Рейтинг
+26.59

Flora

32 üzv, 285 topik

Vanil

  • Flora

vanil

Vanil kalsium, natrium və dəmir mineralları ilə zəngindir, tərkibində xolesterol olmasa da, şəkər nisbəti yüksəkdir. Buna görə də kalori dəyəri çoxdur.

Vanil orqanizmi gücləndirir, sinirləri sakitləşdirir, temperaturu aşağı salır, həzmi asanlaşdırır, tənəffüs yollarını təmizləyir.

Vanildən biskvit və şirniyyat məmulatlarında, tort və şokoladlarda, xoşətirli olduğu üçün yağından ətir və müxtəlif kosmetik məhsullarda istifadə olunur. Ancaq vanil və vanil yağından həddindən artıq istifadə etdikdə ürəkbulanma baş verir.


Davamı →

Zəfəran bitkisi

  • Flora
Zəfəran bənövşəyi çiçəyin içərisində olan xoş qoxulu bitkidir. Əsrlərdir dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır. İlk olaraq zəfəran iştah açıcıdır. Onun qoxusu bədənin müqavimətini artırır. Sinir zəifliyini arada qaldırır. Qoxusu sakitləşdirici təsirə malikdir.
Zəfəran tempereturu salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, astma və bronxit xəstəliklərində faydalıdır. Bundan əlavə bu qiymətli bitki qaraciyər, öd, ürək, göz zəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.
Ardı →

Razyana

  • Flora
Razyana (aptek şüyüdü) xoş ətirli bitkilərdən sayılır və çətirçiçəklilər, Apiaceae fəsiləsinə aid bitkidir. Onun ətrini buruna tutmadan da hiss etmək olur. Bəzən razyananı boyana da adlandırırlar. Xoş ətrinə görə ətriyyat və yeyinti sənayesində, habelə məişətdə geniş tətbiq sahələri var. Yarpaqları və körpə zoğları salatlarda, şorba və plov hazırlanmasında istifadə edilir.


Botaniki təsviri


Hündürlüyü 2 metrə qədər olan ikiillik ot bitkisidir. Dəyirmi formalı, yuxarı hissəsi budaqlı gövdəsi və növbəli düzülmüş qınlı yarpaqları var. Gövdəsinin aşağısındakı yarpaqları saplaqlı, ayası çox sayda lələkvari yarılmış, xətvari-sapşəkilli payları əmələ gətirmişdir. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları, demək olar ki, oturaqdır.


Ardı →

Evkalipt yarpağı

  • Flora

Evkalipt cinsinin dünyada təxminən 500-ə qədər növü vardır. Tibbi cəhətdən ən əhəmiyyətli növlərindən biri kürəşəkilli evkalipt, Eucalyptus globulus labill bitkisidir. Dünyanın ən nəhəng ağacı olub, vətənində (Avstraliyada) hündürlüyü 150 metrə çatır. Bu bitki bəzi digər səciyyəvi xüsusiyyətlərə də malikdir. Nəhəng ağac olmasına baxmayaraq onun kölgəsi olmur, çünki yarpaqları yerə perpendikulyar vəziyyətdə dayanırlar. Bu bitkiyə heterofiliys (müxtəlif yarpaqlı) əlaməti xasdır.


Belə ki, kürəşəkilli evkaliptdə yarpaq dar 2 formada və 2 düzülüşdə olurlar. Bitkidəki cavan yarpaqlar yumurtavarı və ya enli lansetvari formada olub, supsativ (qarşı-qarşıya, cüt-cüt) yerləşmişlər, saplaqlıdırlar. Bitkinin yaşlı yarpaqları oraqşəkillidirlər, saplaqlıdır və növbəli düzülmüşlər. Evkalipt ağacları özlərinə çoxlu su çəkmək xüsusiyyətinə də malikdirlər. Onların bu xüsusiyyətindən bataqlıqları, gölməçələri qurutmaq, ağcaqanadları məhv etmək və dolayı yolla malyariya xəstəliyinin kökünü kəsmək üçün istifadə edilir.


Ardı →

Çökə çiçəyi

  • Flora

Hündürlüyü 30 metrə çatan ağac bitkisidir. Dəyirmi-yumurtavari və ya dəyirmi-ürəkvari formalı, uzunsaplaqlı, kənarı mişardişli, növbəli düzülmüş yarpaqları vardır. Yarpaqların üst səthi tünd-yaşıl, alt səthi isə göyümtül rəngdədir. Xoş ətirli, sarımtıl-ağ rəngli çiçəkləri, 5-16 ədəddən olmaqla, asılqan yarımçətirə toplanmışlar. Dilşəkilli iri çiçəkaltlığına malikdir.


Ürəkyarpaq cökə yabanı halda MDB-nin Avropa hissəsinin cənub və orta qurşaqlarında yayılmışdır. Enliyarpaqlı və qarışıq meşələrdə bitir. Parklarda, bağlarda, yolların kənarında və digər yerlərdə bəzək bitkisi kimi əkilir. Ürəkyarpaq cökə Azərbaycanda Kiçik Qafqazda və Quba rayonunda təsadüf edilir. Dərman xammalı kimi cökənin çiçəkləri- Flores Tiliaeistifadə olunur.


Ardı →

Təbiətin möcüzəsi | Yarpaq

  • Flora
Əlinizə bircə yarpaq alın və ona diqqətlə baxın. Bu yarpaq kimyəvi proseslər nəticəsində «fotosintez» həyata keçirir. Başqa sözlə, insanların dövrümüzdə laboratoriyalarda həyata keçirə bilmədikləri bir prosesi saniyələr ərzində bacarır. Kiçik bir yarpağın sakitlik içində həyata keçirdiyi bu kimyəvi proses insanın yer üzündə həyatını davam etdirməsinin başlıca səbəblərindən biridir. Bu yarpağın təkcə 1mm2-də 500 dənə xlorofil yerləşir. Başqa sözlə, fotosintez üçün lazımlı və insanların heç cür laboratoriyalarda əldə edə bilmədikləri bu molekul bu yarpağın içində milyonlarladır. Əgər xlorofil molekulunu təhlil etmə imkanı olsaydı, daha artıq detal qarşımıza çıxardı.
Ardı →

Güllərin tarixi barədə

  • Flora
Gülləri hamı sevir. Yəqin ki, onlara qarşı biganə olan insan da yoxdur. Onlar özü bizi cəlb edir, estetik zövq verir, hətta psixoloji yardım da edir. Bayramların bəzəyi, təbiətin təbəssümüdür güllər! Güllərin tarixi haqqında maraqalı faktlar, müxtəlif əfsanələr mövcuddur. Arxeoloji qazıntılar sübut edir ki, güllərin tarixi tunc dövrünə qədər gedib çıxır. Bizim e.ə. IV əsrə aid olan bir bir daşın üzərindəki təsvirlər qədim insanların da güllərə dəyər verdiyini göstərir.
Ardı →

Armud

  • Flora
Armud (lat. Pyrus) — gülçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Şərqi Avropadan Qərbi Asiyaya qədər yayıımışdır. Həmin fəsilədən olan armudun Azərbaycanda 16 növü yabanı halda bitir, 2 növü isə mədəni halda geniş becərilir. Bu ətirli mеyvə öz zəfərli yürüşünü Asiyadan Avropaya Yunanıstandan kеçərək başlamışdır. Şah Sülеyman Səfəvinin saray həkimi Məhəmməd Mömin (vəfatı — 1697 il) yazır: «Armudun əla növü Azərbaycanda yеtişir.
Ardı →

Zoğal

  • Flora
Zoğal (lat. Cornus) — zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki — Zaqatala, Quba — Qusar zonalarında, eləcə də Kür — Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər [qlükoza, fruktoza, saxaroza].
Ardı →

Dazıotu

  • Flora
Dazıotu latin mənşəli termin olub tərcümədə «süpürgə kolu arasında bitən» deməkdir. Bu, dazıotunun məskunlaşdığı yer ilə əlaqədardır. Dazıotunun müalicəvi xassələri haqqında qədim dövrün məşhur təbiətşünasları Hippokrat, Pliniy və Dioskoroid elmi əsərlərində bəhs edirdilər. Əsrin ortalarında dazıotu ilə çoxsaylı xəstəlikləri daxili və xarici qəbuletmə üsulları ilə müalicə edir, dazıotunun çaxır ilə qarışdırılmış
məhlulunu vəba xəstəliyindən qoruyucu vasitə kimi qəbul edirdilər. Qədim dövrlərdə Rusiya və Avropada dazıotu sehrli qüvvəyə malik bitki hesab olunurdu. Dazıotu şər qüvvələri qovan, cadugəriərdən və kabuslardan müdaflə olunma vasitəsi də hesab edilirdi. Bunun səbəbi isə, çox güman ki, onun çiçək açması zamanı qanı xatırladan al qırmızı şirə ifraz etməsidir. İnsanlar bu şirənin Müqəddəs Məryəmin qanı olduğunu güman edərək, bitkini Məryəmin göz yaşları adlandırırdılar. Dazıotunun xalq arasında geniş yayılmış digər adları da vardır: Xvoroboy, giperikum, 99 xəstəliyin məlhəmi və s.
Davamı →