Рейтинг
+48.30

Xoşbəxtlik üçün

59 üzv, 82 topik

Xoşbəxt olmağın 4 yolu

Sağlamlıq
Çoxlu miqdarda su için. Müəssisələrdə hazırlanan qidalardansa təbii qidalara üstünlük verin. Daha çox oyun oynayın. Ötən il ilə müqayisədə daha çox kitab oxuyun. Hər gün ən azı 10 dəqiqə sakit mühittə vaxt keçirin. 7-8 saat yatın. Gündəlik olaraq 10-30 dəqiqə gəzintiyə ayırın. Gəzinti zamanı gülümsəyin.

Şəxsiyyət
Həyatınızı başqalarının həyatı ilə müqayisə etməyin. Başqalarının həyatının nədən ibarət olduğunu bilə bilmərsiniz. Neqativlikdən uzaq durun. Əvəzinə enerjinizi pozitiv anlara sərf edin. Üzərinizə artıq yük yükləməyin. Sərhədlərinizi aşmayın. Dəyərli enerjinizi qeybətə sərf etməyin. Xəyal gücünüzü artırın. Paxıllıq zaman itkisidir.

Ehtiyacınız olan hər şeyə artıq sahibsiniz. Keçmiş problemləri unudun. Yaxınlarınıza etdikləri səhvləri xatırlatmayın. Bu sizin hazırki xoşbəxtliyinizi məhv edə bilər. Həyat nifrət etmək üçün çox qısadır. Ətrafdakılara nifrət bəsləməyin. Hirs və qəzəbdən azad olun. Sizin özünüzdən başqa heçkim xoşbəxtliyinizə görə məsuliyyət daşımır. Həyatın bir məktəb olduğunu və sizin öyrənmək üçün burada olduğunuzu dərk edin. Daha çox gülümsəyin. Hər mübahisədə qalib gəlməyə məcbur deyilsiniz.
Ardı →

Buddadan10 dərs

1. Azdan başlamaq. 
Bu çox normaldır. Kuzə belə birdən-birə dolmur. Hər şey damla-damla çoxalır. Əgər səbrlisinizsə, hər şey sizdə çox uğurlu alınacaq. Yadınızda saxlayın, uğur onu gözləyənə gəlir. Zəhmət çəkənləri tapır.


2. Düşüncə. 
Düşüncəmiz, hər şeyimizdir. Əgər insan beyni, neqativlə, mənfi işlər və hərəkətlər haqqında düşünməklə yüklənibsə, onu həyatı boyu mənfiliklər müşaiyət edəcək. Qarşımıza çıxanlar, yaşantılarımızın, düşüncələrimizin məhsuludur. Doğru yaşamaq üçün, doğru düşünməlisən!


3. Bağışlamaq. 
Nə qədər hiddətli olsanız belə, bağışlamağı bacarın. Kini, nifrəti daxilinizdə boğun. Bu, sizi başqalarından fərqləndirər, içinizə rahatlıq gətirər.

4. Etdiklərinizin səbəbi var. 
İnkişaf etmək üçün hərəkət etməlisiniz. Şöhrət, uğur, gözəl həyat tərzi, inkişaf, zəhmət çəkənlərin yanına gəlir.

Ardı →