Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Qanadları olmadan uçan və havada süzən canlılar

Allahın yaratdığı mükəmməl xüsusiyyətlər sayəsində bəzi canlılar quşlar, yarasalar və həşəratlar kimi havada uçmasalar da bir ağacın təpəsindən özlərini paraşüt kimi buraxır və ya dənizdən çıxaraq suyun üzərində süzürlər.

Bu canlılar suyun üzərində, meşənin dərinliklərində ağacların arasında və ya labirint formasındakı mühitdə təhlükəsiz şəkildə ağırlıqlarını ustalıqla paylayaraq, pərdə, oynaq və ya dəridən ibarət bədən üzvlərinin köməyi ilə planer kimi havada süzürlər. Bu heyvanların uçma və ya havada süzmə qabiliyyəti onların təhlükəli mühitdən uzaqlaşmasını, ov ovlamasını və ya yırtıcılara yem olmaqdan qaçmasını təmin edən təsirli metoddur.

Uçan qarışqa
 

Uçan qarışqalar hamının tanıdığı qanadlı qarışqalardan fərqlidir. Çünki bu həşəratların uçmaq üçün yaradılmış qanadları yoxdur. Lakin Rəbbimiz onlara havada süzmək bacarığını ilham edib. Ona görə, yaşadıqları yerdəki ağacların birindən yıxıldıqda “J” formasını alaraq havada süzür və başqa ağacdan yapışır, canlılara yem olmaqdan xilas olurlar.


Ardı →

Mədə dərmanlarını özləri istehsal edən timsahlar

Öz bədən ağırlığının təxminən 23%-i qədər yemək yeyən timsahlar heç vaxt mədələrində narahatlıq hiss etmirlər. Çünki mədə dərmanlarını özləri istehsal edirlər. Üstəlik, bunu müasir dövrdə istehsal edilən bəzi mədə dərmanları ilə eyni xammaldan istifadə edərək edirlər. Bu dərmanı qanlarının axma istiqamətini dəyişdirərək əldə edirlər.

İnsan, məməli və quş damarlarının timsahlarda olduğu kimi, xüsusi axma sistemi yoxdur. Sol aorta damarı timsahlardan başqa bütün canlılarda karbondioksidi daşıyan çirkli qanın ürəyin sağ tərəfindən nasosla vurularaq ağciyərlərə çatmasını və buradan karbondioksid alaraq ağciyərlərdən kənara atılmasını təmin edir. 

Timsahlar isə  sol aorta damarından istədikləri kimi istifadə edirlər. Yeməkləri həzm edərkən qanın normal axma istiqamətini dəyişdirərək karbondioksidlə zəngin olan qanı mədələrinə göndərirlər. Çünki ifrazat vəzlərinin həzm üçün mədə turşusuna, bikarbonat ifraz etmək üçün karbondioksidə ehtiyacı var. 


Davamı →

Səhraların möcüzəvi canlısı | Dəvə

Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?
Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?
Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?
Dəvələr haqqındakı Quran möcüzəsi necədir?
Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” gözəlləşdirən, gözəllik verən mənalarındadır. Bədənindəki hər təfərrüat bir yaradılış möcüzəsi olan dəvəni uca Allah, həqiqətən, mənası kimi insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.
Davamı →

Doğum zamanı bir-birlərinə kömək edən heyvan cinsləri

Xüsusilə məməli heyvanların doğumları olduqca təhlükəli olur. Həm doğan ana heyvan, həm də yeni doğulan balalar yırtıcı heyvanlar üçün asan ovdur. Ancaq, adətən, bu canlıların doğuş zamanı yanlarında sürülərindən bir köməkçi olur.

Məsələn, dişi maral doğacağı zaman sürüdən kənarda kolluqların arasında bir məkan seçir. Doğuş zamanında isə tək deyil. Yanında sürüdən olan başqa bir  dişi ona kömək etmək üçün hazır gözləyir.

Doğuş zamanı bir-birlərinə kömək etmələri ilə məşhur olan digər canlılar isə delfinlərdir. Delfin balaları doğulandan dərhal sonra su səthinə çıxmalıdırlar. Buna görə də dişi delfin doğuş zamanı balaya kömək edərək onu burnu ilə su səthinə doğru itələyir. Doğuşdan əvvəl dişinin hərəkət etməyi çətinləşir. Bu səbəbdən, doğuş anında dişi delfinin yanında ona doğuşda kömək etmək üçün sürüdən iki dişi delfin də olur. Kömək edən delfinlər doğuşdan əvvəl onun zərər görməməsi üçün ana delfinin hər iki yanında üzürlər. Onların vəzifələri doğuşdan əvvəl hərəkət etməyi çətinləşən və buna görə də hər hansı bir təhlükə zamanı özünü qoruya bilməyən ana delfini qorumaqdır. Xüsusilə də doğum əsnasında axan qanın qoxusuna həmin yerə gələ biləcək balinalara qarşı çox diqqətlə ana delfinin ətrafında olurlar.


Ardı →

Pinqvinlərin maraqlı xüsusiyyətləri

Pinqvinlər təxminən -400 C – lik bir mühitdə yaşamaq üçün xüsusi təchizatlara sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz, böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər bir insanın əsla yaşaya bilməyəcəyi belə bir mühitdə varlıqlarını problemsiz davam etdirə bilirlər.

Pinqvinlərin sərt hava şəraitindən mənfi təsirlənən balalarının xüsusi qayğıya ehtiyacı var. Dişi pinqvin, adətən, bir yumurta çıxarır və bu yumurtanın bütün məsuliyyəti erkək pinqvinə aid olur. Kürtə erkək pinqvin yatır və təxminən -40o C – də 65 gün boyunca yerindən heç tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu 65 gün onlar üçün, həqiqətən də çətin mərhələdir. Bu müddət boyu erkək pinqvin dondurucu soyuqda hərəkətsiz və heç yemək yemədən olduğu yerdə qalır. Şübhəsiz ki, bir insan üçün belə bir vəziyyətin nəticəsi ölümdür. Lakin erkək pinqvin heç tərəddüd etmədən, şikayət etmədən öhdəsinə götürdüyü bu vəzifəni sona qədər davam etdirir. Allah ona etməli olduqlarını ilham etmişdir.


Ardı →

Cücələr də saymağı bacarırlar

Cücələr insandan daha tez, üstəlik heç kim tərəfindən öyrədilmədiyi halda saymağı bacarırlar.

Bunu İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol 20 il ərzində apardığı araşdırmalara əsasən bildirmişdir.

Belə ki, onun apardığı elmi təcrübələrə əsasən məlum olub ki, cücə yumurtadan çıxandan cəmi bir neçə saat sonra 5-ə qədər saya bilir. Təcrübə zamanı cücələri 2 yuvanın yanına yerləşdirmişdilər. Yuvanın birində çox, digərinə isə nisbətən az sayda yumurta qoyulmuşdur. Cücələr yumurtanın çox olduğu yuvanı seçmişlər. Hətta cücələri çaşdırmaq üçün yuvaların yerini və yumurtaların sayını belə dəyişmişlər, amma nəticə eyni olmuşdur – yenə də yumurtanın çox olduğu yuvanı seçmişlər.


Ardı →

Həşəratlar necə xəbərləşirlər və bir-birlərini tanıyırlar

Bəzən gözlə görünməyən heyvanlardakı bığcıqlar bir çox heyvanın yaşaması üçün böyük əhəmiyyət daşıyan orqanlardır. Uca Allah yer üzündə mükəmməl sistemlər yaratmış, yaratdığı hər şeydə Öz ucalığının və qüdrətinin dəlilləri olan qeyri-adi möcüzələr var etmişdir. Canlıların müxtəlif məqsədlər üçün istifadə etdiyi bığcıqları da hər gün yeni xüsusiyyətləri kəşf edilən yaradılış möcüzələrindən biridir.

 Qarışqaların “bığcıq dili”

 Keçən əsrdə qarışqalar üzərində aparılan elmi tədqiqatlar bu kiçik heyvanlar arasında mürəkkəb ünsiyyət şəbəkəsi olduğunu üzə çıxarmışdır.

İnsan qarşısına çıxan bir neçə qarışqanı bir-birindən ayırd edə bilməsə də, bir-birinin tamamilə bənzəri olan qarışqalar bir-birlərini asanlıqla tanıya bilirlər.

 Qarışqalar bir-birlərini necə tanıyırlar?


Ardı →

Ağcaqanad

İnsanlar üçün qeyri-real görünən bir çox şey heyvanlar tərəfindən rahatlıqla həyata keçirilir. Məsələn, insanlar hamiləlik müddətini uzada bilməzlər, amma bəzi canlılar bunu asanlıqla edə bilirlər.

Allah ağıla, zəkaya və hətta bəzən beyinə belə sahib olmayan canlılara heyrətamiz işlər etdirir. Bunlar arasında ən çox qarşılaşdığımız və bəlkə də ən az əhəmiyyət verdiyimiz canlı növlərindən biri ağcaqanadlardır.

Uçuşundakı üstün dizaynından, yumurtaları üçün torpağın nəmini və temperaturunu ölçməsinə və kamuflyaja qədər bir çox fövqəladə qabiliyyətə sahib olan ağcaqanadların ən əhəmiyyətli xüsusiyyəti doğuşunu gecikdirə bilməsidir.

Yağışa aldanmayan kiçik canlı 
Ağcaqanadlar yağışlarla birlikdə törəməyə başlayan canlılardır. Ancaq bəzi ağcaqanad növləri yumurtlama dövrlərinin gəlməsinə baxmayaraq, ilk yağışdan sonra deyil, ikinci, hətta üçüncü yağışlardan sonra yumurtlayırlar. Bu tədbir sayəsində ağcaqanad öz nəslini qoruya bilir.
Ardı →

Zəhəri toxumları zərərsizləşdirən Araralar

Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər.

Əvvəla, canlıların bunları zaman ərzində öyrənmələri mümkün deyil. Məsələn, zəhərlənən bir heyvan dərhal ölər. Zəhərlənməsinə səbəb olan amili necə aradan qaldıracağını təcrübədən keçirərək öyrənməsi mümkün deyil. Unudulmamalıdır ki, bir heyvanın belə bir şeyi düşünmək üçün şüuru da yoxdur.


Ardı →

Bayquş kəpənək

Braziliyada yaşayan Kalliqo kəpənəyi quşun ona hücum etdiyini görən kimi qəflətən bayquşa “ çevrilir “. Məsələ burasındadır ki, kəpənəyin qanadlarının üstündə bərəlmiş gözlü və iti dimdikli bayquş şəkli vardır.

Ölkəmizdə on beş minədək kəpənək növü vardır. Bunların bəziləri cəmi bir neçə gün ömür sürür və heç bir şey yemir.

Şimali Avstraliyada və Yeni Qvineyada elə kəpənəklər vardır ki, onların qanadlarının uzunluğu 26 sm-ə çatır. Yerli əhali bu nəhəng kəpənəklərin ətindən ərzaq kimi istifadə edir.

Dünyada elə böyük kəpənəklər var ki. Onları da ox və tüfənglə ovlayırlar. Titonolbas adlanan bu kəpənəklərin qanadlarının uclarındakı məsafə 25-26 sm-dir. Onu Şimali Avstraliyada və Yeni Zelandiyada yemək üçün ovlayırlar.

Kəpənəklər ildırım çaxacağını bir neçə saat əvvəl bilirlər. İldırım çaxana yaxın onlar ağacların deşiklərində və ya budaqlarında gizlənirlər.


Davamı →