Dünyanı lərzəyə gətirən döyüş sənəti: Vin Çun
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bu fiziki hərəkətlər kompleksi qarın əzələlərin bərkitməsi üçün nəzərdə tutulub. Həm qadın, həm də kişilər üçün uyğun gəlir.
Təqdim olunan fiziki hərəkətlər kompleksi doğuşdan sonra zəifləmiş qarın əzələləri bərkitmək üçün də istifadə etmək olar. Bu halda məşğələlərə doğuşdan 2 ay sonra başlamaq olar.
saglamolun.az
Sıx, möhkəm bir bədən üçün etməniz gərəkən hərəkətlər əslində çox sadədir. Yediklərinizə diqqət etməklə yanaşı, aşağıdakı hərəkətləri etsəniz, fit bir bədənə sahib olarsız. Öncə yavaş hərəkətlərlə bir az isinin və sonra bu hərəkətlərə başlayın!
Squat — 15 dəfə squat (çöməlmə) hərəkəti edin.
Jim – 15 dəfə jim etməniz yetərlidir.
Gün keçdikcə maraq artıran pole idmanı nədir?
Bütün dünyada pole sport, pole fitness adlanan və bədənin hər bölgəsini çox yaxşı çalışdıran pole rəqsinin formanı qoruyub saxlamaqda böyük təsiri var. Bir çoxları bunu striptiz, ya da dirək rəqsi olaraq qiymətləndirir. Halbuki çox çətin və bir o qədər də əyləncəli fitnes növüdür. Əlbəttə, seksual hərəkətlərin olması da insana özünü yaxşı hiss etdirir.
Hər qadının təcrübədən keçirməli olduğu bir idman növüdür. İlk başda bir az çətinlik və əzələ spazmları yaşansa da, hər qadın o dirəyə dırmanmalıdır.
Yaşlandıqda “kaş ki” deməmək üçün gənc yaşlarda idman etmək və sağlam qidalanmaq lazmdır. Hansısa bir idman növünə sərf edəcək pulunuz yoxdursa, hər kəsin edə biləcəyi ucuz idman növü olan qaçış, piyada gəzinti ilə məşğul olub hərəkətdə olmaq və müntəzəm qidalanmaq vacibdir.
Omba, qarın və ayaq əzələlərini inkişaf elətdirmək üçün edilən squat hərəkətləri ilə istədiyiniz bədənə qovuşun.
“Squat” – çöməlmə kimi ifadə edilən hərəkət olub bədənə ən faydalı hərəkətlərdən biridir. Sadə və heç bir idman aləti tələb etmədən edilən squat sayəsində istədiyiniz bədənə sahib ola bilərsiz. Güclü ayaq və qarın əzələləri üçün nəzərdə tutulur.
İki şəkildə yerinə yetirilir. Sadəcə çöməlmə hərəkətləri şəklində, ya da çöməlmə ilə ağırlıq qaldırma hərəkəti eyni vaxtda edlir.
Onu da qeyd edək ki, ağırlıq qaldırma ilə edilən squat özəlliklə kişilərdə babasil problemini artırır. Bu cür narahatlığı olanlar squat edərkən diqqətli olmalıdır.
Squat necə edilir?
Squat hərəkətinə başlamqa üçün ayaqları çiyin genişliyində açın və çöməlin.
Tənbəl qadınlar idman etməmək üçün çox zaman yetərincə vaxtı olmadığından gileylənirlər. Amma bu düz fikir deyil. İdman etmək üçün 5 dəqiqəniz hər zaman tapılar. Arıqlamaq üçün idman zalına getməyiniz də məcbur deyil.
5 dəqiqə səhər: Zəngli saatdan 5 dəqiqə qabaq oyanmısınız? Əlbəttə bu çox yaxşıdır. Siz indi yerinizdən qalxıb yürüyüş edəcəksiz?! Amma yox çox tənbəllik edirsiz. Eybi yox yəqin ki, özünüzü döşəmənin üstünə atmaq üçün tənbəllik etməzsiniz. İlk olaraq beli üstə uzanıb özünüzü dartının sonra körpü kimi dayanın. İnanın bu sizi bütün gün çevik və gümrah saxlayacaq.
Yediyiniz 1 dilim paxlava üçün 1.5 saat heç durmadan rəqs etməli, içdiyiniz 1 fincan südlü qəhvə üçünsə 3-3.5 saat ayaq üstə qab yumalısınız. Formada qalmaq istəyir, ancaq hamburger, pizza, kabab, bir dilim şokolada “yox” deyə bilmirsiz?
Yediyiniz yeməklərin yağa çevrilməsini hərəkət etməklə əngəlləmək mümkündür.
Çox insan formada qalmaq üçün pəhrizi həyatlarının bir parçası ediblər. Bəs arada gizli-gizli qadağan olunmuş qidaları yeyənlər bu yağlarını əritmək üçün nə etməlidir?
180 qramlıq pizza 330 kaloridir. O kalorini yandırmaq üçün təxminən 1 saat üzmək lazımdır. Bu, 324 kalori yandırmanıza kömək edəcək.
Təxminən 110 qramlıq bir ədəd hamburger 240 kaloridir. Bu kalorini əritmək üçün templi şəkildə 2 saat gəzmək lazımdır.
70 qramlıq bir dilim şokoladlı tort 275 kalori təşkil edir. Bu kalorini yandırmaq üçün 2 saat yarım ev işi görmək lazımdır.
Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitneslə məşğul olaraq da etmək mümükündür.
Fitnes — qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb, onun bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə sizin məqsədinizdən asılıdır.
Güc sərf olunan məşqlərdən əzələlərdə yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı işləyir, bu da dərinin elastikliyi və saçların parlaqlığı ilə özünü göstərir. Əsas cavanlaşdıran hormonlar endorfin, serotonin, tetesteron və boy artma hormonu somatotropin sayılır.
Bu prosesdə ən çox yer tutan hormon, hüceyrələrin regenerasiyasına ayrılan boy artma hormonudur. Somatotropin — hüceyrələrin qocalması ilə aktiv mübarizə aparır. Lakin, 30 yaşdan sonra orqanizm onu lazımı miqdarda istehsal etmədiyinə görə qocalma prosesi aktiv olaraq güclənir.
Müntəzəm idman hər insanın gündəlik həyat rejiminin əsas hissəsi olmalıdır. Ancaq yaşlı fərdlər üçün bəzi idman hərəkətləri digərlərindən daha faydalı olur.
Sağlam idman rejiminə davam etmək hər yaşda həyatın əsas təməli olmalıdır. Xüsusən də 50 və yuxarı yaşda olan insanlar üçün daha yaxşıdır.