Рейтинг
+3.62

kompüter və hardware

19 üzv, 36 topik

Adi həyat üçün qeyri-adi telefon

Windows Phone sistemli Nokia Lumia telefonu dəbli dizaynla yanaşı, dəbli proqram təminatına malikdir. Sensor ekranlı bu parlaq telefon yalnız gözəlliyi ilə fərqlənmir, eyni zamanda sizin üçün vacib olan hər bir işlə məşğul olmağa imkan verir. Nokia Lumia telefonları əldə rahat tutulan korpusa malikdir. Telefondan küçədə və ya yolda belə istifadə etdiyiniz zaman ClearBlack texnologiyası ekranın xüsusi parlaqlığını və görüntünün yüksək keyfiyyətini təmin edir.
Ardı →

Kompüterin əsas hissələri

Sistem bloku:
Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);


Ardı →

HP | Qarajdan uğura uzanan yol

HP şirkətinin əsası kiçik bir qarajda qoyulub


Hewlett Packard (HP) Şirkəti ABŞ-da yerləşən məişət elektronikası korporasiyasıdır. HP dünyada ən böyük texnologiya şirkətidir və təxminən dünyanın hər bir ölkəsində fəaliyyət göstərir. Şirkət hesablama texnikası, müəssisə serverləri, müxtəlif diapazonlu printer məhsulları, fərdi kompyuter, noutbuk və netbuk, eləcə də kompyuter tipli telefonlar, məişət elektronikası, proqram təminatı istehsalı ilə məşğuldur.


HP satış baxımdan dünyada ən böyük texnologiya satıcısıdır. Bu göstərici üzrə Dell şirkəti ilə rəqabət aparır. HP həmçinin 2008-ci ildə 6-cı ən böyük proqram tərtibçisi seçilmişdir.


Ardı →

“Wi-Fi” şəbəkənizə mane ola biləcək 6 səbəb

Əgər qapalı şəraitdə, məsələn, evdə kabelsiz internet xidmətindən — “Wi-Fi”dən istifadə edirsinizsə və müəyyən maneələr internetdən keyfiyyətlə istifadəetməyinizə imkan vermirsə, bunun ən az 6 səbəbi var. Ekspertlərin hesablamalarına görə, “Wi-Fi” şəbəkəsində internetin sürətinin ortalama olaraq 30 faizi itkiyə gedir. İndi bu itkiyə səbəb olan 6 amili birlikdə nəzərdən keçirək:
Ardı →

iPad üçün akkordeon

Alex Komarov Inc. və Сережей Рачок adlı iki rus yeni çıxmış məşhur iPad üçün çox maraqlı bir application hazırlayıblar. Sonradan iPhone üçün də versiyası təqdim olunan bu maraqlı proqram çox böyük populyarlıq qazanıb. Hətta Apple şirkətinin özü belə bu proqramla maraqlanmağa başlayıb.Məşhur IT-jurnallar da bu barədə ətraflı açıqlama verib.Yüz sətir oxumaqdansa bir dəfə videosuna baxmaq yaxşıdır.
Ardı →

Disket haqda

Disk sürücüsü
İş prosesində fərdi komputerdə az istifadə edilən disk sürücüsü disketlərə proqram və verilənləri yazmaq üçün təyin edilmiş qurğudur. Disk sürücüsünün köməyi ilə vacib sayılan proqram və sənədlərin surətlərini çıxartmaq, həmçinin lazım olan informasiyanı bir komputerdən digərinə ötürmək mümkündür.   
İndiki zamanda fərdi komputerlərdə 3.5 dyumluq(və ya 89mm) disketləri işlədə biləcək disk sürücüsündən istifadə edilir.  Belə disketlərdə 1.44 Mbayt infformasiya saxlamaq olar (əvvəllər istifadə edilən disketlərdə 720 Kbayt informasiya saxlanılırdı). Son zamanlar informasiya tutumu 2.88 Mbayt olan disketlərdən də istifadə edilir. Amma belə disketlər əlverişli olmadığı üçün az yayılmışdır.
Qeyd etmək lazımdır ki, fərdi komputerlərin əvvəlki modellərində 5.25 dyumluq (və ya 133 mm) disketlərdən istifadə edirdilər. Müasir dövrdə belə disketlərə təsadüfi hallarda rast gəlmək olar.


Ardı →