Рейтинг
+46.06

İdman və sağlamlıq

42 üzv, 86 topik

Üzgüçülüyün uşaqlara hansı faydaları var?

Üzgüçülük uşaqların inkişafına müsbət təsir edən idman növlərindən biridir. Uşaqların əzələ-skelet sisteminin inkişafına kömək etməklə yanaşı, onların boy və çəki nisbətini qorumağa da kömək edir. Üzgüçülük də gimnastika kimi bütün idman növlərinin əsasını təşkil edir. Bu idman növü uşaqların koordinasiyasını yaxşılaşdırdığı üçün körpəlikdən bu idmanla məşğul olmaları çox faydalı olacaq. Yemək problemi olan uşaqlar çimdikdən sonra acıyacaqları üçün bu problem öz-özünə aradan qalxacaq. Üzgüçülük uşaqların inkişafına müsbət təsir etməklə yanaşı, maddələr mübadiləsini də aktivləşdirir. Həzm sistemi problemi olan uşaqların problemləri aradan qaldırılır. Üzgüçülük həm də uşaqlar üçün təhlükəli olan şeyləri aradan qaldırmağa kömək edir. Məsələn, uşaq üzməyi bildiyi üçün boğulma təhlükəsi olmayacaq. Bəs üzgüçülüyün uşaqlara nə kimi faydaları var?


Davamı →

Necə daha sürətli qaça bilərsiniz?

Qaçış həm fiziki, həm də ruhi sağlamlığımız üçün mühüm bir fəaliyyətdir. İstər sağlamlıq, istərsə də  rəqabət məqsədi ilə olsun, biz bu fəaliyyəti daimi yerinə yetirməyə çalışmalıyıq. Bu məqalədə qaçış texnikaları, fiziki hazırlıq, qidalanma, hidratasiya, motivasiya və ruh sağlamlığı kimi mövzuları geniş şəkildə əhatə edəcəyik.


Davamı →

Hər gün idman etməliyikmi?

 «Hər gün idman etmək sağlamlığımız üçün vacibdir» – bu ifadə, sağlam həyat tərzinin ayrılmaz bir hissəsi kimi çoxumuza bələddir. Bu bloqda biz hər gün idman etməyin faydalarını, potensial risklərini və bu məsələyə dair mütəxəssislərin fikirlərini araşdıracağıq. 
Davamı →

Velosiped sürməyin 5 faydası

İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir üsuldur. Evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz? Budur, sizə velosipedə minməyə başlamaq üçün 5 səbəb:
  • Məşq və ya yol velosipediylə arıqlayın

Kalori yandırmaq üçün velosipedə minmək ideal hesab olunan üsullardan biridir.


Davamı →

İdman etməyin faydaları

İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatınızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idmanı məsləhət görürdü. Klivlend universiteti mütəxəssislərinin araşdırmasına görə, idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır. 

İdman — tanış olmaq üçün ən yaxşı vasitədir
İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki,


Davamı →

Səhər yürüşlərinin sağlamlığa 4 faydası

Çəkinizi idarə etməyə imkan verir

Hər səhər müntəzəm və ritmik hərəkətlərlə 20-30 dəqiqəlik gəzmək artıq yağ yandırmağa və arıqlamağa kömək edəcəkdir. Bu müddət ərzində yediklərinizə və içdiklərinizə diqqət yetirməli və kalori nəzarətini təmin etməlisiniz. Bundan əlavə, səhər gəzintiləri piylənmənin qarşısını alan ən sadə və təsirli üsullardan biridir.


Davamı →

Yoqaya başlamaq üçün səbəblərimiz

Uzun illərdir istifadə edilən yoqa, insanı dinclik və xoşbəxtliyə qovuşduran məşqlərdən biridir. Yoqa ilə insan bədəni daha da sağlam bir hala gəlir. Yoqa insanların həyata olan baxışlarının dəyişdiyi və bunun yanında, duyğusal, zehni və ruhi mənada da inkişaf etdiyi açıq şəkildə görünür. Yoqa əslində insanın öz orqanizmini tanıması və tərbiyə etməsidir. Yoqa ilə bədənini, ruhunu və onu tərbiyə edən insan eyni zamanda əmin-amanlığa da qovuşar.

Davamı →

İdman zalında məşq edənlər bunları mütləq bilməlidir!

Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir.
Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.
Davamı →

Artıq şişmiş əzələləri necə qoruyaq?

Məşqlər dayandırıldıqdan sonra, əzələlər zəifləyir və ölçülərini itirməyə başlayırlar. Bu məqalədə əzələləri qorumaq üçün 6 məsləhətə qulaq assanız, əzələlərinizi daim formda saxlamağı bacaracaqsınız.
İnsan məşqləri dayandırdıqdan sonra, əzələlər öz formlarını itirməyə başlayırlar. Bu prosesə ən çox istirahət faktoru təsir edir. Məsələn aylıq istirahətin günlük istirahət arasında olan təsiri hiss ediləndir. Həmçinin nə qədər məşq etməyinizdən də asılı olacaq. Məsələn daha uzun illər məşq edənlərdə formanın itirilməsi daha yavaş gedir.
Dediyimiz kimi 6 məsələhət aşağıdakılardır:
Davamı →

Daban gimnastikası

Akademik Mikulinin hazırladığı bu kiçik hərəkətlər – dabanların qüvvə ilə yerə vurulması venoz damarlarda xüsusi yırğalanma yaradır. Bununla da qan dövranı yaxşılaşır, venalarda tıxanıqlıq açılır, təzyiq normaya düşür. Ayaqlardan başa kimi qan damarları titrədiyindən qan axınında dəyişim baş verir. Beynin fəaliyyəti yaxşılaşır, başda ağırlıq və ağrıdan əsər-əlamət qalmır. 

Hərəkət üçün: düz dayanırsız, dabanlar birləşir, dişlər yüngülcə sıxılır. Dabanlar döşəmədən, yerdən 5 sm yuxarı qaldırılır. Barmaqlarınızın ucunda qalırsız. 4-5 dəqiqə saxlayıb, birdən, qəfildən, yüngül zərbə ilə döşəməyə vurursuz. Bu zaman venoz klapanlar əlavə güc alaraq, qanı yuxarı qovur.
Davamı →