Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Hörümçək toru

Təbiət yenə də öz heyrətləri ilə bizi düşündürməyə davam edir. Son illərdə bizi heyrətlər içərisində buraxan gerçəklərdən biri də hörümçək torunun dünyanın ən dayanıqlı maddələrindən biri olduğunu öyrənməmiz oldu.

 Hörümçək toru həqiqətən hər yönüylə müdhiş xüsusiyyətlərə malikdir. Bəzən bir peyğəmbəri təhlükədən qorumaq üçün, bəzən isə bir ov vəsaitidir. Hörümçəklər digər böcəklərdən fərqli olaraq səkkiz ayaq və səkkiz gözə sahibdirlər.

Böyümə mərhələsində bir qıç qırılsa yerinə yenisi gələ bilər. Bədənləri iki parça olub arxa qisimindəki bezlərdən şəbəkə istehsalı başlayar, buradakı çox incə dəliklərdən maye və damlalar halında verilən şəbəkə vəsaiti çölə çıxar çıxmaz donar.


Ardı →

Heyvanlarla bağlı maraqlı faktlar

— Yalnız erkək bülbüllər cəh-cəh vurur. Onlar bununla dişi cütlüklərinə sadiqliklərini nümayiş etdirirlər.
— Ən nəhəng it senbernar cinsindən olan itdir. 5 yaşında onun ağırlığı 140 kiloqrama çatır.

— Ən uzun soxulcan Atlantik Okeanın Avropa sahillərində yaşayan lineusdur. Onun uzunluğu 15 metrə çatır.
— Vəhşi heyvanlarla ət yeməyənləri fərqləndirmək çox asandır: vəhşilərin gözləri ovunu görməsi üçün kəllə sümüyünün önündə, «vegetarianlar»ınkı isə düşmənlərini görmələri üçün kəllənin kənarlarında yerləşir.

— Əqrəblər təxminən 2 il, gənələr isə 10 ilədək ac qala bilir.

— İlanlar heç nə yemədən 3 il yuxulaya bilir.

  — Fil 4 dizi olan yeganə heyvandır.

— Dişi itlər erkəklərlə müqayisədə daha çox qapır.

— Akulalarda xərçəng xəstəliyinə immunitet var.

— Akula ovuna hücum edən zaman gözlərini yumur ki, qorxmuş şikar onları yaralamasın.

— 12-ci mərtəbədən yıxılan pişiyin sağ qalmaq ehtimalı 7-ci mərtəbədən yıxılan pişiklə müqayisədə daha çoxdur.

— Kəpənəyin mədəsi yoxdur.

— Şimpanze güzgüyə baxmaqla özünü tanıya bilən yeganə heyvandır.

— Mavi balinanın dili 4 ton ağırlığındadır.

— Pələnglərin yalnız tükü yox, dərisi də zolaqlıdır.

— Zürafənin dilinin uzunluğu 45 santimetrə çatır.

— Balinanın ürəyi dəqiqədə cəmi 9 dəfə döyünür.

— Delfinlər bir gözü açıq yatır.

— Erkək meymunlar dəqiqliklə kişilər kimi keçəlləşir.

Mənbə: HƏFTƏ İÇİ qəzeti
Davamı →