Рейтинг
+26.59

Flora

32 üzv, 285 topik

Limon-təbiətin möcüzəsi

  • Flora
Qədim yunanlar limona Midiya alması deyiblər. Bu fakt onun Azərbaycanda hələ eramızdan əvvəl VIII-VI əsrlərdə becərildiyini sübut edir. İndi limon bitkisi respublikamızın cənub subtropik zonasında geniş yayılıb. Ancaq digər bölgələrdə bağlarda, bağçalarda, eyvanlarda, şüşəbəndlərdə, otaq şəraitində də yetişdirilir. Yaşıl yarpaqlar arasından boylanan limonun qəşəng forması, sarı rəngi, xoş ətiri adama böyük zövq verir. Bu bitkini çinlilər «Li-munq», yəni, «analar üçün faydalı meyvə» adlandırırlar.
Davamı →

Bitkilər də danışır

  • Flora
Görəsən, bitkilər söhbət edirlər? Qısa cavab versək, hə. Hollandiyanın Radboud Universitetinin tədqiqatçısı Yozef Ştauffer bitkilərin söhbət sistemini İnternet şəbəkəsinə oxşadır. O, bu nəticəyə gəlib ki, çiyələk və yonca kimi bitkilər öz aralarında yaratdıqları şəbəkə vasitəsilə informasiya mübadiləsi aparırlar.

Ancaq onlar bu zaman klaviaturadan yox, öz zoğlarından istifadə edirlər. Söhbət belə baş verir. Məsələn, çiyələk və yonca kimi bitkilər öz zoğlarını Yerin səthi boyunca və Yerin dibinə doğru inkişaf etdirirlər. Nəticədə onların zoğlarının uclarında yeni bitkilər yaranır. Ancaq bu yeni bitkilər həmin zoğ vasitəsilə öz valideynləriylə əlaqədə olurlar. Maraqlıdır, görəsən, onlar nədən danışırlar.
Davamı →

Kətan

  • Flora
Kətanı el arasında böyük ehtiramla «Şimal qızılı», yaxud «Sibirin ipəyi» adlandırırlar.
Bir çox illər boyu bu na­dir bitkinin imkanları haqqında təsəvvürümüz suvenir mağazalarında asılmış əl dəsmalları ilə, yaxud təsərrüfat mağazalarında qalaqlanmış tənəkə qablardakı əlif yağını seyr etməklə məhdudlaşırdı. Halbuki, kətan hərtərəfli əhəmiyyətə malik olmaqla, onun liflərindən yataq yarasının yaranmasına imkan verməyən tibbi dəyişəklərdən tutmuş, mebel və ev tikintisi zamanı dam örtüyü hazırlamaq, habelə toxumlarından alınmış yağın tərkibindən isə, insan həyatı üçün zəruri maddələr əldə etmək olar.
Davamı →

Gilas,alça

  • Flora
Gilas (Prunus Padus Z.) qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çox geniş yayılmışdır.Meyvələrinin tərkibində aşı maddəsi,şəkər boyayıcı və pektin maddələri:üzvi turşular,B2, C vitamiləri eləcə də karotin vardır.Bu mədə bağırsaq,sidik yolları xəstəliklərində,həmçinin işatahartırıcı pəhriz qidası kimi çox xeyirlidir.
Ardı →

Üzüm-Vitis Viniferaz

  • Flora
Bu bitki  üzüm (Vitaceae) fəsiləsindən olub çox faydalı bə qiymətli bitkidir.Ona görə də o dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir.Üzümdən hazırlanan kişmiş,şərbət, xoş ətirli doşab çox faydalıdır.
Ardı →