Sakit okean

Sakit okean dünyanın ən böyük və ən qədim okeanı olub, dünyanın 1/3-ni, dünya okeanının ½ hissəsini əhatə edir. Sahəsi 178 mln. km2 olub, 5 materik ilə ( Afrikadan başqa) həmsərhəddir. Sakit okean dünyada yeganə ərazidir ki, o, yalnız bir okean tipli tavadan təşkil olunub. Ekvatorial və tropik qurşaqlarda okeanın daha geniş sahəyə malik olmasından o, dünyanın ən isti okeanıdır. O, Magellan və Dreyk boğazı vasitəsi ilə Atlantik okeanı ilə, Berinq boğazı vasitəsi ilə Şimal Buzlu okeanı ilə, Malakka və Zond boğazları vasitəsilə Hind okeanı ilə əlaqəlidir. Okeanın qərbi - Avrasiya sahilləri, dünyanın Ən girintili-çıxıntılı sahələrindəndir. Sakit okeanın xəritəsiGəmiçiliyin inkişafına görə Sakit okean Atlantik okeanından sonra dünyada 2-ci yeri tutur.
Dənizləri – Tasman, Cənubi və Şərqi Çin, Yapon, Sarı, Oxot, Berinq, Sulu, Sulavesi, Mərcan, Filippin, Fici.
Yarımadaları – Kamçatka, Koreya, Hind-Çin, Malakka, Kaliforniya, Keyp-York, Alyaska
Adaları – okean tropik enliklər arasında geniş ərazi tutduğundan, mərcan mənşəli adalar çoxdur. Okeanda 10 minə yaxın ada var. Ən böyükləri – Yeni Qvineya, Kalimantan, Yapon, Saxalin, Aleut, Yeni Zelandiya, Filippin, Havay.
Tədqiqi. Ilk dəfə Magellan burada olmuş və bu adı vermişdir. Daha sonralar C. Kuk, Belinshauzen, Lazerev burada olub. Okeanın öyrənilməsində «Çelencers» və «Vityaz» rolu böyük olub.
Relyefi. Dünyanın Ən dərin okeanı olub, Ən dərin yeri Marian çökəkliyində -11022m-dir. Sakit okean Bütövlükdə bir litosfer tavası üzərindədir. Bu tavanın kənarlarında tez-tez vulkan və zəlzələlər baş verir. Tavanın kənarında dərin çökəkliklər, dağ silsilələri, ada qövsləri yerləşir. Okeanın qərbində Sakit okean «odlu həlqəsi» yerləşir. Okeanda Şərqi və Cənubi Sakit okean sualtı silsilələri var.
Iqlimi. Sakit okean qütb qurşağından başqa bütün iqlim qurşaqlarında yerləşib. Okeanın mərkəzində passat, qərbində ( burada tez-tez güclü qasırğalar olur), musson və tayfun küləkləri hakimdir. Soyuq Şimal Buzlu okeanından quru sahələri və sualtı dağ silsilələri ilə qorunduğundan okeanın şimal hissəsi, cənubundan xeyli istidir. Okeanda yağıntı buxarlanmadan çox olduğundan duzluluğu xeyli azdır.
Cərəyanları. Sakit okean qərbdən şərqə doğru çox uzandığı üçün bu okeanda suyun en axınları üstündür. Okeanın Şimal və cənub hissələrində cərəyanlar halqavari hərəkət edir.
Şimal yarımkürəsində cərəyanlar saat əqrəbi istiqamətində hərəkət edərək aşağıdakı həlqəni yaradır: Şimali Passat → Kurosio → Şimali Sakit okean → ( və ya Alyaska)→ Kaliforniya.
Cənub yarımkürəsində cərəyanlar isə saat əqrəbinin əksinə doğru dairəvi hərəkət edirlər: Cənubi Passat → Şərqi Avstraliya → Qərb küləkləri → Çili → Peru.
Sakit okean tavasının materik tipli tavalarla toqquşması nəticəsində hazırda Sakit okeanın tədricən qapanması prosesi gedir.

Sakit okean(Pacific ocean)

loading...

6 şərh

ruslan2336
20-ci əsrin əvvəlində yaşamış ABŞ prezidentlərindən biri (səhv etmirəmsə bu Vidro Vilson idi) belə demişdi. «Aralıq dənizi dünənin, Atlantik okeanı bu günün, Sakit okean isə gələcəyin dənizidir». Həqiqətən bu saat Dünyanın inkişaf mərkəzi Sakit Okeanı sahili ölkələrdir.
ruslan2336
Gəmiçiliyin inkişafına görə Sakit okeanın ikinci yerdə olması səhv məlumatdır. Hələ ötən əsrin 50-ci illərində Sakit okean dəniz nəqliyyatına görə Atlantik okeanı ötüb.
2ral
Düz yazılıb. birinci yerdə Atlantik okeandır. Hələ çox oxuyub öyrənməlisiz:)
ruslan2336

Orta məktəb Coğrafiya kitabı səhifə 114. Orada belə bir cümlə var. «Yaponiyanın qabaqcıl ölkələr sırasına çıxması və Asiyada YSÖ-lərin, eləcə də ABŞ-ın (Kaliforniya ştatı) və Kanadanın (Britaniya Kolumbiyası əyalətinin) qərb hissələrinin sürətli inkişafı ilə əlaqədar Sakit okeanda yük daşınmasının həcmi Atlantik okeanını ötüb keçmişdir.» Görünür siz çox oxuyub-öyrənsəniz də, orta məktəbdə Coğrafiyanı yaxşı oxumamısınız :)

2ral

Вот уже в течение пяти веков — с начала Великих географических открытий — первое место (3/5) в мировом линейном и трамповом судоходстве занимает Атлантический океан, что объясняется многими природными, историческими, экономическими причинами.
Тихий океан, занимая второе место по объему морских перевозок (1/4), пока еще сильно отстает от Атлантического

Sakit okean nə qədər artsa da Atlantik okeandan geridə olub. Dəqiq mötəbər mənbə tapsanız yaxşı olardı:)

ruslan2336
Mənbənin adı və dərc olunma tarixi?