Google Translate prikolları

Google tranlate xidmətində ingilis dilindən tərcümə edəndə American pop musician and popular actor Justin Timberlake tərcüməsi Amerika pop musiqiçi və məşhur aktyor Xumar Qədimova kimi alınır.

Ondan sonra tənbəllik etməyib başqa tərcümələri də axtardım. Britain popular rock group deep purple tərcüməsi Britaniyanın məşhur rok qrupu dərin mor olurmuş:

Bu da son deyil. Bu dəfə Rolling Stones qrupu:

Təbii ki,bir maraqlı sözü də yoxlamaq lazımdır:

Maraqlı tərcümələr tapanlar şərhlərdə qeyd edə bilər.
loading...

9 şərh

2ral
Google bilsəydi ki,onun tərcümə proqramında nələr çıxacaq,əziyyət çəkib onu hazılamazdı…
Ferbara

Google Translate səhifəsindən istifadə edərkən yanlış, mənaca baş-ayaq tərcümələrə çox rast gəlmişdim. Amma beləsini görməmişdim.


Hə, bir də Google Translate azərbaycan dili ilə türk dilini eyni dil kimi istifadə eləyir. Ən prikolu müğənni adlarının tərcüməsidi. Birini mən də yoxladım. Sting yazdım, tərcüməsini dişlək kimi göstərdi. Düzü mən «Sting» ləqəbinin müğənninin arını xatırladan sarı-qara zolaqlı köynəyinə görə verildiyini bilirəm.


Başqa misal: Will Smith-Dəmirçi Edəcək

Tomris
Musiqiçilər Googlu məhkəməyə versinlər))
Aynur
Google uduzsa cəriməni Xumar Qədimova verəcək.Artıq amerikanlar onu toya çağırırlar amerikaya.
bankir
beautiful girl-dilbər

sexy-qızğın

good afternoon-yaxşı günorta :-)

Cavid
Cənab bankir, sən özünü belə şeylərlə çox yorma, get pulunu say))
Silen_ce
namiq qaraçuxurlu — Namik Iglesias )))))))))))
Silen_ce
enrique iglesias — Aygün Kazımova

görəsən bunları kim yazır? :)
HTML
Əvvəl hər bir kəs Google Translate üçün öz təklifini yaza bilərdi. Yəqin kimsə o vaxtlar təklif edib.