Рейтинг
+46.06

İdman və sağlamlıq

42 üzv, 84 topik

Velosiped sürmək üçün 15 səbəb

1. Velosiped sürmək bütün bədəni, eləcə də ayaq əzələlərini çox yaxşı işlədir və gücləndirir. Eyni zamanda biləkləri də gücləndirərək, oynaq ağrılarına səbəb olan xəstəliklərin qarşısını alır.

2. Velosiped sürmək ürək sağlamlığına yaxşı təsir edir və xəstəliklərdən qoruyur.

3. Tarazlıq və müvazinət qabiliyyətlərinin inkişaf etməsinə kömək edir.

4. Axşamlar rahat yatmağa kömək edir.  Yuxunu nizama salır.
Davamı →

Uşaqları hansı yaşda idmana yönəldək?

İdman bir mədəniyyət olaraq edilməlidir. Övladınız hansı yaşda idmana başlamasından asılı olmayaraq mütləq sağlamlıq müayinəsindən keçməlidir. Bir mütəxəssisi tərəfindən müayinə edilən uşağın, əzələ və skelet sisteminin, seçim edilən idmanı etməyə uyğun olub olmadığına qərar verilməlidir. Əgər uşağınızın müəyyən bir sağlamlıq problemi varsa həkim tərəfindən müəyyən olunub, özünə uyğun olan idman növünün qərarlaşdırılması çox əhəmiyyətlidir.

Uşaqlıq dövründəki idmanlar oyuna istiqamətli olmalıdır. Uşaqlıq dövründə idmana başlayan kəslərlə, irəli yaşda idman etməyə başlayanlar arasında; fiziki, sosial, ruhi və şəxsiyyət inkişafına qədər hər sahədə fərqliliklər var.
Davamı →

Hamiləlik dövründə pilatesin faydaları

Pilates axıcı balanslı hərəkətlər və doğru nəfəs alıb-vermə texnikaları ilə bədəndə konsentrasiya, daralma, tarazlıq, eyni zamanda istirahət, dincəlmə təmin edən hərəkətlər toplusudur. Hamiləliyin daha sağlam keçməsi, doğuşun rahat olması üçün pilates etmək tövsiyə olunur. Amma hamilə qadınların həkimlərindən icazə almadan pilates etmələri qəti qadağandır.

Hamilələrin pilatesi fizioterapevt müşayəti ilə etmələri məsləhətdir, əks təqdirdə, hansısa narahatlıqlar və ya xəsarət alma halları baş verə bilər. — Hamilə qadının fiziki və mənəvi cəhətdən daha güclü olmasını təmin edir.

— Hamiləlikdə tez-tez rast gəlinən bel və boyun ağrıları olmaqla əzələ skelet sistemi problemlərinin qarşısını alır.
— Hamiləlik daha rahat və sağlam keçir.
Davamı →

Bakıda ilk “Wings for Life” yürüşünün hesabatı

Azərbaycanda ilk dəfə olaraq “Wings for Life” xeyriyyə qaçışı təşkil olundu. 7 may 2017-ci il saat 3-də Bakı Bulvarında olan bu yarış diqqətləri cəlb etdi.
maraqlı xeyriyyə aksiyasından görüntülər
“Onurğa beyninin travmalarının tədqiqatlarının inkişafına öz töhfəsini vermək və dünyada milyonlarla insanın həyatlarını yaxşılığa doğru dəyişdirmək üçün birləşib qaça bilməyənlər üçün qaçaq” devizi altında keçirilən tədbirə maraq gözlənildiyindən çox oldu. Bu sevindirici haldır ki, ölkəmizdə belə faydalı sosial eventlərə maraq yaranıb.
Davamı →

İdmanla məşğul olanların qida rejimi

Orqanizmin möhkəmlənməsi və enerji toplamaq baxımından “sağlam qidalanmaq” idmanla məşğul olanlar üçün çox əhəmiyyətli bir mövzudur.

Bəzi qidaların çoxluğu və ya əskikliyi fiziki performansınızda, inkişafınızda əhəmiyyətli rol oynayır. Bu səbəbdən idman edənlərin qidalanması sağlam, balanslı və müxtəlif olmalıdır.

Zülal əzələ inkişafını və yenilənməsini dəstəkləyir. Zülalı, ümumiyyətlə qırmızı ət, ağ ət, yumurta və balıqdan ala bilərsiniz.
Davamı →

Əhvala uyğun idman

Təbii olaraq insan hər zaman eyni əhval-ruhiyyədə ola bilməz. Mütəmadi olaraq əhval-ruhiyyə dəyişə bilər. İnsan bəzən narahat, bəzən gərgin, həyəcanlı, əsəbi, stressli ola bilər. Bu halda əhval-ruhiyyənizi yaxşılaşdıran idman hərəkətləri sizə kömək ola bilər. İdman edərək əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.

Əsəbisinizsə — Kikboksinq
Əsəbinizi kalori yandıran kikboksa yönləndirin. Əsəbi olduqda bunun öhdəsindən gəlməyin ən yaxşı yolu kikboksla məşğul olmaqdır. Bütün əsəbi enerjinizi qum torbalarından çıxara bilərsiniz. Kikboks öyrənmək üçün isə xüsusi bir kursa da yazıla bilərsiniz.

Tələsirsinizsə — Ştanqqaldırma
Əgər kifayət qədər vaxtınız olmadığını görürsünüzsə, ştanq qaldırın. Bunun üçün bir az istilənmə hərəkətləri etdikdən sonra 3 dəqiqə ərzində ştanq qaldırın, 1 dəqiqə dincəlin və prosesi təkrarlayın. Beləcə, məhdud vaxtınızı dəyərləndirmiş olarsınız.
Davamı →

Halqa ilə incəbel olun

İdman zalına getmədən ev şəraitində daha feminəl bədən quruluşuna sahib olmaq istəyirsən? O zaman halqa gözəl seçimdir! Adi halqa ilə belinizi incəldə, pres ilə isə onu möhkəmləndirə bilərsiniz. Bəs halqa ilə necə məşq etmək olar? Siz xanımlara bununla bağlı bəzi ipucları veririk. Başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:

 Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.
 Aramla nəfəs alıb-verin.
 Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.
 Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.
 İlk halqanız hamar və yumşaq olmalıdır.

30 dəqiqə məşqdən sonra yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır halqaları sonraya saxlayın. Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!
Davamı →

Bel çevrəsi üçün hərəkətlər

Alınan kilolar ya heç verilmir, ya da uzun məşqlərdən sonra nəticə verir. Xüsusilə bel bölgəsi ən çox şikayət edilən yağlanma bölgəsidir. Məşq və pəhriz, bu yağlardan xilas olmaq üçün müraciət edilən bir yoldur.

Bel və ətrafında yığılan yağları əritmək üçün hansı hərəkətlər edilməlidir?
Yerə üzü yuxarı uzanın. Əllərinizi 45 dərəcə bucaq altında qulaqlarınızın yanından irəliyə doğru uzadın. Düz uzatdığınız ayaqlarınızı yüngülcə əyin. Çiyinlərinizi başınıza doğru qaldırın. Hərəkəti dalba-dal təkrar edin. Stulda dik oturun və kürəyinizi stulun söykənmə yerinə tamamilə söykədin. Dizlərinizi növbə ilə çənənizə doğru qaldırıb, endirin. Dik oturma mövqeyini hərəkətə davam etdiyiniz müddət boyunca pozmayın. Bu hərəkətə yorulana qədər davam edin.
Davamı →

İdmanın psixoloji faydaları

İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Buna görə də uşaqların əsasən də yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalara görə idmanın nəinki insana fizioloji, eyni zamanda psixoloji faydası çoxdur. İdmanın aşağıdakı psixoloji faydaları var.

1. İdman etməyin uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasına təsiri yüksəkdir. Tenis, üzgüçülük, basketbol və ya voleybol kimi idman növləri ilə məşğul olan uşaqlarda həmişə yeni fəaliyyət növlərini sınamağa maraq daha çox olur və bu yeniliklər uşağı heç vaxt qorxutmur.
Davamı →

Yataqdan qalxmamış 5 hərəkət

Çoxumuz səhərləri iş, dərs, işə gedənləri yola salmaq təlaşı ilə gözümüzü açırıq. Tez də öhdəliklərimizi yerinə yetirməyə başlayırıq. Özümüzü isə unuduruq. Payızda da vəziyyət tamam başqa olur. Biz yuxulu oluruq və daha çox yatmaq istəyirik.

Hansısa idman hərəkətindən söhbət belə gedə bilməz. Amma mütəxəssizlərin də bildirdiyi kimi, səhər yataqda edilən idman hərəkətləri insanın gün boyu gümrah olmasına səbəb olur.

 1. Bütün hallarda özünüzü yalnız və təkrarsız hiss edin.
Hər səhər özünzü sevdiyinizi etiraf edin.

2. Sakit nəfəs alın.
Burunda dərindən havanı içəri çəkin, havanı bütünlüklə ağciyərlərinizdə hiss edin, yavaş-yavaş havanı buraxın.
Davamı →