Maye və qazlarda təzyiqin ötürülməsi, Birləşmiş qablar, Hidravlik maşın

Boş kağız paketini hava ilə doldurub ovcunuzla zərbə təzyiqin ötürülməsiendirsəniz, kağız paket “partlayar”. Mayelər də özünü belə aparır: əgər içərisində su olan ağzı bağlı plastik paketi masa üzərində yerləşdirib azacıq sıxmaqla təsir göstərsəniz, onun forması dəyişər, lakin bərk sıxsanız, “partlayar”.
 
Bərk cisimlərin səthinə göstərilən təzyiq cismin hissəciklərini bir istiqamətdə – təsir edən qüvvə istiqamətində dəyişir. Bu da özündən sonrakı hissəciklərin yerdəyişməsinə səbəb olur. Yuxarıdakı hissəciklər aşağıya doğru yerini dəyişir. Bu yerdəyişmə növbəti hissəciklər üçün də təkrarlanır. Bərk cismin hissəcikləri yanlara yerini çox az dəyişdiyindən onlarda yana təzyiq hiss olunmur (bax: a və b).

Qabda olan maye (və ya qaz) xaricdən müəyyən qüvvənin təsiri ilə sıxıldıqda onun mütəhərrik molekulları qabın hər tərəfinə yerlərini dəyişir. Bu zaman sıxlıq artdığından mayenin (və ya qazın) təzyiqi də getdikcə artır.
Paskal qanunu
Qabda olan mayeyə (və ya qaza) göstərilən təzyiq bütün istiqamətlərə ötürülür. Qapalı qabdakı maye və qazlar xaricdən edilən təzyiqi dəyişmədən bütün istiqamətlərə bərabər ötürür. Bu, maye və qazlar üçün Paskal qanunudur.
Birləşmiş qablar
Çaydanda, suçiləyəndə suyun səviyyəsi lüləyindəki suyun səviyyəsi ilə eyni olur. Dolu çaydana əlavə edilən su həm çaydanın ağzından, həm də lüləyindən daşır. birləşmiş qablar
  • Açıq səthləri olan və bir-biri ilə əlaqələndirilən qablar birləşmiş qablar adlanır.
Mayelərin üzərindəki havanın təzyiqi eyni olarsa, müxtəlif formalı və müxtəlif en kəsikli birləşmiş qablarda eyni mayenin təzyiqi istənilən səviyyədə eynidir .
Mayelərin üzərindəki havanın təzyiqi eyni olarsa
  • Birləşmiş qablardakı bircins mayenin səviyyələri eynidir. Bu «birləşmiş qablar qanunu»dur.
Birləşmiş qablara müxtəlif mayelər tökülərsə, məsələn, suyun üzərinə kerosin əlavə edilərsə, təzyiqlərin bərabər olmasına baxmayaraq, maye sütunlarının səviyyələri müxtəlifdir. Sıxlığı böyük olan mayenin səviyyəsi aşağı, sıxlığı kiçik olan mayenin səviyyəsi isə yuxarı olur :
Birləşmiş qablara müxtəlif mayelər tökülərsə,
Burada h1 və ρ1 – birləşmiş qabların birindəki maye sütununun hündürlüyü və sıxlığı, h2 və ρ2 – birləşmiş qabların digərindəki maye sütununun hündürlüyü və sıxlığıdır.
Birləşmiş qablarda maye sütunlarının hündürlükləri onların sıxlıqları ilə tərs mütənasibdir.
Hidravlik maşın
Yağ emalı zavodlarında toxumdan yağı çıxarmaq, otu, karton və faneri hazırlamaq üçün hidravlik maşın adlanan xüsusi qurğudan istifadə edilir.Hidravlik maşın
  • Hidravlik maşın bu cür ağır işin öhdəsindən necə gəlir?
Hidravlik maşın bir-biri ilə əlaqəsi olan müxtəlif diametrli iki silindrdən ibarətdir. Bu silindrlər porşenlərlə təchiz edilərək yağla doldurulur. Paskal qanunu hidravlik maşının iş prinsipini izah etməyə imkan verir. Paskal qanununa görə, hidravlik maşının porşenləri altındakı mayeyə göstərilən təzyiqlər bərabərdir: p1 = p2.
Təzyiqlərin bərabərliyindən alınır:
Hidravlik masin
Burada S1 – kiçik porşenin sahəsi, S2 – böyük porşenin sahəsi, F1 – kiçik porşenə təsir edən qüvvənin modulu, F2 – böyük porşenə təsir edən qüvvənin moduludur.
Hidravlik maşının porşenlərinə təsir edən qüvvələr porşenlərin sahələri ilə düz mütənasibdir.
Beləliklə, hidravlik maşının köməyi ilə S2/S1 dəfə qüvvədə qazanc əldə edilir:
Hidravlik maşın
Beləliklə, hidravlik maşında kiçik qüvvə ilə böyük qüvvəni tarazlaşdırmaq mümkündür. Hidravlik maşın cisimləri presləmək üçün istifadə edildiyindən onu hidravlik pres də adlandırırlar. Bu preslər çox böyük qüvvə tələb edilən yerlərdə istifadə olunur.
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh