Рейтинг
+46.06

İdman və sağlamlıq

42 üzv, 83 topik

Qaçmaq yaddaşı qüvvətləndirir

İngiltərə də edilən bir araşdırmada, nizamlı qaçışın bədənə xeyirli olduğu qədər yaddaşı da gücləndirdiyi ortaya çıxdı.
İngilis qəzetlərindəki xəbərə görə, Cambridge Universitetində edilən araşdırmada, qaçış məşqinin beyində yaddaşa dəstək verən bölgədə yeni hüceyrələrin çoxalmasını təmin etdiyi təyin olundu.
Aerobik məşqin, «nevrogenesis» olaraq bilinən boz maddənin böyüməsini niyə azaltdığının bilinmədiyini ifadə edən tədqiqatçılar, bunun məşqlə ortaya çıxan yüksək qan təzyiqi və ya yüksək hormon səviyyəsinə bağlı ola biləcəyini vurğuladılar.
İngilis alimləri, araşdırmalarında, həmişə qaçan və qaçmayan iki ayrı siçan qrupunu araşdırdılar. Bir neçə gün sonra hər iki qrupu da kompüter ekranında bir çox yaddaş testindən keçirən tədqiqatçılar, hərəkətsiz qrupun yaddaş testində ən pis nəticələri aldılar.
Elm adamlarının siçanlardan götürdükləri beyin toxumaları, qaçan siçanların təcrübə əsnasında beyinlərində yeni boz maddə miqdarının artdığını göstərdi.
Təcrübə əsnasında gündə orta hesabla 24 kilometr qaçan siçanların beynində 6 minə qədər yeni hüceyrə meydana gəldiyi məlum oldu.

Davamı →

Fitnes qaydaları

Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan, — məşqçi Aida Mehdiyeva deyir.

Saatlarla məşq etmək olmaz
Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.


Ardı →

Fiziki hərəkətlər və sağlamlıq

Bizim bədənimizdə 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə isə zülaldır. Əzələ kütləsi yalnız yıgılma və boşalma zamanı saxlanıla və arta bilər, sakit vəziyyətdə isə əzələlər atrofiyalaşır. İnsan yaşlaşdıqca əzələ və piy toxmasının nisbəti potoloji olaraq, hətta qamətli insanlarda belə piy toxumasının artmasına yönəlir. Herontoloqlar əzələ kutləsinin itirilməsini qocalıq əlaməti hesab edirlər, lakin hal-hazırda gənclərin 30%-ə qədərinin əzələ kütləsinin çatışmamazlığı faktdır. Əzələlər təbiyətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar dərhal atrofiyalaşır. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.
Ardı →