Plank

Plank fitness aləmində ən effektiv və çoxları tərəfindən sevilən, həm arıqlamaq istəyənlər, həm əzələlərini möhkəmlətmək istəyənlər tərəfindən təsdiqlənmiş bir məşqdir. Plank bir hərəkət olsa da onun statik, dinamik və bir neçə digər variantları var.


Şəkildən də göründüyü kimi, plankı edərkən yalnız bir əzələ deyil, eyni vaxtda bir neçə ən vacib əzələ işləyir, xüsusilə də problemli zonaların bütün əzələləri işləyir.

Bu hərəkəti hər gün etməklə inanılmaz nəticələr əldə edəcəksiniz!

Plankın sizə verəcəyi nəticələr:
• Qarın nahiyəsi piylərdən azad olacaq və gözəl pressə sahib olacaqsınız;
• Eyni vaxtda bel, ayaq, kürək, sağrı əzələləri və qollarınızı gözəl formaya sala biləcəksiniz;
• Dərialtı piyi qısa zamanda yandırdığı üçün artıq kilolardan azad olacaqsınız;
• Boyun qırışlarınız itəcək;
• Plankı edərkən bədənin ən dərin əzələləri belə işə düşür;
• Ayaqları və onurğanı qamətli edir;
• Osteoporozun (sümük boşluğu) qarşısını alır.

Plank necə edilməlidir?
Videoda fitness instruktorun elədiyi hərəkətləri eynilə təkrar edin, dəqiqələri saymağa ehtiyac yoxdur, sadəcə olduğu kimi təkrar edin. 
Hərəkət boyu qarın əzələlərini içəri, sağrı əzələlərinizi də bacardığınız qədər sıxın.Nəfəsi normal şəkildə alıb verin.



Diqqət! Burada ən vacib məqam onurğanı düz saxlamaqdır, əks təqdirdə hərəkət sizə asan gələcək, halbuki bu heç də asan hərəkət deyil. Bundan başqa, nəticə belə almadan travma belə ala bilərsiniz.

Əgər onurğanı düz saxlamaqda çətinlik çəkirsinizsə onda oxuyun:
• Diqqət edin çiyinləriniz qulaqlarınıza dəyməsin;
• Baş onurğa ilə bir istiqamətdə olmalıdır, başınızı yuxarı dartmağa və aşağı sallamağa çalışmayın. Baxış istiqamətiniz döşəməyə olmalıdır;
• Dirsəklərinizi bükməyin;
• Plankı edərkən çalışın güzgü qarşısında onurğanızı düzgün vəziyyətə salıb daha sonra hərəkəti edəsiniz, vaxtaşırı olaraq güzgüdən özünüzə nəzarət edin, onda səhvlərinizi daha yaxşı görəcəksiniz.
 

0 şərh