Rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər, Rəqsi hərəkət, Mexaniki rəqslər

Mexaniki hərəkətin digər növləri kimi, rəqsləri də xarakterizə edən fiziki kəmiyyətlər vardır. Bunlar rəqqasın yerdəyişməsi, rəqs amplitudu, rəqs periodu və rəqs tezliyidir.
Rəqqasın yerdəyişməsi nə deməkdir? Rəqqasın yerdəyişməsi – onun tarazlıq vəziyyətindən ixtiyari uzaqlaşdığı məsafədir.
Rəqs amplitudu nədir? Rəqqası tarazlıqdan çıxarıb, məsələn, 1 nöqtəsində saxlayaq. Onu sərbəst buraxmaqla rəqs etdirək. Bu zaman rəqqas sağa tərəf hərəkət edir, tarazlıq nöqtəsindən daha çox uzaqlaşaraq ixtiyari 2 nöqtəsinə gəlir və orada ani dayanır, istiqamətini sola dəyişərək hərəkət edir (a).
Beləliklə, rəqqas tarazlıq nöqtəsindən ən çox uzaqlıqda yerləşən iki nöqtə arasında rəqs edir.
Rəqqasın tarazlıq vəziyyətindən ən çox (maksimum) uzaqlaşdığı məsafə rəqs amplitududur.
Rəqqasın bir kənar vəziyyətindən digər kənar vəziyyətinə və oradan da əksinə, əvvəlki kənar vəziyyətinə qayıtması tam rəqs adlanır.
Amplitud – A hərfi, yaxud xm ilə işarə olunur və BS-də vahidi – metrdir:
Amplitud
Rəqs periodu. Rəqs periodu – bir tam rəqsə sərf olunan zamandır. Rəqs periodu T hərfi ilə işarə olunur və BS-də vahidi saniyədir:
                                              [T] = 1 san.
Rəqqas müəyyən t zaman müddətində N sayda tam rəqs edərsə, onun rəqs periodu aşağıdakı kimi olar:
Rəqs tezliyi. Rəqs tezliyi – bir saniyədə baş verən rəqslərin sayıdır. Rəqs tezliyi – yunan hərfi v (nü) ilə işarə olunur. Rəqqas t zaman müddətində N sayda tam rəqs edərsə, onun rəqs tezliyi bu düsturla ifadə olunar:
rəqs tezliyi
Rəqs tezliyinin BS-də vahidi bir saniyədə bir rəqs edən rəqqasın tezliyi qəbul edilərək hers (Hs) adlanır. Bu vahid alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır:
Rəqs periodu və rəqs tezliyi biri digərinin tərsidir:
Rəqs periodu və rəqs tezliyi
Gündəlik həyatınızda müşahidə etdiyiniz hadisələrdən biri rəqsdir. Rəqs hər hansı prosesin zaman keçdikcə təkrarlanmasıdır. Təkrarlanan proseslər fiziki təbiətinə görə müxtəlif olur. Onlardan biri mexaniki rəqsdir.
Mexaniki rəqs nədir?
  • Mexaniki rəqslər – mexaniki hərəkətin zaman keçdikcə təkrarlanma prosesidir.
Belə proseslərdə mexaniki hərəkəti xarakterizə edən kəmiyyətlərin – yerdəyişmə, sürət, təcil və s. qiymətlərinin zaman keçdikcə dəyişməsinin təkrarlanması baş verir. Mexaniki rəqsləri sinifdə rəqqas adlanan rəqs sistemlərində müşahidə etmək olar. Belə sistemlərdən ən sadəsi yaylı rəqqas və ipli rəqqasdır.
Rəqs sistemləri
Rəqqasların ümumi xassələri
1.Rəqqasda dayanıqlı tarazlıq vəziyyəti vardır. Bu vəziyyət “O” hərfi ilə işarə edilmişdir.
2.Rəqqas dayanıqlı tarazlıq vəziyyətindən çıxarıldıqda onu bu vəziyyətə qaytaran qüvvə yaranır. İpli rəqqasda bu qüvvə – ağırlıq qüvvəsi və ipin gərilmə qüvvəsinin əvəzləyicisidir ©, yaylı rəqqasda isə o, elastiklik və ağırlıq qüvvələrinin əvəzləyicisidir (d).
3.Tarazlıq vəziyyətinə qayıdan rəqqas ətaləti nəticəsində rəqsi hərəkətini davam etdirir. Lakin havanın müqaviməti rəqsi hərəkətin tədricən sönməsinə səbəb olur.
Rəqqasların ümumi xassələri
Mexaniki rəqsləri daha dəqiq araşdırmaq üçün ideal modeldən (real mövcud olmayan) – riyazi rəqqasdan istifadə olunur.
 
Bilirsinizmi?
İlk kəfgirli saatı 1656-cı ildə holland alimi X.Hüygens hazırlamışdır.Kəfgirli saatın sadə sxemi
Xristian Hüygens (1629-1695) Holland fiziki, riyaziyyatçısı və astronomu.
Onun 1673-cü ildə formalaşdırdığı rəqslər nəzəriyyəsi işıq dalğalarının sirrinin açılmasında mühüm rol oynamışdır
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müəllif: Mirzəli Murquzov, Rasim Abdurazaqov, Rövşən Əliyev, Dilbər Əliyeva
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh