Adamyeyən ağac əfsanəsi

  • Flora


Alman alimi Karl Lik Madaqaskar adasına səyahəti zaman aborigenlərin “adamyeyən ağac” haqqında dedikləri barədə məktublarında yazıb. Yerli əhalinin təsvirlərinə görə, həmin ağac 2,5 metr hündürlüyündə olub. Ağacın yuxarısında 4-5 metr uzunluqda yarpaqlar varmış. Yarpaqların ortasında kənarı bıçaq kimi iti iynəli kasaşəkilli iri “qab” olub.

Naturalistlərin dediyinə görə, aborigenlər qurbanvermə mərasimində əvvəlcə dualar oxuyur, sonra gənc qızları döyə-döyə ağacın yanına gətirirlər. Qadın Madaqaskar palmasına oxşayan bu ağacın budağına qalxıb şirəsindən içirmiş. Şirəni içən qadın huşunu itirirmiş.

Ağac iynəşəkilli tikanlarını qadına batır, qadın 3-4 dəqiqədən sonra ölürmüş. Yavaş-yavaş qan içində olan qadının bədəni ağacın kasaşəkilli hissəsində yox olurmuş. On gün sonra isə ağacın dibindən “həzm edə bilmədiyi” sümüklər tapılırmış.

Uzun əsrlər adanın sakinləri bu ağacı “adamyeyən ağac” adlandırıblar. Bu müəmmalı bitki alimləri çox maraqlandırıb. Alimlər 19-cu əsrdə bu ağaca rast gəlindiyini iddia ediblər, XX əsrdə isə ağacı görən olmayıb.

Alimlərin fikrincə, cəngəlliklərin sürətlə insanlar tərəfindən məhv edilməsi bu ağacların kökünü kəsib. Digər fərziyyələrə görə, indi də keçilməz cəngəlliklədə itən insanları “adamyeyən ağaclar” udur.

 

0 şərh