Qorxulu Əhvalatlar silsiləsindən "Qafqazlı UNO (Uçan Naməlum Obyekt)"

OQONYOK JURNALI, 1978 Aprel sayı — «Qafqazlı UNO» (Uçan Naməlum Obyekt)
"...İlk öncə onu deyim ki, UNO tərəfindən qaçırılan istənilən şəxs ömürünün sonunadək onların təqibində olur...Birinci dəfə bu naməlum uçan obyektlə, daha doğrusu — «obyektlərlə» 65-ci ilin Mayında rastlaşdıq. İşdən 3 günlük məzuniyyət götürüb, nişanlım Adil, rəfiqəm Günay və qardaşı Rasimlə İsmayıllıya yollandıq, Adilin qohumları gilə. Tağımlı kəndinə elə maşınla yenicə daxil olmuşduq ki, kəndin sanki əbədi sükuta qərq olduğunu hiss etdik. Artıq kəndin içinə iki kilometr sürsək də, ətrafda bir canlıya rast gəlmək mümkün deyildi. Maraqlısı ondadır ki, ağacların yarpaqları belə əsmirdi.


Ardı →