İnformasiya mühafizəsi problemləri

İnformasiya hər bir cəmiyyətin müntəzəm olaraq  artan resursudur. İnsan fəaliyyətinin bütün sahələrinə hesablama texnikası və kommunikasiya texnologiyalarının kütləvi surətdə  tətbiqi  elektron növ informasiya həcminin artmasına səbəb olur. İnformasiya cəmiyyətinin inkişaf istiqamətlərindən biri olan “Elektron hökumət”  bu prosesi daha da sürətləndirir.

         Son  vaxtlar kütləvi informasiya vasitələrində  də informasiya hücumları və kompüter “dağıntıları” haqqında məlumatlara daha tez-tez rast  gəlinir.

         İnformasiya hücumları haqqında bir neçə statistik rəqəmlər göstərmək olar. Elektron növ informasiyanın korlanması səbəbləri aşağıdakı kimi paylanmışdır: insanların bilməyərəkdən (diqqətsizlik və təcrübəsizlikdən) təsadüfi səhvinə görə -52%, qəsdən törədikləri -10%,texnikanın imtinası və nasazlığı nəticəsində -10%, yanğınlar nəticəsində -15%, su basma halları və ya rütubətdən -10% təşkil edir.

         Belə bir sual yaranır: “İnformasiyaya hücum” nə deməkdir? İnformasiya, xüsusilə  onun  elektron  təsviri  yüzlərlə növə malik olduğu üçün, bu hərəkətə dəqiq tərif vermək çətindir. Sənədləri, hesablama cədvəllərini, təqdimat slaydlarını, qrafik  təsvirləri və s. özündə əks etdirən ayrı-ayrı fayllar, arxivlər, verilənlər bazası və s. informasiya hesab edilə bilər. Bütün bu informasiya obyektləri müəyyən sosial qrup şəxsləri tərəfindən  müxtəlif hücumlara məruz qalırlar. Hər bir informasiya mülkiyyətçisi onun saxlanması və istifadə olunması zamanı xüsusi iş qaydaları  (protokol) təyin edir.  Bu qaydaların bilərəkdən pozulması informasiyaya  hücum kimi təsnifatlaşdırılır.

          Bəs informasiya hücumlarının hansı nəticələri mümkündür?

İnformasiyaya  olan  tələbatı ödəmək  üçün  yaradılmış  sistemlərin  sıradan çıxması şəbəkə inzibatçılarına, təşkilat  və müəsisələrə, o cümlədən ayrı-ayrı istifadəçilərə təkcə texnoloji  cəhətdən  ziyanların vurulmasından ibarət deyil.

         Burada iqtisadi itkilər də diqqəti cəlb edir:

  • Kommersiya xarakterli informasiyanın (sirrin) yayılması müəsisə üçün ciddi itkilərə səbəb ola bilər.
  • Böyük həcmdə informasiyanın oğurlanması haqqında məlumatın yayılması adətən şirkətin nüfuzunu aşağı salır;
  • Rəqabətdə olduğu şirkətlərə sızmış informasiya hesabına şirkət tamamilə müflisləşə bilər;
  • Ötürülməsi, eləcədə saxlanması mərhələlərində informasiyanın saxtalaşdırılması şirkətin böyük itkilərinə səbəb ola bilər və s.

İnformasiya hücumları böyük mənəvi ziyanlar da vura bilər. Hesab olunur ki, heç bir müəllif (istifadəçi) yazdığı adi məktubun (məlumatın) belə ünvanlandığı müsahibindən əlavə başqalarının əlinə keçəcəyini və ya saxtalaşdırılacağını  düşünmək belə istəmir.

İnformasiya təqdimat formasından asılı olmayaraq obyektlər, proseslər, hadisələr və s. haqqında məlumatdır. Eşbiyə görə informasiya müxtəlifləri və ya seçim variantlarını azaldır. Şennona görə isə informasiya qeyri-müəyyənliyi aradan qaldırır. Qeyri-müəyyənliyi iki dəfə azaldan məlumat 1 bit informasiya daşıyır. Bit (ing. Binary digit) informasiya miqdarının ən kiçik ölçü vahidi olub 2 hərfli əlifbanın {0,1}- sıfır və vahiddən ibarət bir işarəsini təsvir edir.

Səkkiz bit 1 bayt təşkil edir. Bayt kompüterlərdə təsvir olunan informasiyanın əsas ölçü vahidi – ünvanlanan ən kiçik yaddaş hissəsi hesab edilir.

İnformasiya insanlar, avtomatlar və sistemlər arasında müxtəlif təyinatlı məqsədlər üçün istifadə olunur. İstifadəçilər üçün informasiyanın bir sıra vacib xassələrini qeyd etmək olar. Müsahib (qəbul edən) üçün başa düşülən dildə ifadə olunmuş məlumat aydın (açıq) informasiya adlanır.  Etibarlı informasiya gerçəkliyi əks etdirir. Hal-hazırda mövcud olan və ən vacib məlumat obyektiv informasiya  hesab olunur.  Faydalı informasiya  məqsədə çatmaq dərəcəsini artırır. Başa düşülməsi və qərar qəbul edilməsi üçün kifayət edən məlumat tam (bütöv) informasiya hesab edilir. İstifadəsi nəticəsində vaxt və müxtəlif növ itkilərin azalma  dərəcəsi  informasiyanın dəyərlilik  göstəricisini  müəyyən edir.  Bu  itkiləri artıran məlumat isə  zərərli ( mənfi ) informasiya hesab olunur.

İnformasiya sistemi  verilənlərin yığılıb toplanması, saxlanması, axtarışı, emalı  və  mübadiləsini   reallaşdıran  texniki  vəsaitlər,  müvafiq  proqram  təminatı və personaldan (heyətdən) ibarət qarşılıqlı əlaqəli elementlər çoxluğunu təsvir edir. Avtomatlaşdırılmış informasiya sistemləri və şəbəkələrin əsas aparat vasitələri  hesablama  texnikası və  kommunikasiya vasitələri hesab olunur.

İnformasiyanın  təsvir  olunması  üçün sonlu sayda şərti işarələr sistemi təşkil edən kodlardan istifadə olunur. Daha münasib formada saxlanması, mübadiləsi, işlənməsi (emalı) və mühafizə olunması üçün informasiya bir təsvir formasından digərinə çevrilə bilər.

İnformasiyanın təsvir formasının dəyişdirilməsində  məqsəd məlumatların yığcamlaşdırılması ( sıxlaşdırması), məxfiləşdirilməsi ( şifrələnməsi), əlverişli və şəffav istifadə edilməsi (kodlanması) ola bilər.

Bu üç çevirmə növü bir-birini  qismən tamamlayır və onların birgə tətbiq edilməsi informasiyanın etibarlı mühafizəsini  nəzərə almaqla  yaddaş sahəsinin və rabitə kanallarının effektli istifadə olunmasına imkan verir. Şifrələmə və kodlama metodları xüsusi maraq doğurur. Təsdiq etmək olar ki, mahiyyətinə görə kodlama elementar şifrələmə, şifrələmə isə maneyə davamlı kodlamadır. Digər imkan şifrələmə və sıxlaşdırma  alqoritmlərinin kombinasiya edilməsidir.

Arxivləşdirmə  məlumatın eyni  əlifba daxilində  elə çevrilməsindən ibarətdir ki, onun uzunluğu qısalsın, bu zaman əlavə heç bir informasiya istifadə etmədən bərpa olunsun. Informasiya ayrı-ayrl kod və ya onların müftəlif kombinasiyaları ilə təsvir oluna bilər.

Təhlükəsizlik baxımından informasiya aşağıdakı kateqoriyalara bölünür.

  • Konfidensiallıq (məxfilik) – konkret informasiyanın yalnız aiddiyatı olduğu dairələr tərəfindən istifadə olunmasına zəmanət. Bu kateqoriyanın pozulması informasiyanın oğurlanması və  məxfiliyinin açılması kimi qiymətləndirilir.
  • Bütövlük (tamlıq) – informasiyanın ilkin vəziyyətindəki kimi mövcud olmasına, yəni onun saxlanması və mübadiləsi zamanı heç bir icazəsiz  dəyişikliyə məruz qalmadığına zəmanət. Bu kateqoriyanın pozulması məlumatın saxtalaşdırılması kimi qiymətləndirilir.
  • Açıqlıq – səlahiyyətli istifadəcilərin icazəli  vaxtlarda informasiyaya daxilolma imkanına zəmanət. Bu imkanın olmaması informasiyanın təcdirləşdirilməsi kimi qiymətləndirilir.
  • Autentiklik və apellyasiyalıq- informasiya mənbəyinin məhz müəllif kimi elan edilmiş  subyektin olmasına və zəruri hallarda  məlumat müəllifinin  başqası deyil, məhz elan edilmiş subyektin (şəxsin) olmasını sübut etməyə zəmanət. Bu kateqoriyaların pozulması zamanı məlumatın müəllifin saxtalaşdırılması baş verir və müəllif özü imzaladığı  sənədin ona  məxsusluğundan imtina etməyə cəhd edir.

Informasiya-hesablama şəbəkələrinə nəzərən digər kateqoriyalar da tətbiq edilir:

  • Etibarlılıq – sistemin normal və ştatdankənar  rejimlərdə  özünü yalnız  planlaşdırdığı kimi aparmasına zəmanət;
  • Dəqiqlik – bütün əmrlərin dəqiq və tam yerinə yetirilməsinə zəmanət;
  • Müraciət və  identifikasiya nəzarəti – informasiya obyektinə  ayrı-ayrı  şəxs  və qrupların  müraciəti  müxtəlif cür məhdudlaşdırılır  və bu məhdudiyyətlərin  müntəzəm olaraq  yerinə yetirilməsinə və sistemə verilmiş  anda qoşulan  abunəçinin  məhz özünün olmasına  zəmanət;
  • Qəsdlə edilən  səhvlərə dayanıqlıq — əvvəlcədən razılaşdırılmış qayda  daxilində bilərəkdən  yol verilmiş  xətalar zamanı sistemin  əvvəlcədən planlaşdırdığı kimi fəaliyyət  göstərməsinə  zəmanət.

Verilənlər,  hər biri mühafizə təminatına  görə öz  xüsusi  tələblərinə  malik olan dörd  təhlükəsizlik  sinfinə  bölünür:  böhranlı informasiya,  kommersiya sirri,  fərdi  informasiya,  daxili istifadəli.

  • Ø Böhranlı informasiya: bu, icazəsiz dəyişiklik və daşıyıcılardan silinməyən mühafizə  olunmasına  görə bütövlük zəmanətini  təmin etmək üçün xüsusi təhlükəsizlik tədbirləri  tələb edən informasiyaya tətbiq  olunur.  Bu  informasiya  dəqiqlik və tamlığa nisbətən daha yüksək zəmanət tələb  edir.  Böhranlı informasiyaya  nümunə kimi  kommersiya  və  maliyyə  əməliyyatlarındakı informasiyanı,  rəhbərliyin sərəncamlarını  və  ya  xidmət  sifarişini  göstərmək   olar.
  • Ø Kommersiya sirri: bu yalnız təşkilat daxilində istifadə  olunması  üçün  təyin edilmiş  bphranlı  kommersiya  informasiyasına  tətbiq edilir. Onun icazəsiz  və müəllifsiz  yayılması meəsisəyə, onun aksionerlərinə, işgüzar tərəfdarlarına və ya müştərilərinə  ciddi ziyanlar  vura bilər.
  • Ø Fərdi informasiya: bu, əməkdaş haqqnda yalnız  müəsisə daxilində istifadə olunmasına icazə verilən informasiyaya tətbiq edilir. Onun icazəsiz  və müəllifsiz  yayılması müəsisəyə və ya əməkdaşlarına ciddi  ziyanlar vura bilər.
  • Ø Daxili istifadəli:  bu sinfə yuxarıda  göstərilən  əlamətlərə  malik  olmayan  informasiya aid edilir. Onun icazəsiz  və müəllifsiz  yayılması  təhlükəsizlik  siyasətini  pozmasa da,  müəsisəyə,  onun əməkdaşlarına  və ya müştərilərinə ciddi  ziyanlar  vura bilər.

Rabitə şəbəkələrində verilənlər “məlumat” və “abunəçi  informasiyası” anlayışlarına  görə təsnifatlaşdırılır. Informasiya hasil  və ya istifadə edən hər bir obyekt  bu şəbəkələrdə abunəçi  hesab olunur. Abunəçi məxsusi və xidməti informasiyadan  ibarət  məlumat  hasil edir. Rabitə  şəbəkəsi  isə  siqnallar ilə təsvir  olunan bu  məlumatın  mübadiləsini  təmin edir.

Təhlükə (təhdid) kiminsə  maraqlarına  ziyan vura biləcək  potensial mümkün hadisə, fəaliyyət,  proses, qəziyyə hesab olunur. Təhlükəsizliyin pozulması (ziyanın vurulması) həmin təhdidin informasiya sistemləri və şəbəkələrində  mümkün potensial təhlükələrin  təhlili  əsasında  yaranma  təbiətinə görə onları iki  sinfə  ayırırlar:  təbii  və  süni  təhlükələr  reallaşması  nəticəsində  baş verir.

Təbii təhlükələr – insanlardan asılı olmadan  baş  verən obyektiv  fiziki  proseslərin  və ya təbiət  hadisələrinin  kompüter  sistemlərinə və  şəbəkələrinə, eləcə də onların  elementlərinə təsiri nəticəsində  yaranan təhlükələrdir. Yanğın, su basma, zəlzələ və digər təbii hadisələr  baş  verdikdə kompüter texnikasının, kommunikasiya qurğularının və digər informasiya  daşıyıcılarının  mühafizəsi  və saxlanması  üçün qabaqlayıcı  tədbirlər  görülməlidir. Texnikada baş verən nasazlıq, kabellərin və kommunikasiya  vasitələrinin  sıradan  çıxması  nəticəsində də ciddi  informasiya itkisi  yarana bilər.

Süni  təhlükələr – informasiya   sistemləri  və  şəbəkələrində  insan  fəaliyyəti  və  təsiri nəticəsində  meydana  çıxan  təhlükələrdir. Yaranma  səbəblərini və hərəkətlərin  əsaslarını  nəzərə alaraq süni  təhlükələri  iki  yerə  ayırmaq  olar:

* Qəsdən törədilən (qərəzli) təhlükələr ­­– ziyankarların bəd niyyətli, qərəzli  fəaliyyəti  nəticəsində yaranan təhlükələrdir.

* Qəsdən törədilməyən (təsadüfən baş verən) təhlükələr – telekommunikasiya və  kompüter  sistemlərinin  və  onların  elementlərinin  layihələndirilməsi  prosesində,  proqram  təminatında,  işçi  personalın fəaliyyətində  və s. buraxılan səhvlər nəticəsində  yaranır.

İnformasiya  caniləri sistemə daxil olmazdan qabaq təhlükəsizlik  vasitələrini hərtərəfli  öyrənirlər. 

 

0 şərh