Möhtəşəm Motivasiya

İngilis dilində olan möhtəşəm motivasiya edici videodan tərcümənin yazısını və azərbaycanca subtitr əlavə edib redaktə etdiyim videonu sizə təqdim edirəm.

Sənə onsuzda bildiyin bir şeyi başa salım
Dünya həmişə günəşli və göy qurşağılı deyildir.
Dünya çox çətin və pis bir yerdir.
Sənin necə düşündüyün onun heç vecinə də deyil. O səni diz çökdürmək istəyir.
Ona icazə versən səni yerə sərəcək.
Sən, mən ya da başqa heç kimsə həyat qədər sərt vura bilməz.
Amma,önəmli həyatın sənə necə vurduğu deyildir,önəmli olan sənin aldığın zərbələrə rəğmən irəliləyə bilməyindir.
Ancaq belə qazana bilərsən.
Acı keçicidir. Acı bir dəqiqə,bir saat,bir gün,hətta bir il sürə bilər.Amma acı sonunda dinləcəkdir.Və başqa bir şey acının yerini alacaqdır.Dinləməkdən də imtina  edərsənsə bu sonsuza qədər sürər.
Çox kiçik bir səhv.Demək istədiyim odur ki, yarım addım tez ya da gec atdıqda bacarmaya bilərsən.
Yarım saniyə yavaş ya da sürətli olduqda nail olmayacaqsan.Santimetrlər bizə ətrafdakı hər şeydə gərəklidir.
Bir xəyalın varsa,onu qorumalısan.
İnsanlar bir şeyi etməyi bacara bilməyəndə,sənin də edə bilməyəcəni deyərlər.
Əgər bir şeyi istəyirsənsə get və al.Bu qədər.
Qətiyyən, səhv etməkdən qorxma.Həmişə nail olmasan da, uğursuzluqların qərarını dəyişdirməsin.
Fərqli bir şeylər edə biləcəyinə inanmalısan.Edə biləcəyəni desələr də, edə bilməyəcəyini desələr də.
“Həmişə uğur qazanmaq istəyirəm” deyirsən,amma uğursuzluq istəmirsən
Sən sadəcə istəyirsən.
Partidə uğursuz olmaq istəmirsən.
Keyfli olmaq istədiyin qədər istəmirsən.
Yatmaq istədiyin qədər bacarmaq istəmirsən.
Ən dərindəki qorxularmız zəif deyildirlər,ən dərindəki qorxularımız gücümüzün kənarındadılar.Bizi ən çox qorxudan bizim ışığımızdır,nəinki qaranlığımız.
Dərininə enməlisən,lap dərininə.Özünə soruşmalısan.Kim olmaq istəyisən?
Səni nəyin xoşbxət etdiyini özündə tapmalısan.Bunun başqa insanlara axmaq görünə bilməsinin də heç bir əhəmiyyət yoxdu.
Bir seçim et,sadəcə qərar ver.Nə olacaqsan? Bunu necə edəcəksən? Kim olacaqsan?
Sadəcə qərar ver.
Niyə də olmasın? Niyə də liqanın ən yaxşı oyunçusu olmayım? Mən bir səbəb görmürəm.Niyə? Niyə də bacarmayım ki?!
Önəmli olan sənin nə qədər sərt vurduğun deyil.Önəmli olan sənin necə vurulduğun və buna baxmayaraq ayağa qalxa bilməyindir.
Ayağa qalx,Ayağa qalx.
Ayağa qalx! Və əsla təslim olma.
Burada da qala bilərik və özmüzü xərcləyə bilərik.Ya da savaşaraq işığa geri dönərik.Cəhənnəmdən dırmanaraq çıxa bilərik.Hər dəfə bir santimetr dırmanmaq hər an mümkündür.
Nə olacaqsan? Bunun üçün nə fəda edəcəksən?
Uğur qazana bilmirsən,çünki öyrənirsən,yorulursan və dərhal təslim olursan.
“ Mən riyaziyyatdan yaxşı deyiləm” .Sən haqqlısan,çünki heç vaxt öyrənmədin.
“Mən şeir yaza bilmirəm”. Çünki əvvəllər heç bunun üçün yazı yazmağa belə cəhd etmədin.
Sən doğulandan istedadlısan.Sadəcə sən bacarığını saatlarla çalışaraq inkişaf etdirə bilərsən.
Əgər sən kimlərinsə həyatını daha yaxşı edə bilmirsənsə, deməli sən sadəcə vaxtını itirirsən.
Məğlubiyyətçün ağlama,davam etmək üçün ağla.Onsuzda acı çəkdin,onsuzda yıxıldın.Bunun əvəzini al.Əgər sənin üçün nəyin dəyərli olduğunu bilirsənsə,get və onu al.
Amma çətinliklərə baxmayaraq,sənin istəkli olmağın vacibdir.Və hədəfinə çatmadıqda heç kimi günahlandıra bilməzsən.Bunu qorxaqlar edər.Sən qorxaq deyilsən.Sən daha yaxşısan!
Hər gün yeni bir gün.Hər an yeni bir an.Elə isə indi get və onlara kim olduğunu göstər.Elə indi!
Mən sizə göstərəcəm,mən necə möhtəşəməm!
Müqəddəs Luke əsərinin 17-ci fəsilində qeyd edir: “İnsanın içindəki Tanrının Krallığı”
Bu nə bir insanın içindədi,nə bir qrup insanın içində.Bütün insanların içindədi,elə sənin də!
Sən,ey İnsan,sən bir möhtəşəm gücə maliksən.
Sənin gücün texnika yaradır.
Gücün xoşbəxtliklər yaradır.
Sən,ey İnsan.Sahib olduğun bu güc həyatı daha azad və daha da gözəl edir.
Bu də həyatı əsrarəngsiz bir macəra edir.
Sən indi nə edəcəksən?!

 
Tərcümə etdi:Musalı Azər 
P.S. Azərbaycan saytları arasında bu post ilk dəfə kayzen.az saytında paylaşılır.Xahiş olunur digər saytlar copy-paste edərkən istinad etsin. 
 

10 şərh

MURAD_SEYFULLAYEV
ORİGİNAL, ilk öncə əllərinizə və gözlərinizə, bir də kompüterinizin klaviaturasına salamatlıq arzulayıram ;)), özümə də nəşrlərinizin davamını görməyi. :) Qaldı ki, tərcüməyə və topikə, bir iki gözyorucu orfoqrafik səhvləri nəzərə almasaq, ümumilikdə topik maraqlı və düşündürücü alınıb. :) Ən çox xoşuma gələn sözlər də aşağıdakılar oldu: 

1. İnsanlar bir şeyi etməyi bacara bilməyəndə, sənin də edə bilməyəcəyini deyərlər. Əgər bir şeyi istəyirsənsə get və al.
2. Dərininə enməlisən, lap dərininə. Özündən soruşmalısan, kim olmaq istəyirsən? Səni nəyin xoşbəxt etdiyini özündə tapmalısan. 
3. Burada da qala bilərik və özümüzü xərcləyə bilərik. 
4. Məğlub olduğunçün ağlama, davam edə bilmədiyin üçün ağla.
ORIGINAL
Təşəkkür edirəm əməymi qiymətləndirib, dəyərli şərh yazdığınıza görə.
pascal
Burdakı sözlər videoda idmanla əlaqələndirilsə də, həyatın hər anında, hər hansı işin çətinliyində qarşılaşacağımız və başlamağa motivasiya verən gözəl sözlərdir. Amma baxır mühitə. Bizim ölkədə durub bu motivasiya ilə iş görə bilmək demək olar ki, mümkünsüzdür. Lap istedaddan partlasan belə qarşına elə manelər qoyacaqlar ki… Nəinki ağlınla, fitri istedadınla bağlı, hətta fiziki güclə, idmanda da hamıdan yaxşısansa, yenə kimlərsə sənə ilişəcək. Bizdə irəli getmək istəyirsənsə, motivasiya=hörmətə. Təəssüf ki, hal-hazırda vəziyyət belədir.
Amma bu sözlər normal dövlətdə normal insana yol göstərəcək əvəzsiz sözlərdir.

Əziyyət çəkilən topikinlərinizdən biridir, Orginal. Meydana gəlməsində çəkdiyiniz əziyyətə, sərf etdiyiniz vaxta görə, təşəkkür.
ORIGINAL
Sonda dediyiniz çəkdiyim əziyyəti, sərf etdyim vaxtı dəyərləndirdiyinizə görə təşəkkür.
name
Bu da seçilmişlərimdəki gözəl topiklərdən biri oldu. Belə gözəl sözlərdən sonra bu mövzuya dair deyə biləcəyim çox bir şey qaçmır ağlıma. Sadəcə, bunları bilmək bizə yetərli olmaz, bilmək və tətbiq etmək gözəl ikili olacaq.:) Zamanlamanız mənim üçün daha yaxşı ola bilməzdi. Təşəkkürlər.:)
kurdamir
Maraqlidır,,, təşəkkür.
istorik_c
Yaxşı sözlərdir. Belə motivasiya Paolo Koelyonun «Kimyagər» əsərində var-Nəyi əldə etmək istəyirsənsə var gücünlə onu axtar, həmin nəsnə də özü səni tapacaq.
ORIGINAL
Düz qeyd elədiz. Həm də o əsərdə belə qeyd edir:
Yalnız bir şey xəyalların gerçəkləşməsini qeyri-real edir: bu, uğursuzluq qorxusudur.
Don_Elnur
Əlinizə sağlıq :)