Рейтинг
+48.30

Xoşbəxtlik üçün

59 üzv, 82 topik

Qız yox, oğlan istəyirəm

Artıq üçüncü qızını dünyaya gətirən qonşumuza həyat yoldaşı hələ hamilə olarkən «kaşki övladımız oğlan olaydı» demişdi. Lakin ailədən növbəti qız övladının sədası gəlirdi. Həyat yoldaşının bir-iki aylıq soyuq münasibətdən sonra ailə «Allahın verdiyi paydır» deyib hər şeyin öz axarı ilə getməsinə qərar verdi. Düzgün seçim bir ailədə üç qız övladının sağlam və xoşbəxt şəkildə böyüməsi ilə nəticələnir.
Ardı →

50 yaşlı "mən"in peşmanlıqları

«Quora” saytınının 50 yaşlı insanlar arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:

Siqaret çəkməyin. „Siz indi məni görəydiniz kaş… imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!” — siqaret istifadəçilərdən biri belə deyir.Bəlkə, tərgidəsiniz?

Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.

İsti fəsillərdə günəş kremindən istifadə edin. Quru, qabıqlanan, yanmış dəri istəyirsiniz? O zaman gedin dənizə və kremdən istifadə etməyin.

Həyati əhəmiyyətli məqsədlərinizi sonraya saxlamayın.  Ev almaq, kitab yazmaq, yüksək təhsilə sahib olmaq istəyirsiniz? O zaman bu gün hərəkət edin. “Bu məsələyə sonra bir də qayıdaram” deməyin. Çünki 30 yaşdan sonra həyat çox sürətlə gedir.
Ardı →

Yaxşı dost

Xoşbəxtliyiniz üçün yaxşı bir dostunuzun olması vacib amillərdəndir. Yaxşı bir dost, dostunun nəyə ehtiyacı olduğunu daha o demədən bilir.
Nəyə görə dostlar həyatımızda bu qədər önəmli yer tutur? Bir çox tədqiqatçılar illərdir dostluğun faydaları haqqında araşdırmalar aparırlar.

Ardı →

Özünü aldatma, səmimi ol!

Ozunu aldatma, səmimi ol!Bu məqalədə insan şəxsiyyətinin gizli meyarlarından biri olan səmimiyyətdən bəhs etmək istəyirəm. Səmimiyyətin nə olduğunu bir neçə sadə cümlə ilə izah edək: İnsanın daxili ilə xarici aləminin bir olması. Süni hərəkətlər etməmək. Dürüst olmaq. Özünü olduğundan fərqli göstərməmək. İnsanlardan əsl düşüncələrini gizlətməmək. Qəlbindəki hisslərini qarşısındakı insana olduğu kimi söyləmək. Təbii olmaq.

Lakin bəzi insanlar səmimiyyət məfhumunu düzgün qiymətləndirmirlər. «Səmimi olduğum üçün hər zaman haqsızlığa məruz qalıram.» "İnsanlar səmimi olmağımdan istifadə edir." və s. kimi düşüncələrdə olanlar, əlbəttə ki, yanılırlar. Çünki səmimiyyət elə bir gücdür ki, bunun insanlar üzərində dərin təsir oyatmaması mümkün deyil.

Səmimi insanın hərəkətləri, danışığı, gülüşü, baxışı, bir sözlə, hər şeyi çox təbiidir və bundan da təsirlənməyən insan çox azdır. Amma bəzi insanlar da vardır ki, səmimiyyətin qazandırdığı gözəllikləri süni hərəkətlərlə əldə etməyə çalışırlar. Məsələn, ürəyi istəmədiyi halda, hər zaman gülərüz olurlar ki, insanlar onların haqqında yaxşı düşünsünlər. Desinlər ki, optimistdir, mehribandır, ətrafa müsbət enerji saçır və s.


Ardı →

Xoşbəxtliyin 8 əsas prinsipi açıqlanıb

Altı ölkənin elm adamlarının müxtəlif vaxtlarda apardıqları araşdırmalar nəticəsində məlum olub ki, demək olar ki, bütün insanları xoşbəxt edən təməl prinsiplər eynidir.
Arışdırmalar nəticəsində insanların özlərini xoşbəxt hiss etmələrinə səbəb olan səkkiz əsas prinsip açıqlanıb. Bütün bu tədqiqatların nəticələri “Psychological Bulletin” jurnalında “Xoşbəxtliyin resepti” başlığı ilə dərc edilib.
Əziz oxucular, indi həmin məqalədə yer alan maddələr barəsində sizə məlumat vermək istəyirik.

6 saatdan çox yatmaq
Tədqiqatçılar, gecə 6 saatdan çox yatan yetişkinlərin günə daha gümrah, yüksək əhval-ruhiyyə ilə başladıqlarını bildiriblər. Uşaqlar və gənclər üçün isə bu zaman 8 saat müəyyənləşdirilib.


Ardı →

Ailədə kişi- qadın münasibətlərində önəmli olanlar

1. Gözəl danışıq qabiliyyəti - Həyat yoldaşı onunla gözəl və mülayim rəftar etdikdə kişidə gözəl, mükəmməl danışıq qabiliyyəti əmələ gəlir. Belə ki, kişi qadınının ona olan münasibətini özündə əks etdirir və gözəl rəftarı mənimsəyir.

2. Ərin yüksək iş qabiliyyəti- Ailədə sakit atmosfer olduqda və ər evdə dincəlib rahatlıq tapdıqda onun yaddaşı, məntiqi, psixi funksiyaları yaxşılaşır və cəmiyyətdəki statusu yaxşılığa doğru dəyişir.

3. Tədbirlilik- Qadın ərinə tabe olduqda, kişi daha tədbirli və məntiqli insana çevrilir.

4. Məqsədyönlülük- Qadın ərinin həyatındakı maraqları qəbul etdikdə o inanılmaz dərəcədə məqsədyönlü insana çevrilir və məqsədlərinə nail olmaq üçün onda əlavə imkanlar yaranır. Yox əgər qadın ərinin maraqlarını mənasız və boş hesab etdikdə onun məqsədinı nail olmaq imkanalrını da blok edir.

5. Səbr- Qadın ərinin nöqsanlarına göz yumduqda, kişi də kaprizlərə və emosiyalara bir o qədər səbr edən birinə çevrilir.

Davamı →

Vanqadan 20 tövsiyə

1. Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.

2. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz.

3. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.

4. Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.

5. Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.
Davamı →

Pul adamı xoşbəxt edir?

Pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox, başqalarına xərcləməyi xoşlayırlar.
Bu barədə Britaniyanın «Elm» jurnalında çıxan məqalədə danışlır. Məqalənin müəlliflərindən Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları müəyyən ediblər ki, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər. Araşdırma zamanı məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər, nəinki çox pul alıb, az xərcləyənlər.


Ardı →

Xoşbəxt olmaq üçün 8 vərdiş



Hər gün sizi xoşbəxt və məhsuldar edəcək 8 vərdiş:
Sizi başqalarından fərləndirən xüsusiyyətlərdən biridi sizin vərdişlərinizin olmasıdır. Günün başlanğıcından sonuna kimi bu vərdişlər sizə böyük təsir edir. Bunların ən əsasları aşağıdakılardır.
1. Səhər yuxudan tez durmaq — bu vərdiş sizə çox böyük fayda verəcək. Belə ki, səhər yuxudan tez durmaq sizə əlavə vaxt qazandıracaq və siz daha rahat səhər yeməyi yeməyə, daha düzgün geyinməyə, səhər idmanı etməyə və gün ərzində edəcəyiniz işlərə nəzər sala biləcəksiz.
2. Sizə xoş təsir bağışlayan və sizi xoşbəxt edəcək şeyləri siyahıya alın — jurnallarda oxuduğunuz və sizə müsbət təsir edən nə varsa bir vərəqə qeyd edin, sizin üçün vacib olan bir məsələ var, bəzən dayanın var düşünün sizin həyatda nəyiniz var və əldə etdikləriniz üçün fəxr edin.
3. Hər gün məqsədlərinizə doğru gedin — əgər siz məhsuldar olmaq istəyirsinizsə gün ərzində nəyi edə biləcəyinizi düşünün. Qarşınıza bir neçə əsas məqsəd qoyun və onları əldə etməyə doğru gedin nəyinki çoxlu məqsəd qarşınıza qoyun və onlara çata bilməyin. Özünüzə qarşı vicdanlı olun və gün bitdikdə neyi etdiyinizi özünüzdən soruşun.
4. Wifi və telefonunuzu bir müddətlik söndürün — özünüzü daha da məhsuldar görmək istiyirsinizsə telfonunuzu bir müddət kənara qoyun və internetdən aralı durun və ancaq işiniz barədə düşünün, sosial mediyada nələr olduğunu bir müddətlik özünüzdən uzaq tutun.
5. Qısa gəzindi yaxud idman edin — əgər gün ərzində çox oturursunuzsa özünüzə vasilə ayırın, gəzintiyə çıxın yaxud idman edin. İstər məktəbdə istər işdə vasilə edin, hər şeyi unudun və təmiz hava qəbul edin.
6. Bir neçə səhifə kitab oxuyun — hər gün biraz oxumaq çox vacibdir, istər tibb, səhiyyə, xoşbəxtlik istərsədə şəxsi inkişaf üçün kitablar oxuyun bu sizin işdə məhsuldarlığınızı atıracaq və daha da effektiv olacaq.
7. Növbəti gün üçün məqsədlərinizi yazın — axşam yatmazdan öncə sabah üçün məqsədlərinizi və planlarınızı yazın bu da sizə onlara çatmağınızda kömək edəcək. Bu da sizin həftə ərzində planlı işləməyinizə vasitə olacaq
8. Aşxam yuxusuna hazırlaşarkən positiv şeylər düşünün — gün ərzində baş verən yaxşı şeylər barədə düşünün və etdiyiniz işlər barədə özünüzü qiymətləndirin və tərifləyin. Xoş düçüncələr sizə daha da stimul vərəcək
 
Məqalə orjinaldır, xarici saytlardan istinad əsasında hazırlanmışdır. Əməyə hörmət və halallıq üçün məqalədən istifadə zamana sayta istinad edin.
Davamı →