İntellektual sual və cavablar

Fiziklər
1. 1922-ci ildə 14 yaşında Bakı Dövlət Universitetinə daxil olan bu şəxs eyni vaxtda iki fakültədə: fizika-riyaziyyat və kimya fakültələrində təhsil alırdı.Lev Landau
2. Ömrünün sonunda bu dahi ingilis fizik və riyaziyyatçısı peyğəmbər Daniil haqqında, Apokalipsisin şərhinə dair kitab yazmışdır. İsaak Nyuton
3. Onun ölçülməsi ilə müxtəlif vaxtlarda Qalileo Qaliley, Olaf Remer, Nikola Fuko, Ceyms Bradley, Albert Maykelson və başqaları məşğul olmuşlar. işıq sürəti
4. 1938-ci il Nobel mükafatı laureatı olan bu italyan və amerikan aliminin neytronlar fizikası sahəsində gördüyü işlər atom bombasının yaradılmasına gətirib çıxarmışdı. Enriko Fermi
5. Məşhur isveçrəli dramaturq Fridrix Dyurrenmattın bu pyesinin qəhrəmanları Albert Eynşteyn, İsaak Nyuton və Myobiusdur. “Fiziklər”

Sənə əjdaha lazımdır?
1. Etamin bu bürcün ən parlaq ulduzudur. Əjdaha bürcü
2. Bu iki şəxsin Roma Kolizeyində baş tutmuş məşhur savaşını “Əjdahanın qayıdışı” filmində görmək olar. Çak Norris və Brüs Li
3. Cənubi Afrikanın ən yüksək nöqtəsi olan Tabana-Ntlenyana zirvəsi məhz bu dağlarda yerləşir. Əjdaha dağları
4. Ketsalkoatl adlı qanadlı ilan məhz bu qədim xalqın panteonuna daxil olan illahdır. astek
5. XVI əsrdə kavaleriya əsgərlərinin bayrağındakı əjdaha təsviri məhz bu sözün yaranmasına səbəb olmuşdu. Draqun

Noyabr
1. Cəlil Məmmədquluzadənin məhz bu əsəri “Noyabr ayının 12-ci günü idi” cümləsi ilə başlayır. “Poçt qutusu”
2. Bu, Rusiya Federasiyasında 1993-cü il dekabrın 12-də, Azərbaycan Respublikasında isə 1995-ci il noyabrın 12-də baş vermişdir. Konstitusiyanın qəbulu
3. Bu müharibənin başa çatdığı tarix – 11 noyabr Fransada Barışıq günü adı ilə milli bayram kimi qeyd olunur. Birinci Dünya müharibəsi
4. 1918-ci ildə məhz bu ölkədə baş vermiş Noyabr inqilabı monarxiyanı devimiş və parlamentli respublika qurulmasına gətirib çıxarmışdı. Almaniya
5. Məhz bu siyasi xadimin doğulduğu tarix – 14 noyabr Hindistanda Uşaqlar günü kimi qeyd edilir. Cəvahirləl Nehru

Dərviş Parisi partladır
1. Əsasən Bakı kəndlərində dini musiqi ilə müşayət olunan oğlan toylarını bəzən belə də adlandırırlar. Dərviş toyu
2. Bu cadiküni-məşhur həkimi-nəbatətin doğma şəhərini öz əcinnələri vasitəsi ilə darmadağın etmişdi.  Dərviş Məstəli şah
3. «Bustan» və «Gülüstan» poemalarının müəllifi olan bu şair 20 il dərviş paltarında gəzmiş və səyahət etmişdir. Səədi
4. Teatr Xadimləri İttifaqı 1992-ci ildə məhz bu mükafatı təsis etmişdir.«Qızıl Dərviş»
5. XV əsrdə Türkiyədə yaradılmış bu dərviş ordeni 1925-ci ilə kimi fəaliyyət göstərmiş və sonralar Albaniyaya keçmişdir. bəktaşilər

İrəli, ulduzlara doğru
1. Avropa Birliyinin bayrağında bu sayda ulduz təsvir olunub. 12
2. XIX əsrdə yazılmış bu povestin obrazları ulduzlar tərəfindən yazılmış taleyi dəyişməyə cəhd göstərirlər.“Aldanmış kəvakib”
3. Əsası 1977-ci ildə qoyulmuş bu kinoepopeyanın müəllifi rejissor Corc Lukasdır. “Ulduz müharibələri”
4. ABŞ-dakı bu ərazini həm də “Tənha ulduz ştatı” adlandırırlar. Texas
5. 1967-ci ildən ölkəmizdə çap olunan bu jurnalın baş redaktoru Elçin Hüseynbəylidir. “Ulduz”

Sükanı belə saxla
1. “Sükanı belə saxla” sözlərini Saqqal Ramiz, Uzundraz Oktay və Əhməd məhz onun sayəsində komendantdan eşitmişdilər. Leyla
2. “Böyük sükançı” ifadəsi məhz bu kommunist rəhbəri haqqında deyilirdi. Mao Tszedun
3. Məhz bu elmin adı yunan dilindən “gəmini idarə etmək bacarığı” kimi tərcümə olunur. Kibernetika
4. SSRİ-də nəşr edilən əsası 1928-ci ildə qoyulmuş bu aylıq elmi-populyar jurnal sürücülər, avtomobil həvəskarları və təlimçilər üçün nəzərdə tutulurdu. “Za rulyom”
5. Roma mifologiyasında Eneyin tərəfdaşlarından biri olan bu sükançının adı ilə İtaliyanın cənubunda burun adlandırılmışdır.Palinur

Alfadan Omeqaya
1. Çayların aşağı axınlarında çay qolları şəbəkəsi ilə parçalanmış çay çöküntülərindən ibarət ovallıq məhz belə adlanır. Delta
2. Nadir hallarda tətbiq olunan bu kütlə vahidini bəzən mikroqram adlandırırlar. Qamma
3. Holland alimi Ludolf van Seylen onun hesablanmasına 10 il sərf etmiş, əldə etdiyi nəticələr alimin məzar daşı üzərinə yazılmışdı. “Pi” ədədi
4. İki proton və iki neytrondan ibarət olan helium nüvəsi məhz belə adlanır. Alfa-zərrəcik
5. Qədim Romada yarımdairəvi yemək stolu stibadi və ya məhz belə adlanırdı. Siqma

Karlos
1. 1970-ci ildə dünya çempionu olmuş futbol üzrə Braziliya yığmasının kapitanı o idi. Karlos Alberto Torres
2. Münhen Olimpiya oyunlarında yelkənli qayıq idman növü üzrə yarışlarda çıxış edən bu İspaniya kralı 15-ci yeri tutmuşdu. I Xuan Karlos
3. Bu amerikalı yazıçı 1960-cı ildə meksikalı sehrbaz Xuan Matusla görüşün onun bütün həyatını dəyişdirdiyini bildirirdi. Karlos Kastenada
4. İspan kralı II Filippin oğlundan bəhs edən “Don Karlos” poemasının müəllifi bu alman şairidir. Fridrix Şiller
5. Karlos Saul Menem bu Cənubi Amerika ölkəsinin prezidenti olmuşdur. Argentina

Ölkələr və şəhərlər
1. 1947-ci ildən bu dövlətin himni Rabindranat Taqorun sözlərinə yazılmış “xalqın ruhu” adlı himndir. Hindistan
2.Yaşıl saçlı leopard “Zakumi” məhz bu ölkədə keçirilən futbol üzrə dünya çempoinatının rəmzidir. Cənubi Afrika Respublikası
3.1943-cü ildə ən yaxşı film və rejissor işi nominasiyasında qalib gəlmiş bu filmin rejissoru Maykl Kertiçdir.“Kasablanka”
4. Yuli Sezar tərəfindən dağıdılan Çelanum şəhəri bizim eranın III əsrində imperator Avrelian tərəfindən yenidən tikiləndən sonra adı imperatorun şərəfinə dəyişdirilərək məhz belə adlandı. Orlean
5. Prezident və hökümət qərargahı Abicanda yerləşsə də, Kotdivuarın rəsmi paytaxtı məhz bu şəhər hesab olunur.Yamusukro

Oyna gülüm, oyna
1. Bu rəqs məzəli xarakter daşıyaraq inqilabdan əvvəl Bakıda mövcüd olmuş qoçuların tüfeyli həyat tərzini gostərir. Qoçəli
2. Bu məişət rəqsi zamanı əllər sağım prosesi, bədən isə qabağa əyilmiş vəziyətdə olur. Keçi məməsi
3. Bu rəqs krit xalq rəqsləri olan “sirtos” və “pidixtos”un bəzi elementlərini özündə birləşdirir. sirtaki
4. Bu bal rəqsinin “qaraçı”, “Əndəlüs”, “kreol” və “Argentina” növləri vardır. tanqo
5. Əl-ayağın qeyri-ixtiyari titrəməsi ilə müşaiət olunan bu əsəb xəstəliyinin adının yaranması Almaniyada məbədə sağalmaq üçün gələn xəstələrin rəqsə bənzər hərəkətləri ilə bağlıdır. Müqəddəs Vitt rəqsi

Rəsm və rəssamlar
1. Bu rəssam 1903-cü ildə Markiz adalarındakı Atuona qəsəbəsində vəfat etmişdir. Pol Qoqen
2. Bu ixtiraçı və rəssam Nyu-York Milli rəsm Akademiyasının banilərindən biri və ilk prezidenti olmuşdur. Samuel Morze
3. Məhz bu rəssam Azərbaycan satirik karikaturasının əsasını qoymuşdur. Əzim Əzimzadə
4. Bu hollandiyalı rəssamın “Nisbilik” litoqrafiyasında bir-birilə perpendikulyar birləşdirilmiş pilləkənlə hərəkət edən insanlar təsvir olunub.Moris Eşer
5. 1928-ci ildə 3-cü dəfə Bakıya gələn bu rus yazıçısının dəniz kənarında çəkilmiş rəsminin müəllifi Mikayıl Abdullayevdir. Maksim Qorki

Diqqətli olun
1. ABŞ prezidenti Franklin Ruzvelt bəzən öz həmsöhbətinə məhz bu məqsədlə “Mən bu səhər öz nənəmi öldürmüşəm” sözləri ilə müraciət edirdi. diqqətini cəlb etmək üçün
2. Rəsmi qəbulların, görüşlərin, məruzə və çıxışların sonunda məhz bu ifadəni eşitmək olar. “Diqqətinizə görə sağ olun”
3. “Diqqətə layiq olmayan qadın” adlı dörd pərdəli komediyanın müəllifi məhz bu britaniyalı dramaturqdur. Oskar Uayld
4. Üç yaşdan başlayaraq insanda diqqətin məhz bu növü yaranmağa başlayır. İxtiyari diqqət
5. Yoqa praktikasında diqqətin tamamilə hər-hansı fikir və ya obyektə yönəldilməsi məhz belə adlanır. Dxarana

Çıxdı buz üstə qoçaq
1. M.Ə.Sabirin şerində “dərsə gedən bir uşağ”ın sözlərinə görə, məhz bu fəsilin gəlməsi ilə buzun qəmi artacaqdır. Yaz
2. Məhz bu hekayənin qəhrəmanı xalası üçün buz almağa göndərilsə də, yolda qonşusu ilə vuruşmaqdan özünü saxlaya bilməmişdi. “Buz”
3. Tarixə Buz döyüşü adı ilə düşən məhz bu döyüşdə Aleksandr Nevskinin başçılıq etdiyi ruslar almanları 7 verst buz üzərində qaçmağa məcbur etmişdilər. Çud döyüşü
4. ABŞ-ın Milli Xokkey Liqasının 61 rekordunu müəyyənləşdirən bu idmançı “Böyük” (The Great One) ləqəbinə layiq görülmüş, 80-ci illərdə “ən qiymətli oyunçu” adını almışdı. Ueyn Qretski
5. Belə donanmaya malik ən böyük dövlətlər Rusiya, ABŞ, Kanada, İsveç və Finlandiyadır. Buzqıran donanma

Xərçəng
1. Bu xəstəliyin silindrik hüceyrəli və yastı hüceyrəli növləri aid edilir. Xərçəng xəstəliyi
2. İngilisdilli jarqonda məhz bu məhsul “xərçəng çubuqları” (“cancer sticks”) adlanır. Siqaret
3. Astrologiyada Xərçəng bürcü bu göy cismi tərəfindən idarə olunan yeganə zodiak bürcü hesab edilir. Ay
4. İvan Krılovun məşhur təmsilində xərçəngin “dostları” məhz bu iki canlı idi. Durna balığı və qu quşu
5. Bu yazıçının Parisdəki amerikan icmasına həsr olunmuş “Xərçəng tropiki” əsəri ona ilk şöhrəti gətirmişdi. Henri Miller

...kant...
1. Onun və Kleopatranın birləşmiş qüvvələri Aktsi döyüşündə Oktaviana məğlub olmuşdular. Mark Antoni
2. XV əsrin sonlarında meydana gəlmiş bu siyasi iqtisad məktəbi dövlətin təsərrüfata fəal müdaxiləsini nəzərdə tuturdu. Merkantilizm
3. “Gün keçdi” filminə inansaq, İkinci Dünya müharibəsində əsərlərini itirən bu rəssam hər gün onları yuxuda gördyünü deyirdi. Kavalkanti
4. Bu oxuma tərzinin adı “gözəl ifa” mənasını verir. Belkanto
5. Çoxluqlar nəzəriyyəsinin yaradıcısı bu alman riyaziyyatçısıdır. Georq Kantor
 
 
Mənbə: tarix.konspekt.az
 
 
 

0 şərh