Рейтинг
+48.30

Xoşbəxtlik üçün

59 üzv, 82 topik

İmtina ediləsi 30 vərdiş

1. Sevmədiyin şeyə dözmək.

2. Özgüvənini azaldan insanlarla söhbət etmək.

3. Başqa insanların nə deyəcəyini düşünmək.

4. Hər şeyi nəzarət altında saxlamağa çalışmaq.

5. Çayın axarı ilə üzmək və ən az müqavimət olacaq yolu seçmək

6. Fikirləri və hissləri içində saxlamaq.

7. Risk etməkdən qorxmaq.

8. Özünü yox, başqalarını düşünmək.

9. Hər kəsə bəyənilməyə çalışmaq.

10. Tanışları və ailəni unutmaq.
Ardı →

Az gözlənti, çox sürpriz

Evinizdən, ağlınızdan, həyatınızdan- artıqları atmağı unutmayın!

Həyatda ən yaxşı müəllim- təcrübə. Həyatı mükəmməl başa salar, amma çox şey alar.

İşləriniz pis gedəndə- onlarla getməyin.

Əgər səhvini düzəldə bilirsənsə, demək- sən hələ də səhv eləməmisən.

O adamlara təşəkkür edirəm ki, həyatıma daxil olub ona rəng qatıblar, o adamlara çox sağol deyirəm ki, həyatımdan çıxmaqla onu daha yaxşı ediblər.

Həmişə sənin işini bəyənməyən olacaq. Bu normaldır. 

Əgər kimsə sizi acılayırsa, dalaşır və küsürsə- ona qarşılıq mülayim və pozitiv olun.

Həyat səni öz axarına salana kimi sən həyatını qaydasına sal.

Nə qədər az gözləntin olsa, o qədər çox surprizlərlə qarşılaşarsan.
Ardı →

Müsbət düşün, rahat ol

Dünyada 100 milyondan çox insan depressiya ilə yaşayır. Belə ki, müasir dövrün  xəstəliyi olan depressiya, artıq uşaqlarda da müşahidə edilir. Mütəxəssislər kömək etməyi xoşlayan insanlarda əhval ruhiyyənin yüksək olduğunu söyləyirlər. Başqalarına kömək etmək müsbət duyğuları inkişaf etdirir. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən təklik hissi azalmaqla yanaşı insanın özünüzə və yaşadığı dünyaya güvən hissi artır. Kömək etmək insanın özünə qarşı hörmət və sevgi hissini gücləndirir. 

İnsan öz gündəlik həyatının 10 dəqiqəsini müsbət davranışlara ayırması, uzun müddət əhval ruhiyyəni yüksək səviyyədə saxlayır. Pozitiv hərəkətlərin hər gün yerinə yetirilməsi beyində depressiya ilə əlaqədar bəzi strukturların qan dövranını gücləndirir.


Ardı →

Xoşbəxtliyin 8 sadə formulu

xoşbəxtlikFərqli millətlərdən olan alimlərin apardığı 13 araşdırma nəticəsində xoşbəxtliyin 8 sadə formulu tapılıb. «Psychological Bulletin» jurnalında çap olunan araşdırmada tədqiqatçılar “xoşbəxtliyin resepti”ini yazıblar.

Gecə 6 saatdan çox yatın
Tədqiqatçılar gecə 6 saatdan çox yatan (təxminən 6 saat 15 dəqiqə) insanların günə yaxşı başladıqlarını bildirib. Uşaqlara və gənclərə isə 8 saat yatmaq məsləhət görülüb.

Hədəfləriniz olsun
Uzun, ya da qısa müddətli hədəfi olanların sıxıntılardan daha asan qurtulduğunu, hədəflərin həyata məna qatdığını və ətrafla münasibətlərin daha sıx olmasına şərait yaratdığını vurğulanıb.


Ardı →

Şəms Təbrizidən həyata dair bir öyüd



Həyata təpədən baxsan, insanların yalnız təpəsini görərsən.
Həyata daim insanlarla eyni məsafədən bax, o zaman insanların həm üzünü, həm ürəyini görərsən. 
Mühüm olan yüksəklərə çıxıb həyata təpədən baxmaq deyil, mühüm olan nə qədər yüksəlsən də hər şeyə EYNİ məsafədən baxa bilməkdir.

Həyatda hər şey ola bilərsən… Lakin mühüm olan həyatın içində "İNSAN" ola bilməkdir!
 
Gözəl bir gülü, gözəl bir gecəni, gözəl bir dostu hər kəs istər. Əhəmiyyətli olan gülü tikanıyla, gecəni sirriylə, dostu bütün dərdləriylə sevə bilməkdir. 
Davamı →

Daha xoşbəxt bir həyat üçün asanlıqla edə biləcəyiniz 9 yol

Həyatımızın əsas qayəsi uğurlu və xoşbəxt olmaqdır. Həm karyera sahəsində yüksəlmək, həm də şəxsi həyatda xoşbəxt olmaq üçün çox çalışmaq lazımdır. Bu nöqtəyə çatmaq üçün səbirli olmaq olduqca vacibdir. Ona görə də xoşbəxtliyə gedən yolda yaşadığınız anların fərqində olmalı və onlardan həzz almağa çalışmalısınız. Paul H. Dunn dediyi kimi, “Xoşbəxtlik bir hədəf deyil, səyahətin özü olmalıdır”. Kayzen.az olaraq, xoşbəxt olmaq üçün hər gün edə biləcəyiniz 9 addımı sizlərlə paylaşırıq. Bu addımların hər biri bəsit kimi görünsə də hər biri böyük dəyişikliklər yaratma potensialına sahibdir.


Davamı →

Hamı xəyanət edə bilər

Anton Çexovun «Bektaşi üzümü» hekayəsinin qəhrəmanı İvanoviç bütün həyatı boyu bir malikanə almaq və həmin malikanənin həyətində bektaşi üzümü yetişdirmək arzusu ilə yaşayır və bütün həyatını bu xəyalını gerçəkləşdirmək üçün həba edir. Yemir-içmir, gəzmir, gecə-gündüz işləyir, yenə də arzusunda olduğu mülkü almağa pulu çatmır. Öz gücünə o pulu toplaya bilməyəcəyini başa düşən İvan pul üçün zəngin, eybəcər, dul bir qadınla evlənir. Varlı qadının pullarını da öz pulları kimi xəsisliklə xərcləyir. Zəngin həyatdan gələn bu qadın İvanoviçlə yaşadığı həyatın çətinliklərinə dözə bilməyib, qısa zamanda vəfat edir və nəhayət, İvanoviç bütün həyatını uğruna sərf etdiyi arzusuna çatır. Xəyalındakı mülkü alır və həmin mülkdə 20 ədəd bektaşi üzümü kolu əkdirir.

Davamı →

Məqsədlərinizi heç kimə bildirməyin

Psixoloqlar belə hesab edir ki,əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız.
1. Mütəxəssislər bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə onun həqiqiliyinə əmin olurlar.Alimlər bunu belə izah edirlər ki, şəxsi məqsədinizi, planınızı danışaraq, “dilə gətirərək” siz daxili “mən”-in tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün artıq daha az təşəbbüs göstərirsiniz.

Davamı →

7 günə necə xoşbəxt olmaq olar?

Pis əhval-ruhiyyənin öhdəsindən təqribən bir neçə dəqiqə ərzində gəlmək olar. Bunun üçün xüsusi fəndlər var. Elmi cəhətdən təsiri sübut olunan emosional vəziyyəti yaxşılaşdırmağın bir neçə yolununu sizə təqdim edirik.
Gündəlik rutinlər bizdə tez-tez ümidsizlik və özünə mərhəmət hissi yaradır. Lakin taleyin bütün zərbələrinə laqeyd yanaşan insanlar var ki, hətta işləri yolunda getməyən zaman belə onlar pozitiv olurlar. Mery Poppins kimi.

Davamı →