Artikl işlənməyən hallar

Aşağıdakı hallarda coğrafi adların qarşısında the artiklı işlədilmir:                  
Körfəz adlarının qarşısında: Hudson Bay, Mexico Gulf...
İstisna:Lakin körfəz adlarının  “of” sözönü ilə düzəldilən birləşmələrində the artiklı işlədilir: the Gulf of Mexico və s.
Yarımada adlarının qarşısında (yalnız yarımadanın adını çəkdikdə): Kamchatka, Kola, Absheron...
Lakin Yarımada adları peninsula (yarımada) sözü ilə birlikdə işlədildikdə onların qarşısında the artiklı işlədilir: The Absheron Peninsula, The Kola Peninsula…
 Əgər göl adlarından sonra lake (göl) sözü gələrsə, onların qarşısında the artiklı işlədilmir. Lake sözü gəlmədikdə isə işlədilir:
Lake Michigan, Lake Ontario...      The Lake Michigan, The Lake Ontario...
The Michigan, The Ontario...           Michigan, Ontario... 
 Şəlalə adları qarşısında: Niagara Falls      the Niagara Falls
Ayrı-ayrılıqda ada  adları qarşısında: Great Britain, Cuba, Sicily...      the Great Britain, the Cuba, the Sicily...
Ayrı-ayrılıqda dağ və zirvə adları qarşısında: Elbrus, Kilimanjaro...         the Elbrus, the Kilimanjaro...
Qitə adları qarşısında: Europe, Asia, North/South America, South Africa, South-East Asia… the Europe, the Asia, the North/South America.. 
Ölkə adları qarşısında: France, China, Russia, England...the France, the China, the Russia, the England...
İstisna-1: the Ukraine/the Argentine/the Congo/the Sudan/the Yaman/the Netherlands kimi dövlətlərin adları istisnalıq təşkil edir.
İstisna-2: Qitə, dövlət,  ada adları republic/ kingdom/ state/ continent/ island və s. sözlərlə işləndikdə onların qarşısında the artiklı işlədilir: The Azerbaijan Republic/ The United Kingdom etc.
Vilayət, ştat, şəhər, qəsəbə, kənd adları qarşısında the artiklı işlədilmir: Quebec, Texas, California, Paris, Washington, Moscow, London, Oxford...
Qeyd:Cəm halında olan coğrafi/yer adlarının qarşısında the işlədilir: the Taylors/ the Netherlands/ the Bahams/ the Alps və s. 
The + nationality  Bəzi xalq adlarının qarşısında the artiklının işlədilməsi onların cəm formasını düzəldir:
 1- ch/sh ilə qurtaran xalqlar- The French- fransızlar/a Frenchman- fransız (kişi)/ a Frenchwoman- fransız (qadın)/ the English/an Englishman və s.
2- ese ilə qurtaran xalqlar- The Chinese- Çinlilər/ a chinese- çinli/ the Japanese — Yaponlar/     a Japanese- yapon və s.
3- Digər xalq adlarının cəm forması isə adi qayda ilə düzəlir: an italian- Italian/ Italians- italyanlar/ a Turk- türk/ Turks- türklər və s.
 
Aşağıdakı hallarda the artiklı işlədilmir:
Breakfast/lunch/dinner qarşısında the artiklı işlədilmir: What time is dinner?              What time is the dinner?     
 “Noun + number” olduqda atrikl işlədilmir: Room 126, Platform 5, Our train leaves from platform 5 və s.
Bed/work/home- qarşısında heç vaxt the işlədilmir: • Ferid is at home.• Gunay is at work.
 “Mr./Mrs./capitain/doctor… + ad” olduqda the işlədilmir: Mr. Jack         the Mr. Jack    
Sayılmayan isimlərin qarşısında heç vaxt a/an artiklı işlədilmir:  coffee        a coffee        time           a time
Qeyd: Nəzərə almaq lazımdır ki, mücərrəd isimlərin qarşısında təyinedici söz gələrsə onlar a/an artiklı ilə işlədilə bilər:     a good time  a good knowledge        a hard life
Fənn və idman oyunları adlarının qarşısında artikl işlədilmir:   • We play tennis everyday.  • I am good at history.
“İlə/vasitəsilə” mənalarında “by” sözönündən sonra heç vaxt artikl işlədilmir: • I go to work by car.     I go to work by a/the car.    
Yiyəlik əvəzliyi, yiyəlik hal, işarə əvəzliklərindən və no əvəzliyindən bilavasitə sonra heç vaxt artikl işlədilmir:
My book              My a book                      my the book
this book              this a book                     this the book
Nurlan’s book      Nurlan’s a book             Nurlan’s the book
 “at + noon/night/midnight” olduqda artiklsız işlədilir: • Where will you be at night?                   Where will you be at the night?     
“next/last/every + day/week/month/year…” olduqda next/last/every sözlərinin qarşısında heçvaxt artikl işlədilmir: • She will come next month.          She will come a/the next month.
Zərfin üstünlük dərəcəsinin qarşısında:
Tim ran fastest of all.   
Tim ran the fastest of all.
Qeyd:-“Last” sözü “axırıncı” mənasında the artiklı ilə işlədilə bilər: The last lesson is English.
-“at + the + next/last” kombinasiyasına diqqət etmək lazımdır: At the next year they have a dictation.
Küçə/yol/prospekt/meydan/park adlarının qarşısında artikl işlədilmir: Azadliq Avenue    the Azadliq Avenue   Hyde Park    the Hyde Park
Şirkət/aeroport adlarının qarşısında the artiklı işlədilmir: Heydar Aliev Airport   the Heydar Aliev Airport  
 

0 şərh