Рейтинг
+3.62

kompüter və hardware

19 üzv, 36 topik

Kompüter şəbəkələri və onların təsnifatı

İnformasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədilə rabitə kanalları ilə birləşdirilmiş kompüterlər və (və ya) başqa qurğular qrupuna şəbəkə deyilir. Təsəvvür edin ki, şəbəkədə birləşdirilməmiş bir neçə kompüteriniz var. Belə bir muxtar mühitdə eyni bir verilənlərlə işləmək üçün bir kompüterdən faylları hansısa daşıyıcıya (məsələn, diskə) köçürmək, sonra həmin faylları başqa kompüterlərə yazmaq gərəkdir. Sənədləri tez çap etmək üçünsə kompüterlərin hər birini ayrıca printerlə təchiz etmək lazım gələcək. Belə bir şəraitdə bir neçə istifadəçinin eyni bir sənəd üzərində eyni zamanda işləməsi isə, sadəcə, mümkün deyil. İndi bu kompüterləri bir şəbəkədə birləşdirək və onların ümumi resurslara çıxışını təmin edək. Bu halda daha sizə disk lazım olmayacaq, printerlərin isə yalnız biri kifayət edəcək.
Davamı →

Kompüter cinayətkarlığı

Kibercinayətkarlıq dedikdə İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər nəzərdə tutulur. Kibercinayətkarların hücum obyektləri, əsasən, banklar, birjalar, İnternet-mağazalar olur. Cinayətin həyata keçirilməsində kompüterlər, yaxud şəbəkələrdən aşağıdakı kimi istifadə oluna bilər:
  • Kompüter, yaxud şəbəkə cinayət aləti ola bilər, başqa sözlə, cinayətin həyata keçirilməsində onlardan istifadə oluna bilər.
  • Kompüter, yaxud şəbəkə cinayətin hədəfi (“qurbanı”) ola bilər.
  • Kompüter, yaxud şəbəkə cinayət məqsədlərinə çatmaq üçün yardımçı vasitə ola bilər.

Davamı →

Kompüter virusları

İnformasiyanın qorunması üçün əsas təhlükələrdən biri kompüterə “girmiş” ziyanverici proqramlardır. Belə ziyanverici proqramlar verilənlərin tamlığı üçün də təhlükə yarada bilər. Kompüterdə saxlanılan verilənlərə və proqramlara zərər vuran proqramlara ziyanverici proqramlar deyilir.
Ziyanverici proqramların ən geniş yayılmış növü kompüter viruslarıdır. Kompüter virusu proqramın, sənədin içərisinə, yaxud verilənlər daşıyıcısının müəyyən sahələrinə daxil olan parazit proqram kodudur. Bu kod daxil olduğu kompüterdə özü-özünü çoxalda, müxtəlif ziyanlı işlər görə bilər.
Özü-özünü çoxaltma qabiliyyəti virus proqramlarının başlıca xüsusiyyətidir. Bu proqramlar kompüter və digər daşıyıcıların sahiblərinin xəbəri olmadan öz nüsxələrini yaradır. Virus proqramlarının əksəriyyəti ziyan vurmaqla məşğuldur: verilənləri məhv edir və kompüterin normal işini pozur.
Davamı →

Antivirus proqramları

Kompüter virusunun öz bioloji “qardaşı” ilə daha bir oxşarlığı da əvvəlcədən hər ikisinin qarşısının alınmasının (profilaktikasının), əlbəttə, yoluxmadan sonrakı müalicəyə nisbətən çox-çox asan olmasıdır.
Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər: 1-ci səviyyədə virusların kompüterə girməsinin qarşısı alınır; 2-ci səviyyədə virus hücumlarının qarşısı alınır; 3-cü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir.
Davamı →

Kompüterin əsas xarakteristikaları

Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
Kompüterin başlıca hissəsi mәrkәzi prosessor və ya, sadəcə, prosessordur və onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq bir saniyәdә yerinә yetirilәn әmәliyyatların sayı götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların işləmə sürəti təkcə prosessora görə deyil, kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.
Davamı →

Mobil telefonlar - ayrılmaz parçamız

Son əsrin ən böyük kəşfi olan mobil telefonlar kommunikasiya və media sahəsində inqilabi yeniliklərə imza atmaqla insanların həyatını müsbət yöndə dəyişdirib. Mobil telefon keçən əsrdə kəşf edilsə də, bu bazardakı ən böyük satış son 10 ildə həyata keçirilib. Hazırda dünyada 2.2 milyard ədəd smartfondan istifadə edilir. Lakin bu rəqəmin 2020-ci ildə 2.7 milyarda çatması proqnozlaşdırılıb.

Dünyadakı ilk məşhur smartfon Apple şirkətinə məxsus iPhone 1 smartfonudur. iPhone 1 2007-ci ildə Apple şirkətinin CEO-su Stiv Cobs tərəfindən Amerikada təqdim edilib. Bu telefon klaviaturası olmayan və sensorlu ekrana malik olan ilk telefondur. Multimedia, simsiz internet, 3-cü nəsil proqram təminatına malik olan iPhone 1 bütün bu xüsusiyyətləri ilə ilk smartfon olaraq tarixə keçib. 6 il kimi qısa bir müddətdə bir sıra yeni smartfonlar təqdim edən Apple şirkəti hazırda smartfon bazarında öz liderliyini qorumaqdadır.
Davamı →

Kölgədə qalmağı bacaran Apple dahisi

İlk iPod-u xatırlayın. O əsl inqilab idi. Nəyə görə? O dövrdə bazarda daha əvvəldən istehsal edilmiş çoxlu sayda mp3-player mövcud idi. Bəs iPod-u xüsusi edən nə idi? Cavab onun kifayət qədər sadə quruluşunda idi. Lakin Jony Ive yalnızca iPod yaradıcısı deyil, həmçinin o Apple dizaynını tərtib etmiş və dünyaya sübut etmişdir ki, minlərlər funksiyası olan cihaz ixtira etmək azdır, əsas olan qeyd edilən sayda funksiyanı cəmi 3 “knopka” ilə etməyi bacarmaqdır.

Leander Kahney-in müəllifi olduğu “Jony Ive: The Genius Behind Apple`s Greatest Products” adlı kitabda İngiltərədən olan dizaynerin ilk öncə Amerikanı, sonra isə bütün dünyanı əlavə detalları unutmağa vadar edən bir şəxs olduğundan bəhs edilir.

Leander Kahney yaradıcılıq fəaliyyətinin 10-dan çox ilini Apple şirkəti ilə bağlı hadisələrin işıqlandırılmasına həsr etmişdir. Yazıçının bu yeni kitabında Jony Ive haqqında naməlum faktlar, Steve Jobs ilə dostluğu və karyerası haqqında məlumatlar yer almışdır.
Davamı →

Mobil telefonlar

1973-ci ilin 3 aprel ayı, bəşəriyyətin həyatını dəyişən və rabitənin inkişafına səbəb olan bir gündür. Bu gündə Motorola şirkətinin əməkdaşı Martin Kuper Nyu-Yorkda yerləşən Motorola Dyna TAC ofisinə zəng edərək mobil telefonu vasitəsi ilə ilk zəngi edir. Şirkətin baş mühənidisi Kuper mobil telefonla danışan ilk insan olduğu üçün çox xoşbəxt idi. Cihaz 22 sm uzunluğunda idi. Danışıq vaxtı 35 dəqiqə, enerji ilə təmin olunması isə 10 saat təşkil edirdi.

Mobil telefon vasitəsi ilə ilk danışıqdan 10 il ötdükdən sonra Motorolla satış üçün nəzərdə tutulan DynaTAC 8000X modelini istehsal edir. Onun ağırlığı 1 kiloqramdan çox idi və qiyməti 3 500 dollar təşkil edirdi. Martin Kuper bu telefonların ölçülərinin böyük olduğu və bahalı olduqları üçün heç zaman dünya bazarında məşhur olmayacaqlarını düşünürdü.


Ardı →

Smartfonlar birincilik uğrunda yarışdılar

Sizcə smartfonunuz yetərincə sürətlidir? İstədiyiniz vaxt istədiyiniz funksiyaları yerinə yetirə bilirsiniz? Yenicə satışa çıxarılmış Windows Phone əməliyyat sistemli Nokia Lumia smartfonları bu baxımdan sizi tam qane edəcək. Yeni Nokia Lumia ailəsindəki hərəkətli lövhələr sizi istənilən funksiyalara saniyələr ərzində çatdıracaq və bütün xəbərləri real rejimdə göstərəcək. Nokia Lumia-nın internet brauzeri vasitəsilə internetdə görünməmiş sürətlə gəzişmək olar. İndi siz bəyəndiyiniz onlayn videoya heç bir çətinlik olmadan baxa biləcəksiniz. Şəkil çəkib Facebook-a yerləşdirmək isə — bir göz qırpımında, hətta bloklaşdırılmış ekranla! Lumia smartfonlarının köməyilə adi toxunuşla sevimli mahnılar dünyasına qərq olmaq və eksklüziv Radio Mix funksiyası ilə offlayn dinləmək, Xbox LIVE oyunları ilə əyləncəli vaxt keçirmək mümkündür.
Ardı →

Kompüterlərin arxitekturası

Kompüterlər yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin yaranma tarixi 1974-75-ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı entuziast Stefan Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırılmışdır. Fərdi kompüterlərin kütləvi istehsalına isə 1981-ci ildən başlanmışdır.
Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 1).
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:

  • əsas aparat hissəsini özündə birləşdirən sistem bloku;
  • mətn və qrafik məlumatı özündə əks etdirən monitor (və ya displey);
  • istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura;
  • monitorun ekranı üzərində yerləşən xüsusi göstəricini­­-kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu;
  • fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)-printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s.

Ardı →