Freyd haqqında 15 fakt

1. Ziqmund Freydin tam adı – Siqizmund Şlomo Freyddir.

2. Valideynləri Ziqmundun təhsil almasına böyük diqqətlə yanaşırdılar. Digər uşaqlar şam işığında dərslərini etdikləri halda, Ziqmunda neftlə işləyən lampa və ayrıca otaq ayırmışdılar.

3. Ziqmund Freyd latın, yunan, fransız, ingilis, italyan, ispan, qədim yəhudi dili və alman dilini bilirdi.

4. Freydin ilk elmi məqaləsi çay ilanbalıqlarının cinsi fərqlərinin müəyyən edilməsinə həsr olunmuşdu.

5. Hazırda ümumi qəbul edilən “uşaq serebral iflici” termini məhz Freydə məxsusdur.

6. Freyd altı il kokain asılılığından əziyyət çəkib.

7. İlk vaxtlar Freyd xəstələrini müalicə etmək üçün hipnozdan istifadə edib.

8. “İsteriyanın araşdırılması” əsərinin çap edilməsi (1896) psixoanalizin yaranma tarixi hesab edilir.

9. Freyd tərəfindən nevrozların cinsi etiologiyası aşkar edildiyindən o şarlatan və seksual manyak adlandırılırdı.

10. 1923-cü ildə Freyddə damaq xərçəngi aşkar edilir və bu səbəbdən o 33 əməliyyat keçirməli olur.

11. Freyd yaxşı yazıçı idi. 1930-cu ildə ona ən görkəmli ədəbiyyat mükafatlarından biri – Frankfurt-am-Main şəhərinin Goethe mükafatı verilmişdi.

12. Nasist Almaniyasında Freydin əsərləri yandırılırdı. Buna münasibət bildirən Freyd demişdi: “Biz necə inkişafa nail olmuşuq! Əsrin ortalarında olsaydıq onlar mənim özümü yandırardılar, lakin indi onlar mənim kitablarımı yandırmaqla kifayətlənirlər”.

13. Freyd yalnızca ABŞ prezidenti Frank Ruzvelt və fransız şahzadəsi Mari Bonapart vasitəçiliyi ilə nasist Almaniyasını tərk edə bildi.

14. Faşistlər Freyddən gestaponun onunla yaxşı davrandığı barədə ərizə yazmağı tələb etdikdə o soruşmuşdu: “Olmaz ki, mən hamıya səmimi qəlbdən bir gestapo tövsiyə edim?”.

15. 83 yaşında olarkən Freyd dözülməz ağrılar səbəbindən öz həkimindən tələb etmişdi ki, ona ölümcül dozada morfin vursun.
 
loading...

0 şərh