Çevrə üzrə bərabərsürətli hərəkət

Siz əvvəlki dərslərdə düzxətli bərabərsürətli və bərabərtəcilli hərəkətlər, onların xarakteristikaları ilə tanış oldunuz, bu xarakteristikaların zamana görə necə dəyişdiyini müəyyənləşdirdiniz.
  • Düzxətli bərabərsürətli, düzxətli yeyinləşən və düzxətli bərabəryavaşıyan hərəkət: bunların hansı təcilli hərəkətdir? Nə üçün?
  • Düzxətli irəliləmə hərəkətində təcil nəyi xarakterizə edir: sürətin modulunun, istiqamətinin, yoxsa hər ikisinin dəyişmə yeyinliyini?
  • Çevrə üzrə bərabərsürətli hərəkətdə təcil nəyi xarakterizə edir? Fərziyyənizi söyləyin.

Davamı →

Yanacağın yanma istiliyi

Məişətdə, istehsalat və texnikada müxtəlif növ yanacaqlardan istifadə olunur. Şəkildə müxtəlif növ yanacağın hər birinin 1 kq-nın tam yanması zamanı ayrılan istilik miqdarları göstərilmişdir:
  • Niyə eyni kütləli müxtəlif növ yanacaq tam yandıqda onlardan fərqli miqdarda istilik ayrılır?
  • Bu yanacaqlardan ən perspektivlisi hansı növ yanacaq hesab edilir. Niyə?

Davamı →

İstilik balansı tənliyi, İstilik proseslərində enerjinin saxlanması qanunu

Temperaturları müxtəlif olan iki cisim bir-birinə toxunduqda onlar arasında istilik mübadiləsi baş verir: isti cisim soyuyaraq daxili enerjisinin bir hissəsini soyuq cismə verir, soyuq cisim isə bu enerjini alaraq bir qədər qızır. Cisimlər arasında istilikvermə onların temperaturları bərabərləşənə qədər davam edir. Bu iki cisimdən ibarət sistem təcrid olunmuş sistemdirsə, yəni kənar cisimlərə istilik verilmir və kənar cisimlərdən istilik alınmırsa, sistemin ümumi daxili enerjisi dəyişmir, saxlanır:

Davamı →

İstilik miqdarı

Fincandakı ilıq çayı qızdırmaq üçün, adətən, onun üzərinə bir qədər qaynar su əlavə edirik. Bu zaman ilıq çay ilə qaynar suyun temperaturları tarazlaşana qədər onlar arasında istilik mübadiləsi baş verir — mayelərin daxili enerjiləri dəyişir.
  • İstilik mübadiləsi zamanı fincandaki ilıq çay və qaynar suyun daxili enerjisi necə dəyişir: hansı mayenin daxili enerjisi azalır, hansının daxili enerjisi artır? Niyə?
  • Mayenin daxili enerjisinin nə qədər artdığını və ya nə qədər azaldığını təyin etmək olarmı?

Davamı →

Enerji. Potensial və kinetik enerji

Qüvvənin təsiri cismi hərəkətə gətirirsə, mexaniki iş görülür. Baxılan misallarda görülən işin nəticəsində cisim deformasiyaya məruz qalır (kaman və elastik yay dartılır). Deformasiyaya məruz qalan cisim, məsələn, yay, buraxıldıqda əvvəlki vəziyyətinə qayıdır, bu zaman o, özü ilə yükü də hərəkətə gətirir (kamandan çıxan ox hədəfə doğru uçur) – elastik yay iş görür.

Davamı →

Süjetli əsərlərdə və heykəltəraşlıqda insan obrazı

Süjetli əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir.
Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir.
Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.

Davamı →

Mexanikanın qızıl qaydası, Mail müstəvinin faydalı iş əmsalı, Cismin tarazlığı

Sadə mexanizm qüvvədə qazanc verdiyinə görə onunla cismi qaldırmaq asandır. Lakin apardığınız araşdırmalar göstərdi ki, bu mexanizmlər qüvvədə neçə dəfə qazanc verirsə, məsafədə bir o qədər dəfə itirilir. Bu nəticə əsasında “sadə mexanizmlər işdə də qazanc verir” müddəasını söyləmək olarmı? Araşdırmadan aydın oldu ki, sadə mexanizmlərdə qüvvədə qazanc olsa da, işdə qazanc yoxdur. – Heç bir sadə mexanizm işdə qazanc vermir. Bu müddəa enerjinin saxlanması qanunundan çıxır və mexanikanın “qızıl qaydası” adlanır.

Davamı →

Atmosfer təzyiqinin ölçülməsi

İlk dəfə dolayı yolla atmosfer təzyiqini XVII əsrdə yaşamış italyan alimi Evangelista Torriçelli ölçmüşdür. O, 1m uzunluqda, bir ucu lehimlənmiş (bağlı olan) şüşə borunu civə ilə doldurur. Borunun açıq ucunu barmağı ilə qapayıb çevirərək civə olan geniş qaba daxil edir. Civənin içərisində borunun ucundan barmağını götürür. Bu zaman borudakı civənin az hissəsi qaba tökülmüş, çox hissəsi isə boruda qalmışdır. Boruda qalan civə sütununun hündürlüyü təxminən 760 mm olmuşdur.

Davamı →