Aforizmlər

1.Kim öz uğuruna inanırsa, başqa uğurlar da qazanar. (H.Laski)

2.Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. (J.Kopp)

3.Uğur qazanıb yolunu azmayan adam gec-tez onu əldə edəcək. (K.Gebbel)

4.Ya heç nə etməyin, ya da axıracan edin. (P.Ovidi)

5.Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan. (Y.Simonis)

6.Məğlubiyyət adama kədər gətirir.Qələbə başqalarında nifrət oyadır.Yalnız mübahisələrə baş qoşmayanlar sakit və xoşbəxt yaşayırlar. (Qədim hind aforizmi)

7.Həqiqət qapıdan, yalan isə deşikdən girir. (Bernard Şou)

8.Axmaqlar həmişə eyni bir səhvə, ağıllılar isə hər dəfə yeni bir səhvə yol verirlər. (Romen Rollan)

9.Özünüzə inamınızı qırmaq istəyən adamlardan uzaq durun. (M.Tven)

10.Ruhdan düşüb ümidsizliyə qapılmaq ağıllı və müdrik adamlara yaraşmır. (D.Defo)

11.Heç kəsi bəyənməyən insan heç kəsin bəyənmədiyi insandan qat-qat bədbəxtdir. (F.Laroşfuko)

12.Cəsur olmaq qorxmamaq deyil, qorxunu büruzə verməməkdir.

13.Bilmək yaxşı, bildiyini tətbiq etmək ondan da yaxşıdır.

 

0 şərh