Antiviruslar

Kompüterinizin virusa yoluxub-yoluxmadığını təyin edən “anti-virus” proqramları da var. Bu proqramlar, kompüterinizin virus ola biləcək hər tərəfini (yaddaş, boot sector, işlədilə bilər proqramlar, sənədlər və s.) darayırlar. Bu proqramların virus təyin etmə üsulları müxtəlifdir:Bunlar aşağıdakılardır.Öz verilənlər bazalarındakı virusların imzalarını kompüterinizdə axtararlar.Proqramlarınızı virus ola biləcək zərərli kodlara qarşı analiz edirlər.Günümüzdəki məşhur anti-virus proqramlarının verilənlər bazalarında minlərcə virus imzası və bunların variantları vardır.
Ardı →

Virusların yaradılması və yayılması

Virus proqramlar 3 məqsədlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır. Kompüter virusları orbitə yetişdi. Hər gün 10-15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. 1990-cı ildə təxminən 500 virus, 1992-ci ildə — 3 000, 1994-cü ildə — 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004-cü ildə 112 000-dən çox virus məlum idi.
Ardı →