Satılan mal və əvəzinin şərtləri

Məsələ 2098: Satılan malın və əvəzində alınan şeylərin beş şərti vardır:
  1. Miqdarı: ölçü, çəki, say və bu kimi yollarla müəyyən edilməsi lazımdır.
  2. Təslim edilməsi mümkün olmalıdır; əks təqdirdə müamilə səhih deyildir. Amma əgər onu təslim etməsi mümkün olan başqa bir şeylə satarsa, müamilə səhihdir. Amma zahir budur ki, alıcının özünün satın aldığı şeyi ələ gətirməsi mümkünsə, hərçənd satıcının satdığı şeyi ona təslim etmə imkanı olmasa da, müamilə səhihdir. Məsələn; alıcının tapmaq imkanı olan qaçmış bir atı satarsa, müamilənin bir eybi yoxdur və səhihdir. Bu halda zəmiməyə (yəni bir malın o biri malın üstündə əlavə satışına), ehtiyac yoxdur.
  3. Satılan və əvəzində alınan şeydəki xalqın müamiləyə meyllərinin dəyişməsinə səbəb olan xüsusiyyətlər göstərilməlidir.
  4. Sahibinin mülkiyyətindən çıxarkən tərəfin haqqı zay olacaq şəkildə başqa bir şəxs onun üzərində haqq sahibi olmamalıdır.
  5. Malın mənfəətini yox, özünü satmalıdır. Başqa sözlə evin bir illik mənfəətini satarsa, müamilə səhih deyildir; lakin alıcı pul əvəzində öz mülkünün mənfəətini verirsə, məsələn; müştəri bir kimsədən aldığı bir şeyin əvəzi olaraq evinin bir illik mənfəətini ona verərsə, maneçiliyi yoxdur. Bunlarla bağlı hökmlər, irəlidəki məsələlərdə izah olunacaqdır.
Məsələ 2099: Bir şəhərdə ölçü və ya çəki ilə müamilə edilən bir malı o şəhərdə də ölçü və ya çəki ilə almalıdır. Amma eyni malı gözəyarı müamilə edilən şəhərdə gözəyarı ala bilər.
Məsələ 2100: Alqı və satqısı çəki ilə edilən bir mal ölçü ilə də edilə bilər. Belə ki, məsələn; on batman buğda satmaq istəyən bir şəxs, bir batman buğda alan bir ölçü ilə on ölçü buğda verə bilər.
Məsələ 2101: Əgər müamilə (dördüncü şərtdən kənar) söylənən şərtlərdən birisinin mövcud olması üzündən batil olarsa, amma satıcı və alıcı bir-birilərinin malından istifadə etməyə razı olarlarsa, istifadələrinin bir eybi yoxdur.
Məsələ 2102: Vəqf olunmuş bir şeyin müamiləsi batildir. Amma vəqf edildiyi həqiqətdə yararlanma imkanı qalmayacaq qədər xarab olmuşsa və ya bu həddə yetişmək üzrədirsə, məsələn; məscidin həsiri üzərində namaz qılına bilməyəcək şəkildə xarab olmuşsa, məscid mütəvəllisinin və ya onun hökmündə olan şəxsin onu satmasında bir eybi yoxdur. Ancaq ehtiyat olaraq vəqf edənin məqsədinə daha yaxın olsun deyə, mümkün olduğu təqdirdə onun pulu yenə də həmin məscidə xərclənməlidir.
Məsələ 2103: Əgər özlərinə mal vəqf edilən şəxslər arasında, vəqf edilən malı satmasalar, mal və ya can qeybinə yol açacaq şəkildə ixtilaf meydana çıxarsa, müctəhidlərin bəziləri o malı satıb vəqf edənin məqsədinə yaxın olan bir yerdə sərf edilməsinin caiz olduğunu söyləmişlər; ancaq bu hökm mübahisəlidir. Lakin vəqf edən şəxs, məsləhət vəqf edilən şeyin satılmasını lazım etdiyi təqdirdə satılsın deyə şərt qoymuşsa, bu təqdirdə onun satılmasının bir maneçiliyi yoxdur.
Məsələ 2104: Başqasına kirayə verilmiş olan bir mülkün alqı-satqısının bir eybi yoxdur; ancaq o mülkün mənfəəti kirayədə olduğu müddətdə kirayəçiyə aiddir. Əgər alıcı o mülkün kirayə verildiyini bilməz və ya kirayə müddətinin az olduğunu sanaraq almışsa, vəziyyətdən xəbərdar olduqdan sonra müamiləni poza bilər.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh