Bir qalanın sirri

Uzun illər alimlər qalanın nə məqsədlə tikildiyini və onun tarixi barədə mübahisələr aparır

Bakıda bir yer var ki, özündə çoxlu sirrlər və müəmmalar qizlədir. Bu İçəri şəhər adlanan ərazidir. Burda hər bir daşın öz tarixi var. Qədim qalanın divarları bizə bir çox şeylərdən bəhs edə bilər, sadəçə eşitməyi istəmək və bacarmaq lazımdır. Məhz burda, İçəri şəhərdə, köhnə bir qala yerləşir. Bu tikilinin adı Qız qalasıdır.

Zərdüştlük məbədi və qədim rəsədxana

Uzun illər alimlər qalanın nə məqsədlə tikildiyini və onun tarixi barədə mübahisələr aparır. Belə bir müəyyən etmə var ki, qala müdafiyə və gözətçi funksiyasını yerinə yetirirdi, tikilmə vaxtı isə V-Xll əsrə aid olunur. Alim-arxitektor, professor Davud Axundov yeni sensasiyaya səbəb olan nəzəriyyə irəli sürüb. Onun nəzəriyyəsinə görə Bakının simvolu olan – Qız qalası - əslində zərdüştlük məbədi və qədim rəsədxanadır. Bu fikir əvvəl qəbul olunmuş, qalanın tikilmə məqsədi təsəvvürlərinin tam əksi idi.

Qədim Qavkaz Albaniyasının mədəniyətinə və incəsənətinə aid olan çoxlu sayda elmi işlərin müəllifi, professor Davud Axundov kompyuter texnoloqiyalarının köməyi ilə qalanın tarixi barədə yeni baxışa nail olub. Diqqətlə qalanın konstruksiyasını öyrənməklə, Axundov elə nəticəyə gəldi ki, bu tikili gözətçi funksiyasını yerinə yetirə bilməzdi və ələxsus müdafiyə məqsədləri üçün də yararsız idi. Qalanın ön tərəfində yerləşən pəncərələri tədqiq edərkən, professor maraqlı bir faktla üzləşib. Belə ki əqər qala mudafiyə funksiyasını yetirirdisə o zaman onun pəncərəli dörd tərəfə baxmalı idi. Bu pəncərələr isə yalnız bir tərəfə yönəlib, üstəlik aşağıya yonəlmək əvəzinə - hücumları dəf etmək üçün – yuxariya baxırlar. Bir maraqlı fakt daha – pəncərələrdən acılan mənzərə və onun kiçik ölçüləri hücumlardan mudafiyə olunmaq üçün imkan vermir. Bu faktlara əsasən söyləmək olar ki, qaladan müdafiyə olunmaq üçün istifadə edilməsi inandırıcı deyil.

Analojı qədim məbədlərə nəzər yetirməklə, professor tikilinin yeddi planet tanrılarının məbədi olduğuna qənaətinə qəlib. Araştırmalara əsasən, qala 8 mərtəbəli konstruksiyadan ibarətdir. Məbədin birinci mərtəbəsi qiriş, qalan 7-si isə müqədəs mərtəbələr sayılırdı.
Qaz kəməri ilə birləşən mərtəbələrdə quraştırılan ocaqlar, qalanın yuxarı meydançasında yeddigünbəzli tac təşkil edir. Məbədin yeddi yarusu sönməz od işıqı ilə təmin edilmişdir, bu da zərdüşlərə baş səcdəgahları, simvolu od olan, Ormuza səcdə etməyə şərait yaradırdı.

Tikili Qiza Misir piramidalarla həmyaşıddır

Qalanın qədimliyi barədə də fikir ayrılıqı var. İlk əvvəl iddia edilirdi ki tikili V, lX, Xll əsrlərə aiddir. Lakin bu məsələdə də professor Axundovun öz fikirləri var idi. Onun dediklərinə əsasən qala daha qədim tarixə malikdir. Bu tikili Qizada yerləşən Misir piramidalarla həmyaşıddır və onun tikilmə tarixi bizim eradan əvvəl Vll əsrə aiddir!
Bəs görəsən qalanın yaşını necə müəyənləştiriblər? Bu sirri açmaqa, qalanın pənçərələri kömək edib. Onların düzülüşü müdafiyə olunmaqdansa, səmanı seyr etməyə daha əlverişlidir. Topoqrafik araştırmalar aparmaqla və sonradan əldə olunan nəticələri zərdüşlük dini ilə əlaqələndirərək, professor Axundov ehtimal edti ki, qalanın hər bir pəncərəsi müəyən bir ulduza yönəlib. Sirius, Veqa, Antares və sairə. Lakin ulduzların bu günkü düzülüşü pəncərələrin istiqaməti ilə uyğun gəlmirdi. Bunun əsas səbəbi kimi Yer kürrəsinin hər 72 ildən bir öz fırlanma oxundan müəyən bir bucaqa yer dəyişmə etməsidir. 

Astrofizik, professor Rəhim Hüseynovun köməkliyi ilə ulduzlu səmanın modeli tərtib olundu. Müəyən hesablamalar aparıldıqdan sonra müəyyənləştirildi ki, düz 2680 il əvvəl pəncərələr həmin yeddi ulduza yonəlmişdir. Bu Qız qalasına aid budun fərziyələri altust etdi.
Qalanın tarixinin yanliş hesablanmasının əsas səbəbi isə üstündə ərəb yazıları olan, tikiliyə quraştırılan tava daşının ekspertizası oldu. Müəyyən olundu ki, bu tava daşı tikilinin yamaqını düzəltmək məqsədi ilə sonradan quraştırılıb.

Günəş sisteminin arxitektur proeksiyası

Vaqif Ələkbərov, elmi məqalələrin müəlifidir. Baxmıyaraq ki onun texniki təhsili var o elmə birbaşa aidiyati olan bir insandır. 20 ilə yaxin Ələrbərov tarixi araştırmalar aparır. Onun birneçə fərziyəsi alimlər tərəfindən qəbul olunub. Vaqif Ələkbərovuv dediyinə görə Azərbaycan tarixində çoxlu sayda müəmmalı məqamlar var. Bura Qız qalasının tarixini də aid etmək olar.
O araştırmalar apararkən qalanın qünəş sisteminin arxitektur proeksiyası olduğunu qənaətinə gəlib. Tikilinin 9 pəncərəsi var ki, bu da bizim günəş sistemini planetlərinin sayı ilə eynidir. Pəncərələr simetriyasız düzülüb və planetlərin hərəkət etmə traektoriasını əks etdirir. Ən böyuk beşinci pəncərəni, ən böyuk beşinci planet olan - Yupiterə, yedtinci “T” hərfinə bənzəyən pəncərə isə, Günəş sisteminin yeddinci planeti olan və başka planetlərdən fərqli perpendikulyar hərəkət edən Urana bənzətmək olar.
Bir maraqlı fakt daha, qalanın hündürlüyü 28,7 m bərabərdir. Günəş planetindən Günəş sisteminin ən uzag planeti, Urana gədər məsafə isə 28700 mln km təşkil edir.

Bahau – Baruk – Bakı

Qədim vaxtlarda Azərbaycanda zərdüşlüklə bərabər xristianlıq da geniş yayılmışdır. Belə olduqu halda, qalanın əhəmiyətini nəzərə alaraq, tikili barədə məlumatlar xristian mənbələrdə də oz əksini tapmalı idi. İncil salnamələrin birində konkret yer göstərilir:
“Albaniyanın Baruk şəhərində bir qala yerləşir. Bu qala insanların şəfa tapmasına kömək edir” (“Müqəddəslərin həyatı” Dmitri Rostotskiy).
Qız qalasının qədim zərdüşlük məbədi olmasına dair, Vll əsrin tanınmış tarixçisi olan Moisey Kalantuyskinin yazilarında da rast qəlmək olar. 
“İsanın 12 şagirdlərindən biri, apostol Varfolomey, tanrının sözünü Kiçik Asiya və Hindistanda təbliğ etdikdən sonra Qafkaz Albaniyasına yola düşüb. Burda o özünə çoxlu sayda tərafdarlar əldə edib. Lakin bütün bunlar hökmdarın qardaşı olan, Astiaqın qəzəblənməsinə qətirib çıxardtı. O Varfolameyi Baruk şəhərinə gətirilməsinə əmr edib. Burda o zərdüşlərin məbədinin pilləkənlərin üstündə başı aşağı çarmıxa çəkilib, sonra isə dərisi soyulub”.
XlX əsrin tanınmış fransalı şərqşunası M. J. Sen-Marten yazırdı:
“Bakı şəhəri həm yerli əhali, həm farslar tərəfindən müqəddəs yer kimi qəbul olunur” 
İngilis alimi Flinders Petri, Bakını misir mifoloqiyasının bizim eradan əvvəl lll əsrdə yazılmış, “Ölülər kitabında” bəhs edilən Bahau ilə eyniləştirirdi.
Bakı şəhərini adı ilə bağlı Kəsravi Təbrizinin də maraqlı yazıları olub. O Bakı sözünün Baqa-Van və Ateşi-Baquan sözlərindən əmələ qəlməsi barədə yazırdı. Bu sözlərin mənası isə “Tanrı şəhəri” kimi tərcümə olunur. Şəhərin belə adlanması isə burada yerləşən böyuk zərdüşlük məbədinin yerləşməsi ilə bağlıdır. Guman olunur ki həmin məbəd əslində elə Qız qalasının ozüdür.

Əzəmətli Qız qalası qədim memarların ustalıqının şahididir. Bakının simvoluna çevrilərək, bu qala özündə hələ çox sirlər gizlədir.

Məlumat qlobus.org saytından götürülmüşdür.


 

1 şərh

ramzes
Gedib piramidalara həsəd aparırıq, özümüzün tariximiz araşdırılsa hələ çox qaranlıq səhifəsi var.