Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Yeni dövr Avropa fəlsəfəsi

a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri;
b) F.Bekon və onun induktiv metodu;
c) R.Dekart;
ç) B.Spinoza. «Azadlıq dərk edilmiş zərurətdir»;
d) «Monadologiya» və onun müəllifi Leybnits;
e) C.Lokkdan Kanta qədər.


Ardı →

İslam fəlsəfə tarixi

Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Davamı →

Epikurçuluq

Fəlsəfi istiqamət kimi epikurçuluğun əsası məşhur yunan materialisti Epikur (b. er. əv. 341– 270) tərəfindən qoyulmuşdur. Epikur Afinada «Epikur bağı» adlı məktəbini yaratmışdır. Onun təlimində başlıca yer xoşbəxtliyə aparan davranış etikasıdır. Söhbət cəmiyyətdən deyil, ayrıca fərddən gedir. İctimai ittifaq ali məqsəd deyil, fərdin xoşbəxtliyi üçün ancaq vasitədir. Epikurun etikası atomist naturfəlsəfəyə və materialist sensualizmə əsaslanmışdır; ancaq ayrı– ayrı atomların varlığı real sayılmış, onların bütün yaratdıqları (şeylər, kosmos)ikincidir, atomlar bağlamasıdır.
Ardı →

Platon məktəbi

Platonu (b. er. əv. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır.


Ardı →

Sokrat və Qədim Yunanıstanda etik məktəblər

Əslinə qalanda fəlsəfə sözü bu dövrdən başlayaraq işlənmişdir. Sokrat kinayə ilə deyirdi ki, sofistlər elmi və yaxud müdrikliyi öyrətməyə çalışsalar da, özləri hər cür bilik və hər cür müdriklik imkanlarını inkar edirlər. Onlardan fərqli olaraq Sokrat özünü müdrik yox, «müdrikliyə məhəbbət bəsləyən», onu sevən adlandırmışdır. Onları «sofist»– müdrik, özünü isə filosof– müdrikliyi sevən hesab edirdi. «Fəlsəfə» sözünü bu mənada onun tələbələri də ifadə edirdilər. Elə həmin zamandan başlayaraq fəlsəfə intellektual fəaliyyətin xüsusi sahəsini ifadə etməyə başladı. «Fəlsəfə» sözü «müdriklik» (Sokrata qədər fəlsəfə belə adlanırdı) sözünü əvəz etdi.
Ardı →

Sofizm

Yuxarıda qeyd etdiyimiz fəlsəfi istiqamətlərlə bərabər sofistlər məktəbinə mənsub olan skeptik istiqamətlər də yaranıb inkişaf etmişdir.
Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar «sofist» və «sofizm» sözünü başqa cür başa düşürdülər. «Sofist» «müdrik» sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu «tarixin atası» Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.
Ardı →

Pifaqorçular məktəbi

Bu məktəb Samoslu Pifaqor (b. er. əv. 580– 512) tərəfindən yaradılmışdır. O, qədim dünyanın, demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poetika, tibb, musiqi, elm (xüsusilə riyaziyyat) bir– birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır. «Hər şey harmoniya və rəqəmlərdən ibarətdir»– Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur. F.Engels bu barədə yazırdı: «Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir».
Ardı →

Atomizm

Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir.


Ardı →

Eleya məktəbi

Qədim İtaliyada Eleya şəhərinin adı ilə bağlı olan Eleya fəlsəfi məktəbi fəaliyyət göstərmişdir. Həmin məktəbin ən böyük nümayəndələri Parmenid, Ksenofan və Zenon olmuşdur.
Parmenid (b. er. əv. 530– 470) fəlsəfi dünyagörüşünü «Təbiət haqqında poema»sında əks etdirmişdir. Poema «Həqiqətin yolu» və «Mülahizənin yolu» adlı iki hissədən ibarətdir. Onun fikrincə, iki fəlsəfə vardır. Biri həqiqətə müvafiqdir, ikincisi isə rəylərə uyğun gəlir. Parmenidə görə, yer kürə şəklindədir. Kainat od və torpaqdan ibarətdir. Birincisi yaradıcı, ikincisi cisim və əşyadır. Allah şar şəklindədir. Kainat əbədi və tərpənməzdir. Əgər fövqəl varlıqda bir şey varsa, o varlıq deyil, kainatda qeyri– varlıq yoxdur.


Ardı →