-iradi maraq yaradıb. Belə hesab edirəm ürəyimi boşalda bildim


Bir dəki Salvador Dalinin şəklini qoyuram təsdiq kimi


fidan

fərhad,elə öz adınla yaz. Özlərinə xaricifason ad götürmə.
Heç kim səni pisləmir.Əksinə,yazın çox maraqlıdır və sənə uğurlar arzu edirik,ona görə də istəyirik ki,hər şeyidüzəldəsən. Oqonyok jurnalını qoymağın yaxşı olsaydı,2ral onu soruşmazdı. Onu doğurdan silməyin məsləhətdir.Dali,Azərbaycan ədəbiyyatı və s. haqda postlarını gözləyirik.