Antiviruslar

Kompüterinizin virusa yoluxub-yoluxmadığını təyin edən “anti-virus” proqramları da var. Bu proqramlar, kompüterinizin virus ola biləcək hər tərəfini (yaddaş, boot sector, işlədilə bilər proqramlar, sənədlər və s.) darayırlar. Bu proqramların virus təyin etmə üsulları müxtəlifdir:Bunlar aşağıdakılardır.Öz verilənlər bazalarındakı virusların imzalarını kompüterinizdə axtararlar.Proqramlarınızı virus ola biləcək zərərli kodlara qarşı analiz edirlər.Günümüzdəki məşhur anti-virus proqramlarının verilənlər bazalarında minlərcə virus imzası və bunların variantları vardır.antivirus xəbərdarlığı
Kompüterim viruslanarsa bunu necə təmizləmək olar?Bir proqramın viruslu olduğundan şübhələnirsinizsə, bu vəziyyətdə, əvvəlcə sakit olun. Edəcəyiniz ilk iş, o an istifadə etdiyiniz bütün tətbiqləri bağlamaq, etdiyiniz işləri saxlamaq olsun. Ardından, bir antivirus proqramı ilə kompüterinizi darayın. Hər vaxt üçün, istifadə etdiyiniz antivirus proqramının yeni bir distributivini əldə etməyə çalışın. Əgər kompüterinizin sistem sahələri də təsirlənmişsə, bu vəziyyətdə kompüterinizi bağlayın.

Antivirus proqramlarının növləri

Viruslarla mübarizə proqramlarının bir neçə növü var - skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar.

Skanerlər. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün «maska»lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin «evristik skanlama» alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir
(«ola bilsin yoluxub» və ya «yoluxmayıb»).

Disk müfəttişləri.
Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb.Rezident monitorlar. Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).

Kaspersky antivirusu

İmmunizatorlar. İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı var - stels-virusla yoluxma barədə məlumat verməyə qabil deyil. Buna görə bu immunizatorlar hazırda praktikada istifadə edilmir. İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları
artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.
Proqram-həkim – tapır və müalicə edir: Dr. Solomon, Norton AntiVirus, Doctor Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32.Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Monitor.

Həmçinin bax:
Virus proqramları
Virusların yaradılması və yayılması

8 şərh

bloqçu

Ax bu viruslar, viruslar.


Bir ara kompüteri antvirus proqramı olmadan işlədirdim və bu zaman dizaynla əlaqədar çoxlu yükləmələrim olurdu. Ola bilsin ki, kompüterə viruslar da bunlardan dolayı düşmüşdü və komp tamamilə çökmüşdü. Heç bir proqramı işlədə bilmirdim. Nə Adobe Photoshop, nə də ki Adobe İllustrator… Bir işi görüb, qutarınca zülm çəkirdim. Çox donurdu, çox ilişirdi. Bəzən elə olurdu ki, saatlarla gördüyüm işi dayandırmaq məcburiyyətində qalırdım və onu vaxtında yaddaşda saxlamamağım mənim üçün problem yaradırdı. Bu viruslar sinəmə dağ çəkib, dağ))) İndi şükür ki, antivirusla işlədirəm.

Silen_ce
Mənə internetdən pulsuz yükləyə biləcəyim və virusların qənimi olan normal bir antivirus məsləhət görün
HTML
Ən yaxşı pulsuz antiviruslar yükləmək üçün:
Avast
Avira
AVG Free antivirus
Bunlardan istənilən birini yükləyə bilərsiniz. Avira zəif gücü olan kompüterler üçündür.Hamısı məsləhətlidir.
Silen_ce
Təşəkkürlər. AVG-ni yazmışdım, şəbəkəni söndürdü. Yəqin nəyisə düz etməmişdim.
azadmamedov90
Pulsuz olan HƏR şey olmasa da, çoxu keyfiyyətsizdir…
Kanan711
Antiviruslar heç bir işə yaramayan, əməliyyat sisteminin işini ağırlaşdıran, internetə çıxışı olan. kompüterdə istifadəçidən daha çox hüququ olan proqramlardır.
Bir düşün, antivirus səndən çox hüquqa malikdir, sənin kompüterində nə iş görür bilmirsən, internetə çıxışı var — yəni sənin şəxsi məlumatlarının gizliliyi onun öhdəsinə qalıb.
Əsl reallıqda isə heç bir özünə «hörmət edən» virusun qarşısını ala bilmirlər. Çünki bu viruslar elə antiviruslardan «rootkit»-lər vasitəsilə ustalıqla gizlənə bilirlər. yeni çıxan viruslar antivirus bazalarına düşənədək 2-3 ay qlobal şəbəkədə rahatlıqla «gəzib dolaşırlar».
Çıxış yolu: WINDOWS-un bütün yeniləmələrini (Update) quraşdırmaq, servislərin siyahısından Shell hardware detection — servisini deaktiv etmək (fleşkada olan virusların kompüterə qoşulan kimi işə düşməməsi üçün), bütün «avtorun»-ları deaktiv etmək. Adsl internetdən istifadə edirsinizsə yalnız PPPoE tipli şəbəkə seçimlərindən istifadə etmək, və modemdə NAT funksiyasını aktiv etmək. İnternet Explorer-dən qətiyyən istifadə etməmək. Əvəzinə Opera, Chrome yaxud Firefox brauzerlərindən istifadə etmək və bu brauzerlərə adblock və noscript əlavələrini yazmaq. Adobe Flash Playeri mütəmadi olaraq yeniləşdirmək. (Bu internetdən yoluxma riskini azaldacaq).
Sistemə mümkün olduqca daha az proqram quraşdırmaq, hətta portable proqramlara üstünlük vermək. (liberkey.com və ya portableapps.com)
İnternetdən yükləmələr edərkən diqqətli olmaq, fayl sonluqlarına fikir vermək. yəni əgər mp3 yekləmək istəyirsənsə və sənə Mahnı.exe faylını yükləməyi təklif edirsə aydındır ki bu mahnı deyil. düzgün hal mahnı.mp3 olmalı idi.
Antivirusları yoluxmuş sistemlərdən işə salmaq faydasızdır çünki o virusların hamısını tapa bilməyəcək (bax rootkit). Live CD lərdən istifadə etmək lazımdır. 
Viruslardan qorunmanın radikal yollarından biri kimi daha müasir əməliyyat sistemlərindən istiofadə etmək lazımdır (MicroSoft ailəsindən yox!) Linux, Mac OS X vəs. Bu sistemlər üçün virus yoxdur və olmayacaq da. 
2ral
antivirus səndən çox hüquqa malikdir — antivirusun səlahiyyətləri userinkindən daha çox olmalıdır. Təbii bir şeydir.
heç bir özünə «hörmət edən» virusun qarşısını ala bilmirlər — belə çıxır 20 ildir ki, boş yerə alırlar bu proqramları:)
Bu sistemlər üçün virus yoxdur və olmayacaq da. — «Belə çox gülməli» ©Tağı