Рейтинг
+93.51

Etiket və nəzakət qaydaları

67 üzv, 28 topik

Tanışlıq və təqdimat qaydaları

1. Yaşca kiçik olanı təqdim edirlər, yaxud vacib olsa kiçik yaşlı olan özü-özünü böyüklərə təqdim edir.
2.  yaşından və vəziyyətindən asılı olmayaraq qadın özünü kişiyə ilk təqdim etməməlidir. Yalnız bir istisna olar ki, qadın tələbə, kişi isə professordur.
3. Əgər kimləsə tanış olursunuzsa çalışın həmin adamın üzünə baxın və gülümsəyin.
4. Əlini ilk olaraq təqdim olunan şəxs uzatmalıdır, yəni, qadın kişiyə,böyük uşağa.
Ardı →

Süfrə arxasında etiket

1. Bıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi edilir.
2. Masada çəngəl sola, qaşıq və bıçaq sağa yerləşdirilir. Bıçaq, qaşıq ilə qab arasına qoyular. Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçaqın iti olmayan tərəfinə söykədilib kəsmə işi edilir. Bıçaqı istifadə etdikdən sonra masaya buraxmamalı, qabın üst yarısına, sizə doğru yanlamasına və iti tərəfi içəri tərəfə qoymalıdır.
3. Çəngəl isə istifadə edildikdən sonra qabın üzərinə, bıçaqa paralel və sol tərəfə, çəngəlin sapı sağda və ağızı yuxarıya doğru ya da bıçağa dik olaraq qoyulur.
Ardı →

Evdə etiket

«Mənim evim – mənim qalamdır». Lakin təəssüflər olsun ki, özümüzü bu qalada apara bilmirik. Ailə — kiçik kollektivdir və yalnız təyin olunmuş normalara riayət etməklə düzgün fəaliyyət göstərə bilər.
Hər bir xalqın, hər bir sosial qrupun əsrlər boyu yaranmış və ənənəyə sadiq öz evini idarəetmə qaydaları vardır.
Ailə üzvünü kənar şəxs saymaq çətindir, ona yad kimi münasibət göstərmək isə qeyri mümkündür. Çox zaman daxili ünsiyyət iqlimi, ər və arvadın hansı ailədən çıxmasından asılıdır. Əgər onlar bir mədəniyyətin ənənələri ilə tərbiyə olunublarsa, onların özləri, valideynləri və uşaqları arasında münasibətlərində problem az olacaq. Narazılıq o evlərdə baş verir ki, bir yerdə yaşamağa başlayarkən ailə etiket qaydalarına riayət etməkdən əl çəkirlər.


Ardı →

Bilməli olduğunuz etiket qaydaları

Etiket — insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə davranışını tənzimləyir. Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq çox böyük əhəmiyyət kəsb edir. Bu cür qabiliyyət sayəsində insan başqaları ilə asanlıqla əlaqə yarada bilir, qarşılıqlı anlaşmaya nail olur, yaxşı, sabit qarşılıqlı münasibətlər yarada bilir. 

1. Zəng etmədən qonaq getməyin. Bir britaniyali xanım deyirdi ki, çağırılmamış qonaq gəldikdə, o çətirini götürüb ayaqqablarını geyinirdi və şlyapasını qoyurdu. Əgər gələn insan ona xoş gəlirdisə, «Ah, nə yaxşı, mən elə indicə gəlmişəm» söyləyirdi. Əks halda isə «Nə pis oldu, mən getməyə hazırlaşırdım».
Davamı →

İdeal süfrə

Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkələrdə belə evdə yemək masasının təşkil olunması qadınların öhdəsindədir. Ofisiant işləyən və yüksək səviyyədə masa təşkil etməyi bacaran kişilər də evdə bu işlə məşğul olmağı sevmirlər. Gündəlik problemlərin və qayğıların içində olan qadınların evdə süfrənin estetik bəzədilməsinə önəm verməmələri də bir faktdır. Etiraf edək ki, əksər hallarda ailə üzvlərimiz bəzəkli masanı ancaq qonaq gələndən-gələnə görürlər. Ən böyük yanlışlıq da elə budur. Bəs masanı necə təşkil etmək lazımdır?
Ardı →

İctimai yerlərdə davranış mədəniyyəti

Başqalarının davranışlarını tənqid edənlərə rast gəlmək çətin deyil. İctimai nəqliyyatdan tutmuş teatr və restoranlara qədər bir çox ictimai yerlərdə bir sıra qaydalar davranışlarımızı müəyyən edir. Bunlara "ümumi səbəb", ya da ki, «sağlam düşüncə» deyilir.

Məsələn, metroda makiyaj edən və ya yüksək səslə musiqiyə qulaq asan biri narahatlıq yaradır. Bəs hansı davranışın uyğun, hansı davranışın uyğun olmadığı barədə qərarı kim qəbul edir? Ortaya belə bir sual çıxır: Başqaları bizim «qaydalarımıza» tabe olmaq məcburiyyətindədirmi?


Davamı →

Etiket qaydaları

Etiket – lazım olduğu zaman yaxşı davrana bilməkdir. Əslində etiketin əsəsları kifayyət qədər sadədir. Bu nitq mədəniyyəti, sadə nəzkat, səliqəli xarici görnüş və öz emosiyalarını idarə etmək bacarığıdır. Bu həm kişi, həm də qadınlara aiddir.

Hər kəsin bilməli olduğu aktual etiket qaydalar:


Davamı →

Dialoq mədəniyyəti

Seminarlarda, konfranslarda xarici məruzəçilər “sizin ən böyük problemlərinizdən biri cəmiyyətdə dialoq mədəniyyətinin olmamasıdır”,- deyəndə, öz-özümə düşünürdüm ki, deyəsən, bunlar həqiqəti görməmək üçün özlərindən bəhanə uydururlar. Xalq dilində desəm, qaşınmayan yerdən qan çıxarırlar. Belə düşünməyə haqqım var idi.

Davamı →

Təərrüf - İranın ədəb-ərkan qaydaları

BBC müxbiri yazır ki, baqqal dükanından tutmuş nüvə danışıqlarınadək iranlılar hər yerdə özlərinə məxsus ədəb-ərkan qaydalarına riayət edirlər. «Befərmayid» deyir Fatimə və əlinin amiranə işarəsi ilə mənim bir az da yeməyimi istəyir.
Mən qənirsiz iranlı ev sahibəsi, onun anası, iki qızı və bir oğlu ilə döşəmədə — mükəmməlcəsinə kamil İran xalçasının üstündə açılmış süfrənin kənarında əyləşirəm və özümün təərrüf təcrübəmi ilk dəfə olaraq işə salmalıyam.

Davamı →

Xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti

Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir.
Qeyd etmək lazımdır ki, xidmət sahələrində davranış normalarını bilmək və onlara riayət etmək, insanlara qarşı nəzakətli, diqqətli və qayğıkeş olmaq, bir sözlə, cəmiyyətdə yaxşı tərz kimi qəbul edilmiş hər şey insanın davranış mədəniyyətinə aid edilir və etiketlə tənzimlənir.
Davranış real (təcrübi hərəkət və rəftar şəklində) və verbal (sözlə ifadə edilmiş) olur. Bu iki davranış növü bir-birinə uyğun olmalıdır. Mədəni insan o kəsdir ki, etik prinsiplər, cəmiyyətin əxlaqi normaları onun daxili əqidəsinə çevrilib. O, lazım olduğu üçün deyil, başqa cür hərəkət edə bilmədiyi üçün belə hərəkət edir.
Davranış mədəniyyəti normalarına aşağıdakılar aiddir:
Davamı →