Yarmaları böcəklərdən necə qorumalı?

Hər bir qadın evində müxtəlif yarmalar, un, üyüdülmüş suxari, nişasta və s. bu kimi məhsulları saxlayır. Bəzən bu məhsullarda böcəklər əmələ gəlir.

Yarmaları və s. məhsulları böcəklərdən necə qorumaq olar? Sizə bunun bir neçə yolunu təqdim edirik.

1. Yarmaları qapağı kip bağlanan şüşə bankalarında saxlayın. Yarmaları isti mətbəxdə deyil, sərin yerdə (məsələn, açıq balkonda saxlayın).

2. Bankalara 1-2 dəfnə yarpağı qoyun.

3. Bankalara acı istiot qiymaq olar.

4. Bankanın dibinə bir az duz səpin, sonra yarmanı tökün.
Davamı →

Şirniyyatlar üçün kiçik sirlər

— Tort bişirilən formanı sobadan çıxardıb soyuq suda isladılmış əsginin üstünə qoysanız, tort formadan asan çıxar.

— Yağı tez yumşaltmaq üçün onu bir qaba xırda-xırda doğrayın və qabı isti su olan qazanın içinə qoyun.

— Evdə bişirilən peçenye yanmışsa, soyuyandan sonra narın sürtgəclə üstünü qaşıyın və şəkər kirşanı səpin.

— Bişəndən sonra tortu, keksi formada, ya da tavada saxlamaq olmaz, o saat çıxartmaq, salfetin üstünə qoyub soyutmaq lazımdır.
Davamı →

Dadlı bulyon üçün sirlər

— Bulyon vam odda bişirilməlidir. Bu halda o dadlı və şəffaf olacaq.
— Əti soyuq suya salın ki, bulyon dadlı alınsın. Əgər siz əti qaynayan suya salsanız, ət dadlı olacaq, bulyon isə dadsız.
— Bulyon bişirdikdə alüminium və ya paslanmayan poladdan olan qazanlardan istifadə edin. Emallı qazanlardan istifadə etməyin.
— Bulyon üçün olan su təmiz və yumşaq olmalıdır.
— Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.
— Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış, balıq şorbasını əvvəlcə, göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.
Davamı →

Paltar yuyan zaman yol verilən 8 səhv

Bugün demək olar ki, hər birimizin evində paltaryuyan maşın var. Lakin bu maşının varlığı o demək deyil ki, bizim əvəzimizə bütün camaşırları qüsursuz yumalıdır. Paltarlarınız daha təravətli və uzunmüddətli olsun deyə bir sıra şərtlərə əməl etmək gərəkdir.

1. Paltaryuyan maşını təmizləməyi unutmayın
Paltaryuyan maşının əsas vəzifəsi təmizlik yaratmaqdır. Lakin bu, o demək deyil ki, onun özünü təmizləməli deyilik. Öncə paltaryuyan maşının gözlərini tez-tez təmizləyin ki, yuyucu toz qalıb kirəcləşməsin. Hər dəfə paltar yuduqdan sonra maşının qapağını açıb, yaxşıca silin ki, xoşəgəlməz qoxular olmasın.

Paltaryuyan maşının alt hissəsində saplar yığılan filtr olur. O hissəni 3 aydan bir təmizləmək lazımdır. Bundan əlavə ildə bir dəfə makinanın barabanına yarım litr sirkə töküb, isti su rejimində boş halda yumaq lazımdır. Bu, paltaryuyan maşının bütün mexanizmini təmizləyir.
Davamı →

Soyuducunu necə təmizləməli?

Soyuducuda qorunan qidalar üçün soyuducunun işləmə istiliyi, hava sirkulyasiyası və funksionallığı ilə bərabər, təmizliyi də əhəmiyyətlidir.

Ağzı açıq qablarda saxlanan qidalar, yuyulmadan qoyulan meyvə, tərəvəz, yumurta, sellofanlardan süzülən mayelər soyuducunun içində pis qoxu və bakteriyaların yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçün soyuducunun mütəmadi olaraq təmizlənməsinə diqqət etmək lazımdır.
Davamı →

Yemək duzlu alınıbsa nə etməli?

Bir çox qadınlar bu problemlə üzləşir. Lakin duzlu yeməyi xilas etmək mümkündür. Bunun bir neçə yolu var.

1. Sup duzlu çıxıbsa, kartof əlavə edin. Kartof artıq duzu özünə çəkəcək. Həmçinin supa bir az makaron, düyü, hər ya hansı yarmanı əlavə etmək olar.

2. Göbələk duzlu çıxıbsa, xama, un, düyü əlavə etməklə yeməyin dadını yaxşılaşdıra bilərsiniz.

3. Kotlet üçün farşa çox duz vurmusunuzsa, ona bir az bişmiş düyü, kartof püresi, ətçəkən maşınından keçirilmiş kök və ya kabaçok əlavə edə bilərsiniz. Bu əlavələr kotletlərin dadını daha yaxşı edəcəklər.
Davamı →

Quru meyvə seçərkən nələrə diqqət etməliyik?

İlin soyuq fəsillərində, xüsusən də bayram günlərində süfrəmizi ən çox bəzəyən məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub-olmadığını necə təyin etməliyik?

Çox vaxt mağazalarda süni parıltılı quru meyvələrə rast gəlirik. Unutmaq lazım deyil ki, hər bərq verən qızıl deyil və təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Odur ki, qiymətə aldanıb, kimyəvi yolla qurudulmuş meyvələri süfrələrinizə rəva görməyin.
Davamı →

Termosları təmizləməyin asan üsulları


1. Toz halında olan yuyucu vasitə

Termosun içinə isti su doldurun və içərisinə bir qaşıq toz yuyucu vasitə əlavə edin. Bir az saxladıqdan sonra termosu yaxşıca yuyun.

2. Mineral su
Bir stəkan mineral suyu termosa tökün. Üzərini su ilə doldurun. 1 gecə boyu bu şəkildə saxlayın. Daha sonra durulamanı həyata keçirin.
Davamı →

Soda yoxsa, Qabartma tozu?

Adətən xəmiri köpdürmək, həcmli etmək üçün ya qabartma tozundan, ya da daha daha köhnə üsul olan sodadan istifadə edirlər. Soda tək başına bir iş görə bilmir. Onu canlandırmaq, köpürtmək üçün mütləq sirkədən istifadə etmək lazımdır. Və sirkə ilə sodanın qarışmasından yaranan qaz xəmiri köpdürür.

Təcrübəli kulinarlar quru ərzaqlara, məsələn, una soda tökməyi, duru ərzaqlara isə sirkə əlavə etməyi məsləhət görürlər. Sonra unla yağlı, yumurtalı kütləni birləşdirəndə soda ilə sirkə məhz xəmirin içində qarışmalı və bunun daha effektiv olduğu söylənilir.

Amma bəzən bunun özü də yaxşı nəticə vermir. Sodanın da qədərini una görə düzgün təyin etmək lazımdır. Sodanın miqdarı çox olarsa, bişirdiyimiz məmulatdan xoşagəlməz qoxu gələcək. Amma qabartma tozu ilə bağlı belə problemimiz yoxdur. Doza həddi aşılsa belə, bu xəmirdə hiss olunmur.
Davamı →

Sosiskanı qaynatmaq olmaz

Evdə yemək olmayanda sosiska-kolbasa yada düşür. Axı onlar ən rahat tezbazar yeməkdir. Həm dadlıdır, həm də 2 dəqiqəyə süfrənizdədir!

Yəqin ki, siz də sosiskanı qaynadır və “2-5 dəqiqə qaynasın, bir az da şişsin, dadlı olsun” düşüncəsiylə hazırlayıb sonra yeyirsiz. Amma bu, yanlışdır! Sosiskalar bişmiş olduğu üçün onları qaynatmağa heç gərək yoxdur!

Sosiskanı soyuq halda yemək istəmirsizsə, o zaman qaynar suda sadəcə isitmək (!) və ya mikrodalğalı sobada 30 saniyə saxlamaq olar. Yəni, bu ət məhsulu qaynadılmır, sadəcə isidilir. Qaynadıldığı halda dadı-tamı itir, ədviyyatları suya çıxır.

Bəziləri isə sosiskaların “plyonkası”nı soyub qaynadır ki, bu da doğru deyil, onlar qida pərdəsi ilə qaynar suya salınmalı, sonra soyulmalıdır, belə olan halda ətin dadı da özündə qalır.