Bokalların növü və mənaları


Masanın bayram “servirovka”sını bokallarsız təsəvvür etmək mümkün deyil.
Bir də ki, bokalların formasını, dizaynını seçməkdən ötrü bəzi qaydaları bilmək gərəkdir.

Gəlin indi bokalların növləri və onların təyinatını nəzərdən keçirək:


1. Kokteyl bokalları. 120-160 ml – Bu bokalları “Martini bokalları” adlandırırlar. Əslində isə bu bokallar məhz elə buzsuz kokteyllər üçün nəzərdə tutulmuşdur. Təmiz “Martini” üçün isə bu bokallar, demək olar ki, əlverişsiz sayılır.


2. Şampan füjeri. 160-180 ml – Bu füjerlər tək şampan üçün deyil, oynaq şərablar üçün də nəzərdə tutulur. Hətta şampan tərkibli kokteyllər üçün də yaralıdır. Bu cür füjerlərdən 100 illərdi istifadə olunur.


3. Konyak bokalı. 260-360 ml – Təmiz brendi, kalvados və konyak üçün istifadə olunur. Böyüklüyündən asılı olmayaraq, bu bokallar 4/1 hissəsinəcən doldurulur və qurtumlanaraq içilir.


4. Diqustasiya stəkanı. 140-160 ml – İstənilən içkinin diqustasiyası üçün nəzərdə tutulmuşdur. Bu stəkanı içki ilə 3/1 hissəsinəcən doldurulur.


5. Köhnə dəbli stəkan (old-fashion). 180-320 ml – Əvvəllər çox populyar olub. Bu stəkanlarla tünd içkilər içilirdi. Görünüşünün balaca olmasına baxmayaraq, tutumlu stəkanlardır. Buzun tez əriməsinin qarşısının alınması üçün stəkanın divarları olduqca qalın idi.


6. Kollinz. 240-320 ml – Ən çox yayılmış bokallardı. Bu bokallar tünd spirtli içkilərin qarışdırılması üçün istifadə olunur (Məsələn: cin, viski və sairələrinin buzla qarışdırılması üçün). bu bokallardan adətən, şirə, kokteyl və minerallar üçün də istifadə edilir. Bu cür bokalların divarları düz olur.


7. “Porto” bokalı. 60-80 ml – Bu bokallar tünd tərkibli çaxırlar və portveynlər üçün nəzərdə tutulmuşdur. Amma çox nadir hallarda istifadə olunur.


8. “Xerez” bokalı. 60-80 ml – Bu bokallar keçən əsrin əvvəllərindən bizə gəlib çatmışdır. Bokalın üçkünc olması içkinin buxarlanmasına kömək edir.


9. Pilsner. 240-300 ml – Bu cür stəkanlar çoxdan istifadədən çıxmışdır. Bu stəkanlar əvvəllər spirtli içkilərin kokteyllə qarışdırılması üçün istifadə olunurmuş.


10. Likör qədəhi. 40-60 ml – Bu qədəhlər standart olaraq 40 ml olur. Bu qədəhlərlə yalnız və yalnız likör içilir.


11. Stopka. 40-60 ml – yüksək dərəcəli içkilər üçün nəzərdə tutulmuşdur. Məsələn: vodka üçün. Bəzi hallarda spirtli kokteyllər üçün də istifadə olunur. Bu qədəhlərdəki içkilər qurtumlanaraq içilir.


12. Araq (vodka) qədəhi. 40-60 ml — Adından məlum olduğu kimi ancaq araq üçün istifadə edilir.


13. Pus kafe. 80-120 ml – Az miqdarda təbəqəli kokteyllər üçün istifadə olunur. Bu bokallarlardakı içkilər adətən, bir nəfəsə içilir.


14. Tumbler. 260-320 ml – Sərinləşdirici işkilər üçün nəzərdə tutulur. Divarları aşağı hissədən qalınlaşır. Çox universal stəkandır.


15. Armanyak bokalı. 160-240 ml – Armanyakı konyak bokallarına da süzmək olar. Amma bir özünə məxsusluğu vardır ki, onu ev temperaturunda içmək daha məsləhətdir. Bu içki soyuq olarsa əldə bir az qızdırılır. Bu səbəbdən də armanyak üçün xüsusi, boğazı dar bokalardan istifadə olunur, armudvarı. Bu bokallarda içilən içkilər aromatını uzun müddət özündə saxlayır.


16. Qırmızı çaxır bokalı. 180-240 ml – bu bokal ağ çaxır bokalına nisbətən daha enli və daha dəyirmi olur. Ayağının uzun olması isə əlin istisi ilə çaxırı qızdırmamaq üçündür.


17. Ağ çaxır bokalı. 180-260 ml – Bu bokal digər bokallara nisbətən daha uzunsov olur. Ayağı isə nazik uzun olur. Bu bokalla içilən ağ çaxır çox təravətli olur.


18. İrland kofesi bokalı. 200-260 ml – Konusvari və ya zambaq formalı olur. Gödək ayaqları və qulpu olur. Bu bokallar istiyə dözümlü şüşədən hazırlanır və əsasən, içərisində qaynar kofe verilir. Bundan başqa bu bokallarda soyuq içkilər də verilir. Yəni kokteyllə qarışdırılmış spirtli içkilər.


19. Marqarita. 200-250 ml. Bokal “marqarita” içkisi üçün nəzərdə tutulmuşdur.


20. Pivə parçı. 300-500 ml — bu parçlar ancaq pivə üçün nəzərdə tutulmuşdur. Çünki 500 ml-lik parça pivədən başqa nə tökmək olar ki?


21. Frappe. 160-260 ml – Bu bokallar yalnız frappe (soyuq, qatı kokteyl ) üçün nəzərdə tutulmuşdur. Frappenin tərkibi — kofe, dondurma, soyuq süd və meyvə şirəsindən ibarətdir.


22. Şampan piyaləsi. 160-200 ml – keçmişdə şampanı bu cür piyalələrdə içərdilər. İndi bu piyalələrə çox nadir hallarda rast olunur. Bu piyalələrin diametri çox iri, ətraf divarları isə nazik və alçaq olurdu, bir növ meyvə vazını xatırladırdı.

azens.az
 

2 şərh

Someone

Maraqlı məlumat üçün təşəkkür.

beautiful
Bakalların növlərini mən ingilis dilində onlayn  dərslərdən öyrənmişdim. orda hansı bakala nəyi nə qədər tökmək lazım olduğu da yazılmışdı...Təşəkkürlər:)