İnformasiya mühafizəsi obyektləri

İnformasiya — hesablama  şəbəkələri kompüter  texnikası (Hardware), kommunikasiya vasitələri (Communication)  və  proqram təminatı  (Software) kimi üç mürəkkəb sistemin vəhdətindən təşkil olunur. Bu cür şəbəkələrdə təhlükəyə məruz qala biləcək çoxlu sayda obyekt və elementlər mövcuddur. Bu cür şəbəkələrdə təhlükəyə məruz qala biləcək çoxlu sayda obyekt və elementlər mövcuddur. İnformasiya-hesablama şəbəkələrinin mühafizə  olunmalı informasiya yerləşmiş struktur təşkilediciləri mühafizə obyektləri, tərkibində mühafizəyə aid edilmiş informasiya  əks etdirilə bilən verilənlər çoxluğu isə mühafizə elementləri adlanır.  

Şəbəkələrdə mühafizə  olunan informasiya  obyektləri  sırasına  istifadəçi və inzibatçı terminalları (avtomatlaşdırılmış iş yerləri), serverlər, kommunikasiya sistemləri və rabitə qovşaqları, informasiyanı çap və əksetdirmə  vasitələri, şəbəkə avadanlıqları, rabitə kanalları, informasiya və yaddaş qurğularının daşıyıcıları, EHM-lər yerləşən və informasiya daşıyıcıları saxlanan zallar və s.daxildir.  Mühafizə elementlərinin tərkibinə isə informasiya daşıyıcılarında və əməli yaddaşda yerləşdirilmiş proqramlar, verilənlər və informasiya massivləri, monitorun displeyində əks etdirilən, printerdə kağıza  çıxarılan və rabitə  kanalında mübadilə olunan məlumatlar, parol saxlanan jurnallar, elektron arxivlər, müxtəlif proqram sistemlərinin fəaliyyəti üzrə təlimatlar,informasiya emalı proseslərinin maqnit daşıyıcıları və  kağız tullantıları və s. aid edilir.

         Bunlardan  əlavə müasir  əməliyyat  sistemlərinin  inteqrasiya  olunmuş  tətbiqi proqramlar  paketlərində  istifadə edilən  xüsusi mübadilə  buferindəki  (“informasiya qutusu” – Clipboard) qalıqlar, silinmiş obyektlərin yerləşdirildiyi səbətdəki (Recycled) bükülülər, elektron poçt qutularındakı qaralamalar da informasiya mühafizəsi elementlərinin  siyahısına daxil olunmalıdır.

        Hesablama  sisteminin  “baza dəsti”  adlanan minimal  konstruktiv  modelinə daxil olan  əsas  qurğular aşağıdakılardır:

1. sistem bloku;

2. monitor;

3. klaviatura.

Sistem blokunun daxilində hesablama sisteminin əsas qurğuları yerləşdirilir:

  • mərkəzi prosessor;
  • daxili yadaş  qurğuları;
  • disk daşıyıcıları-xarici yaddaş qurğuları;
  • şin sistemi;
  • kompüterin  müxtəlif  hissələrini  əlaqələndirən  elektron sxem — sistem platası (System Board);
  • kompüterin qida bloku, ventilyasiya və s. qurğularından ibarət elektromexaniki hissəsi.

Mərkəzi prosessor (CPU – Central Processing Unit)  informasiya emalı üçün kompüterin  əsas  elementi  (“beyni”) hesab  olunur.

Hesablama sistemlərində  informasiyanın  saxlanması daxili və xarici yaddaşda   təşkil olunur.  Daxili  yaddaş  üç   qrupa   bölünür:

  • Əməli (operativ)  yaddaş  qurğuları — RAM.
  • Daimi (sabit) yaddaş qurğuları — ROM
  • KEŞ — yaddaş.

Əməli (operativ)  yaddaş qurğuları (Random Access memory, Ram) — elektron sxem kimi sürətli yaddaş  qurğusudur.  O,  həm yazı  həm də oxu rejimində istifadə oluna bilir. Sabit (daimi) yaddaş qurğuları əksəriyyət EHM-lərdə ayrica mikrosxem kimi yerləşdirilir. ROM yalnız   oxu   rejimində istifadə  olunur. ROM enerjidən asılı olmayan  yaddaş qurğusudur.

KEŞ (gizli, ing “Cache”) aralıq daxili yaddaş  qurğusu  olub, müxtəlif qurğuların işinin uyğunluğunu təmin edir. Enerjidən asılı KEŞ prosessorun fasiləsiz iş rejimini təmin edən sürətə  malikdir. Əməliyyat  sisteminin faylları saxlanan  daşıyıcı sistem diski  (system disk) adlanır. Müasir hesablama  sistemlərinin  uzunmüddətli   informasiya daşıyıcıları  kimi bərk maqnit disk  (HDD- Hard Disk Drive), elastiki maqnit diski (FDD- Floppy Disk Drive), maqnit lentləri – Strimmer (katuşa və kaset), lazer (optik) disklər: CD-ROM (Compact Disk Read Only Memory); DVD-ROM (Digital Video Disk Read Only Memory); CD-RW və DVD- RW (RW – Re Writable), Flash – kartlar  istifadə  olunur.

Elektrik naqillərdən  təşkil olunmuş  şin sistemi ikilik  kodla təsvir edilən informasiyanın  mübadiləsini  təmin edir. O,  kompüterin əsas və oeriferiya qurğularını bir-birilə əlaqələndirən informasiya  magistralıdır. Hesablama sisteminin daxili qurğuları  sistem  platasına  (system board)  birləşdirilir.  Bu  platada   kompüterin  sxem hissələri  yerləşdirilir.

Kompüterin  qida  bloku  transformator  kimi adi  elektrik  şəbəkəsindən  alınmış  220 voltu   kompüterin   sistem  blokundakı  ayrı-ayrı  hissələr üçün  yararlı və təhlükəsiz  gərginliyə   çevirir.

Sərinlətmə  sisteminin  işinin  dayanması  nəticəsində   avadanlıqların  texniki  işləmə  şərtlərinin təmin edilməməsinə, bu isə öz növbəsində onların düzgün fəaliyyətinin pozulmasına gətirib cıxarar, hesablama sisteminin vacib hissələrin  məhvinə səbəb ola bilər. Ona görə də sistem blokunun daxilində quraşdırılan ventilyatorlar  “qaynar” elementlərin  tempraturunu  tənzimləyir.

Monitor informasiyanın əks etdirilməsinə nəzarət  edən  xüsusi  displeydir (ing. Display – göstərmək). Klaviatura (Keyboard) informasiyanı  daxiletmə (giriş) qurğusudur.

Periferiya qurğuları hesablama  sisteminə adapter vasitəsilə  qoşulur. Hesablama sisteminə  giriş və  çıxış siqnallarını uyğunlaşdıran qurğu adapter adlanır. Kontroller prosessordan qəbul etdiyi  informasiyanı xarici qurğuları idarəedici siqnala çevirən elektron  platadır.  Periferiya qurğuları  üçün idarəedici  proqramlar drayver adlanır. Hesablama sistemi  ilə informasiya  mübadilə  etməyə  imkan yaradan aparat və proqram  vasitələri  kompleksi  interfeys adlanır. Yalnız iki qurğunu eyni formatla əlaqələndirən şin  port adlanır. Giriş qurğuları informasiyanın insanların işlətdiyi  formadan kompüterin  qəbul edə  biləcək formaya çevirən qurğular və onları idarə edən aparat vasitələridir. Çıxış qurğuları isə informasiyanın  kompüterin  işlətdiyi formadan insanların qavraya biləcək formaya  çevirən qurğuıar və onları idarə  edən aparat vasitələridir. Printer  hesablama sisteminin  yaddaşındakı  informasiyanı  kağıza çap edən  çıxış  qurğusudur. Qrafiki  informasiyanın  çap  edilməsində  planşet və  barabanlı plotterlərdən  istifadə olunur.

İnformasiya-hesablama  şəbəkələri təşkil  etmək üçün  müxtəlif təyinatlı  şəbəkə avadanlıqları və proqram  təminatı istifadə olunur. Nil — modem  adlanan (modemsiz) xüsusi  kabel vasitəsilə kompüter ardıcıl (COM) və ya paralel (LPT) kommunikasiya portlarına birbaşa birləşdirərək sadə hesablama şəbəkəsi yaratmaq olar. Stasionar  informasiya-hesablama  şəbəkəsi  təşkil edilən zaman kompüteri  rabitə kanalına qoşmaq üçün şəbəkə kartı (Network İnterface Card, NİC) adlanan xüsusi plata və müxtəlif növ kabellər istifadə edirlər. Kabellərin şəbəkə  adapterinə  qoşulması üçün  konnektor istifadə  edilir.  Transver  (ing TRANsmitter + reCEİVER) bu adapter kartı ilə rabitə kabeli  arasında fiziki  interfeys funksiyalarını yerinə yetirir.  Lokal informasiya-hesablama  şəbəkələrinin təşkili  üçün istifadə olunan sadə kommunikasiya vasitələrindən biri  təkrarlayıcı (Repeater) hesab edilir. Siqnalın kabelin uclarında söndürülməməsi informasiyanın   korlanmasına  səbəb ola  bilər. Bunun  qarşısını  almaq  üçün  rabitə  xətlərinin  uclarında  xüsusi uzlaşdırıcı qurğu – terminator istifadə edilir. Konsentrator (Hub) vasitəsilə çoxlu sayda kompüterlər bir şəbəkəyə  qoşulur.  Konsetrator  müxtəlif  sayda  əlaqə — repeater portuna  malik olur. Marşutlayıcı  (Router) informasiya hesablama şəbəkəsində mübadilə olunacaq məlumatin yolunu təyin edir. Router  şəbəkə  strukturunun  seqmentlərə ayrılmasında  kompüterlərin  aparat  (MAC) ünvanlarından istifadə edilir. Müxtəlif  növ  sistem  və proqram təminatına  malik  şəbəkələrin  əlaqələndirilməsi  üçün Şlüz  istifadə  edilir.

Protokol informasiyanın  şəbəkə  üzrə  mübadiləsi  üçün  çevrilməsi üsulunu  və  formatını təyin  edən  qaydadır. Bu  qaydaların  pozulması  şəbəkədə  müxtəlif  növ  informasiya  təhlükəsizliyi  problemləri  yaradır. Şəbəkənin  mümkün  hücumlardan ən trivial  mühafizə  üsulu  onun  kənar  şəbəkələrə qoşulmamasıdır.  Lakin  şəbəkə  sahibləri  onun  imkanlarını  artırmaq  üçün  müxtəlif miqyaslı  şəbəkələr  qoşulsada,  təhlükəsizlik  məqsədilə kənar  istifadəçilərin  öz  şəbəkələrin  daxil olmasının  qarşısını almalıdır. Bu  halda mühafizə  funksiyasını  yerinə  yetirən  şlüz  brandmauer  adlanır.təhlükəli  trafiklərin  təcridləşdirilməsi  üçün  şəbəkələr  arasında  brandmauerlər  yerləşdirilir.

Iki müxtəlif  kompüter eyni  vaxtda  siqnal  göndərdikdə, onlar  gec-tez  magistralda “toqquşacaqlar”. Həmin hadisə   kolleziya adlanır. Kolleziya  tehrif yaratdığı  üçün, onun baş verməsini  işçi  stansiyalardan  tərəfindən  dərhal “eşidilir”

Texnologiya şəbəkənin  fəaliyyət  göstərməsi  qaydasını  təsvir  edir. Bu protokol növlərinə Ethernet (şinvari, ulduzvari), Token Ring (üzükvari), ArcNet ( şinvari, ulduzvari) texnologiyaları  adi edilir. Bu texnologiyanın  hər birində konsentratorlar siqnalların  təkrarlanması prinsipi  ilə işləyir. Onları  fərqləndirən cəhət  siqnalların hansı portda  təkrarlanmasından  ibarətdir. Token Ring texnologiyası konsentratora daxil olan  siqnalı yalnız dairəvi  olaraq  növbəti  kompüterin  birləşdirildiyi  portda  təkrarlayır.  Ethernet  texnologiyası  konsentratorda  siqnalı  daxil  olduğu  portdan başqa  qalan hər  birində təkrarlayır.

 Ethernet texnologiyasının  əsas prinsipi  rabitə  mühitinə təsadüfi daxilolma qaydasıdır. Bu qaydanın mahiyyətinə görə kompüter yalnız  şəbəkənin  boşluğunu təyin etdikdə, yəni, digər işçi  stansiyaların  məlumat mübadiləsi ilə  məşğul  olmadığı  halda  rabitə  xəttini “zəbt”  edib kadr  göndərə bilər.  Kadr  Ethernet   şəbəkəsində  mübadilə  olunan informasiya  vahididir.  Kadr  sabit  ölçüyə  malik  olub  faydalı  informasiya  ilə  yanaşı  xüsusi  xidmətçi  məlumatları (məs. Kompüterlərin  ünvanlarını) da özündə  əks  etdirir.

İnformasiya- hesablama şəbəkələri  işçi  stansiyalarını  idarəetmə  üsullarına  görə  iki qrupa  bölünür:

1. Birranqlı

2. “Müştəri-server”

“Müştəri-server”  texnologiyalı  şəbəkələrdə  idarəedici  və ya  xüsusi  xidmət  funksiyalarını  yerinə  yetirən  bir və ya  neçə  server  adlı kompüter (dedicated) ayırırlar, qalan  kompüterlər müştəri — işçi stansiyası  kimi  abunəçilərin  istifadəsinə  verilir.  Server  (ing.- xidmətçi qurğu) – öz resurslarını şəbəkənin  istifadəçiləri  arasında bölüşdürən  kompüterdir.  Müştəri xidmət  üçün sifariş  edən, server  isə bu xidməti təqdim edən kompüter hesab  olunur. Adətən serverdə yüksək  məhsuldarlıqlı  və ya çoxsaylı  tranzal  prosessorlar, böyük  tutumlu  əməli  və xarici  yaddaş quraşdırılır  və bu kompüterdə şəbəkənin  administratoru (inzibatçısı) serverin ümumi istifadəli resurslarını, informasiyanın  təşkili, saxlanması və  mühafizəsi  üsullarını,  müştərilərər  bu resurslardan  istifadə  olunması protokolları  və səlahiyyətlərini  mərkəzləşdirilmiş  müəyyən  edir.

Birranqlı – şəbəkələrdə bütün  işçi  stansiyalar  eyni  hüquqlu olduqlarına  görə  hər bir kompüter  həm  müştəri  həm də server  funksiyalarını  yerinə  yetirə bilər.

“Müştəri-server” – texnologiyalı  şəbəkələrdə ümumi  istifadə  olunması qaydasına görə   müxtəlif  növ – Faks,  Print, Poçt, Verilənlər bazası  serverləri  tətbiq  edilir. Fayl-server adlanan  kompüterdə  birgə istifadə  olunan fayllar və proqramlar  yerləşdirilir.

İnformasiya-hesablama şəbəkələri  işçi stansiyalar arasındakı  məsafəyə  görə  müxtəlif qruplara bölünür.

Lokal kompüter şəbəkələri (Local Area Network, LAN) – məhdud ərazinin əhatəsində yerləşən kompüterləri birləşdirir. Adətən bu cür şəbəkələr bir-birindən yüz metr, bəzi hallarda isə 1..2 km qədər  uzaqlıqda  yerləşən  kompüterləri arasında əlaqə yaratmaq  üçün tətbiq  olunur.

Regional kompüter  şəbəkələri (Metropolitan Area Network,  Man) regional (şəhər) miqyaslı problemlərin həlli  üçün kompüterləri və lokal  şəbəkələri  əlaqələndirir.

Korporativ kompüter  şəbəkələr (müəsisə miqyaslı) – müəsisə  ərazisini əhatə edən sahədə  yerləşən kompüterləri və lokal kompüter  şəbəkələrini əlaqələndirir. İnternet prinsipi  ilə təşkil edilmiş korporativ şəbəkələrə İntranet  adlandırılır. Məhdud sayda istifadəçiləri əhatə etdiyi üçün  LAN, MAN və korporativ(İntranet) qapalı  tipli  şəbəkələr  hesab  olunur.

Qlobal kompüter şəbəkələri  (Wide Area Network, WAN vəya Global Area Network, GAN) dünya informasiya resurslardan istifadə  etmək  üçün olduqca uzaq məsafələrdə belə yerləşən kompüterləri və lokal şəbəkələri  əlaqələndirir.

 

0 şərh