Hudeybiyə müqaviləsi

Müsəlmanların Kəbəni Ziyarət Etmək Arzusu
Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s) Mədinəyə hicrət etdiyi 6 il olmuşdu. Bu müddət içində Məkkə müşrikləriylə, Mədinədə olan müsəlmanlar arasında, sırasıyla Bədir, Uhud və Xəndək döyüşləri oldu. Məkkə müşrikləri Mədinəyə hücum edərək, Hz. Peyğəmbəri (s.ə.s) öldürmək, islamı yox etmək üçün hər yola baş vurdular. Bütün imkan və güclərini ortaya qoydular. Lakin, məqsədlərinə çata bilmədilər. Müsəlmanların gündən-günə güclənmələrinə, saylanmn artmasına mane ola bilmədilər.

Ancaq Mədinə xaricindəki qəbilələr, islamın nə olduğunu kifayət qədər bilmirdilər. Kəbənin qonşusu və qoruyucusu olduğu üçün hörmət etdikləri Qüreyş qəbiləsi, öz içlərindən çıxdığı halda Hz. Məhəmmədin (s.ə.s) peyğəmbərliyini qəbul etməmiş, hətta onu yurdundan çıxarmışdılar. Buna görə, islamın Mədinə xaricindəki qəbilələrə tanıdılması və geniş ölçüdə yayılmasını təmin etmək üçün, Məkkəlilərlə sülhün əldə edilməsinə ehtiyac vardı. Rəsulullah (s.ə.s) müvəqqəti də olsa Məkkəlilərlə sülh imzalayaraq, digər qəbilələrlə sərbəstcə əlaqələr qurmağı arzu edirdi.
Digər tərəfdən Məkkəli müsəlmanlar, doğulub böyüdükləri və hər şeylərini buraxıb ayrıldıqları yurdları üçün çox darıxmışdılar. Hər namazda yönəldikləri müqəddəs Kəbəni 6 ildən bəri ziyarət edə bilmirdilər. Kəbəni ziyarət, bütün müsəlmanların ən böyük ortaq həsrətləri olmuşdu.
 
Rəsulullahın (s.ə.s) Yuxusu
Hicrətin 6-cı ili, Rəsulullah (s.ə.s), gördüyü bir yuxu üzərinə275 birlikdə Kəbəni ziyarət edəcəklərini səhabələrinə müjdələdi.276 Hazırlıqlar tamamlandı. Döyüş edilməsi qadağan olan aylardan Zilqədənin ilk bazar ertəsi günü (2 Zilqədə 6 h. /14 Mart 628 m.), yerinə Abdullah b. Ümmi Məktumu vəkil (baş məmur) təyin edərək, səhabələrindən 1400 nəfərlə277 Mədinədən ayrıldı. Xanımlarından Ümmü Sələmə də özüylə bərabər idi. Məqsədi döyüş olmayıb, yalnız Kəbəni ziyarət etmək idi. Məkkəliləri təlaşlandırmamaq üçün, səhabələrinin silah daşımalarına icazə verməmiş, yalnız yolçu silahı olaraq qılınc götürmüşdülər.278 Həcc üçün Məkkəyə gələcək düşmən qəbilələrlə yolda qarşılaşmamaq üçün, Kəbə ziyarətini həcc günlərindən əvvəl etməyi uyğun görmüşdü. Yanlarındakı 70 qurbanlıq dəvə ilə Zülhuleyfədə “ümrə” niyyətiylə ehrama girdilər.279 Yol təhlükəsizliyini təmin etmək üçün 20 süvarini kəşfiyyat üçün göndərdilər.
 
Məkkəlilərin Reaksiyası
Məkkəlilər, Hz. Peyğəmbərin (s.ə.s) Kəbəni ziyarət etmək üçün yola çıxdığını eşidincə təlaşlandılar. Müsəlmanları Məkkəyə buraxmamağa qərar verdilər. Xalid b.Vəlid və İkrirnə b. Əbu Cəhli 200 süvari ilə kəşfiyatçı olaraq göndərdilər.
Rəsulullah (s.ə.s) Məkkəlilərin bu qərarım qabaqcadan göndərdiyi gözətçiləri vasitəsiylə öyrəndi. Sağ tərəfə dönüb yolunun istiqamətini dəyişdirərək, Hudeybiyəyə qədər getdilər. Rəsulullahın (s.ə.s) mindiyi “Kəsva” adlı dəvə burada çökdü, bütün səylərə baxmayaraq qalxmadı. Müsəlmanlar:
-Kəsva hannladı çökdü qalxmır, deyə deyinməyə başladılar. Rəsulullah (s.ə.s):
-“Kəsva hannlamaz, onun çökmə xasiyyəti də yoxdur. Lakin, vaxtilə Filin Məkkəyə girməsinə mane olan ilahi qüdrət, indi də Kəsvanı irəlilətmir. Allaha and olsun ki, Qüreyş Allah təalanm müqəddəs etdiyi şeylərə hörmət və təzim qəsdiylə məndən hər nə istəsə, nə qədər ağır olursa olsun, istədiklərini qəbul edəcəyəm..” buyurdu.
 
Sülh Müqaviləsinin Müzakirələri
Bu zaman Huzaa qəbiləsi rəisi Büdeyl gəldi. Qüreyşin, müsəlmanları Məkkəyə buraxmamaq üçün müşrik qəbilələrlə razılaşaraq, döyüşə hazırlaşdıqlarını xəbər verdi.
Rəsulullah (s.ə.s) döyüş məqsədiylə deyil, yalnız Kəbəni ziyarət üçün gəldiklərini, daha əvvəl edilən döyüşlərdə Qüreyşin verdiyi itgiləri izah etdi.
-İstəyərlərsə müəyyən bir müddət onlarla sülh imzalayaq. Mənimlə digər qəbilələrin arasına qarışmasınlar. Əgər mən üstün gəlib ərəblər də islamiyyəti qəbul etsələr, Məkkəlilər də istəyərlərsə bu dinə girə bilərlər. Əgər ərəblər mənə üstün gələrlərsə, Qüreyş döyüş xərci çəkmədən istədiyini əldə etmiş olar. Əks halda, Allaha and içirəm ki, Onun yolunda ölənə qədər onlarla döyüşərəm, Allah da köməyini əsirgəməz, dinini üstün edər, buyurdu.
Büdeyl, Rəsulullahdan (s.ə.s) eşitdiklərini Qüreyşə çatdrrdr. Qüreyşin liderləri də döyüş tərəfdarr deyildi. Sakif qəbiləsinin rəisi Taifli Urvə b. Məsudu Hz. Peyğəmbərə (s.ə.s) göndərdilər. Rəsulullah (s.ə.s) Büdeylə söylədiklərini Urvəyə də izah etdi. Urvə həm Rəsuli-Əkrəmlə (s.ə.s) danrşrr, həm də müsəlmanların vəziyyətini və bütün davranışlarını diqqətlə izləyirdi. Dönüşündə gördüklərini xülasə ilə belə izah etdi:
-Bilirsiniz ki mən bir çox dövlət başçısını ziyarət etdim, Rum Qeysəri, Fars Kisrası, Həbəş Nəcaşisinin iqamətgahında elçi olaraq oldum. And içirəm ki, müsəlmanların Məhəmmədə (s.ə.s) göstərdikləri hörmət, sevgi və bağlılığı bunların heç birisinin sarayında görmədim… Sözlərini diqqətlə dinləyirlər. Bir şey soruşulduğu zaman alçaq səslə cavab verirlər. İstəyini dərhal yerinə yetirirlər. Həyalarından yüzünə diqqətlə baxa bilmirlər. Dəstəmazından artıq qalan suyu belə, -təbərrük üçün-aralarında paylaşırlar. Belə ki, bizə sülh təklif edir, qəbul edək, dedi.
Məkkəlilər, Urvənin sözlərindən xoşlanmadılar. Bir neçə elçi daha gedib gəldi, lakin heç bir nəticəyə gələ bilmədilər.
Rəsulullah (s.ə.s), Qüreyşdən gələn elçilərlə nəticəyə gələ bilmədiyini gördü. Qüreyşlə görüşmək üçün Hz. Öməri Məkkəyə göndərməyi düşündü. Ömər:
 
-Ya Rəsulullah, məkkəlilər mənim özlərinə olan düşmənliyimi bilirlər, himayəsinə sığma biləcəyim bir yaxınım da yoxdur. Osmanın Məkkədə qohumları çoxdur. Bundan əlavə Əbu Süfyan ilə əmi uşağıdırlar. Osman bu işi məndən daha yaxşı bacarar, dedi.
Hz. Osman Məkkəyə getdi. Əbu Süfyan və digər Qüreyş liderləri ilə görüşdü. Məqsədlərinin yalnız Kəbəni ziyarət etmək olduğunu izah etdi. Məkkəlilər:
-Hamınızı Məkkəyə buraxsaq ərəblər, “Qüreyş müsəlmanlardan qorxdu,” deyərlər. Lakin, istəsən Kəbəni sən təvaf et, hamınız birdən olmaz, dedilər. Hz. Osman, Kəbəni müsəlmanlardan ayrı olaraq ziyarət etməyi qəbul etmədi.
-Rəsulullah (s.ə.s) təvaf etmədikcə, mən də etmərəm, deyərək təkliflərini rədd etdi. Onun bu davranışı Məkkəliləri hirsləndirdi, göz altına aldılar və geri dönməsinə icazə vermədilər.

Ridvan Beyəti
“(Ey Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı. Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!”
Hz. Osmanın gecikməsi müsəlmanları təlaşlandırdı. Öldürüləcəyinə dair söz-söhbətlər çıxdı. Belə bir ehtimala qarşı Rəsulullah (s.ə.s) lazım olan tədbirləri aldı. Müsəlmanları Allah yolunda edəcəkləri döyüşdə, canlarını fəda etməkdən çəkinməyəcəklərinə dair, özünə beyət etməyə çağırdı. “Artıq bunlarla vuruşmadan buradan ayrılmarıq” buyurdu.

İlk beyət edən Əbu Sinan əl-Əsədi oldu. “Rəsulullahın (s.ə.s) könlündəki muradı nə isə, onun reallaşması üçün beyət edirəm.” dedi.
Hudeybiyədə alçaq bir ağacın altında,284 bütün müsəlmanlar sırayla Rəsulullahın (s.ə.s) əllərini tutaraq beyət etdilər. Allah yolunda ölənə qədər döyüşməyə, düşməndən qaçmamağa söz verdilər. Hz. Peyğəmbər (s.ə.s), Hz. Osman adma da bir əlini digəriylə tutdu, onu da beləcə beyətə qatdı. Yalnız Cədd b. Kays adlı münafiq dəvəsinin arxasında gizlənərək beyətə qoşulmadı.
Allah təala Qurani-Kərimdə, Hudeybiyədə Rəsulullaha (s.ə.s) beyət edən möminlərdən razı olduğunu bildirmişdir.285 Bu səbəblə, islam tarixində bu beyətə “Ridvan Beyəti” adı verilmişdir.

Müsəlmanların səbrini və Rəsulullaha (s.ə.s) bağlılıqlarını göstərən bu beyətin Məkkəlilər üzərindəki təsiri böyük oldu. Dərhal Hz. Osmanı sərbəst buraxdılar və Hz. Peyğəmbərlə (s.ə.s) sülh bağlamaq üçün
Süheyl b.Əmrin başçılığında bir heyət göndərdilər. Uzun müzakirələrdən sonra qəbul edilən sülhün şərtləri bunlardır:

    1. Müsəlmanlar bu il Kəbəni ziyarət etmədən dönəcəklər, bir il sonra ziyarət edəcəklər.
    2. Müsəlmanlar Kəbəni ziyarət üçün gəldiklərində, Məkkədə üç gündən çox qalmayacaqlar və yanlarında qılıncdan başqa silah saxlamayacaqlar.
    3. Müsəlmanların Məkkədə olduğu günlərdə, Qureyşlilər Məkkə xaricinə çıxacaqlar, müsəlmanlarla təmas etməyəcəklər.
    4. Məkkəlilərdən biri müsəlmanlara sığınsa, müsəlman belə olsa, geri veriləcək. Lakin, müsəlmanlardan Məkkəlilərə sığman olsa, geri istənilməyəcək.
    5.  Qüreyş xaricində qalan digər qəbilələr, iki tərəfdən istədiklərinin himayəsinə girməkdə və müqavilə bağlamaqda sərbəst olacaqlar.
    6. Bu razılaşma on il etibarlı olacaq, bu müddət içində iki tərəf arasında təcavüz və döyüş olmayacaq.

Sülh Razılaşmasının Yazılması
Sülhün şərtlərini Rəsulullah (s.ə.s) Hz. Əliyə yazdırdı. “Bismillahir-rahmanir-rahim. Bu razılaşma, Məhəmməd Rəsulullah ilə Qüreyş elçisi Sü-heyl arasında edilmişdir.” deyə yazılmasına Süheyl etiraz etdi.
— “Rəhman” sözünü anlamırıq, ayrıca sənin Rəsulullah olduğunu qəbul etsəydik, bu razılaşmaya gərək yox idi “Bismikallahümmə (Allahım, sənin adınla). Bu razılaşma Abdullahın oğlu Məhəmməd ilə Qüreyş elçisi Süheyl arasında edilmişdir.” deyə yazılmasını istədi.286
-Rəsulullah (s.ə.s) barışı təmin etmək istəyirdi. Daha işin başında, “Allaha and olsun ki, Qüreyş məndən Allah təalanın müqəddəs etdiyi şeylərə hörmət məqsədi ilə hər nə istəsə, nə qədər ağır olursa olsun, istəklərini qəbul edəcəyəm,” buyurmuşdu. Bu səbəblə, bütün bu ağır şərtləri qəbul etdi.

Lakin, müsəlmanlar son dərəcə kədərlənidilər. Böyük bir ümid və həyəcanla gəlmişdilər. Halbuki indi Kəbəni ziyarət edə bilmədən dönəcəkdilər.
Razılaşmanın yazılması hələ bitməmişdi ki, Süheylin oğlu Əbu Cəndəl, ayağındakı zənciri sürüyərək çıxıb gəldi. Atası onu müsəlman olduğu üçün, zəncirə vuraraq həbs etmişdi. Bir təhər xilas olmuş, min bir çətinliklə Məkkədən qaçmış, müsəlmanlara sığınmağa gəlmişdi.
Süheyl oğlunun geri verilməsində israr etdi. Əks halda razılaşmam imzalamadan dönəcəyini söylədi. Bütün səylərə baxmayaraq, inadından dönmədi. Sülhün təmin edilə bilməsi üçün, Əbu Cəndəlin müşriklərə təslimi lazım idi. Çəkdiyi işgəncələri və kədərli halını izah edərək müşriklərə verilməməsini istəyən Əbu Cəndəli Rəsulullah (s.ə.s):
-Ey Əbu Cəndəl, bir az daha səbr et, çox yaxında Uca Rəbbim sənə və sənin kinlilərə qurtuluş yolunu açacaq, deyə təsəlli verdi.
 
Səhabələrin Hüznü
Lakin bu son vəziyyət, artıq müsəlmanların hüznlərini dözülməz hala gətirmişdi. Hamısının əsəbləri gərgin idi. Hz. Ömər dözə bilmədi. Rəsulullahın (s.ə.s) hüzuruna gələrək:
-Sən Allahın Peyğəmbəri deyilsənmi? Bizim dinimiz haqq deyilmi? Niyə bu zilləti qəbul edirik, niyə? deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s):
-Bəli mən Allahın Peyğəmbəriyəm. Bu etdiyim işlərdə Allaha üsyan etmiş də deyiləm. O, mənim köməkçimdir, deyə cavab verdi. Lakin, Ömərin hüzn və hirsi davam edirdi.
-Sən bizə Kəbəni təvaf edəcəyik, demədinmi? deyə soruşdu. Rəsulullah (s.ə.s):
-Bəli, dedim. Lakin, bu il ziyarət edəcəyimizi söyləmədim, təkrar edirəm, Kəbəni birlikdə təvaf və ziyarət edəcəyik, buyurdu.287 Razılaşmanın imzalanmasından sonra Rəsulullah (s.ə.s) səhabələrinə:
— Artıq qurbanlarınızı kəsin, sonra təraş olub ehramdan çıxın, əmrini üç dəfə təkrarladığı halda, heç kim yerindən tərpənmədi.288 Hz Peyğəmbər (s.ə.s), səhabələrinin bu hərəkətinə kədərlənərək, yoldaşı Ümmü Sələmənin yanma getdi. Ümmü Sələmə:
-Ya Rəsulullah, onlar hüznlərindən kədərli görünürlər. Siz kimsəyə heçnə demədən özünüz qurbanınızı kəsin və təraş olun. Onlar sizə tabe olacaqlar, dedi.

Səhabələr, Hz. Peyğəmbərin (s.ə.s) qurbanını kəsib təraş olduğunu görüncə, dərhal qurbanlarını kəsib, bir-birlərini təraş etməyə başladılar.
 
Hudeybiyə Müqaviləsinin Bilinməyən Cəhəti
Hudeybiyə müqaviləsinin bütün şərtləri müsəlmanların əleyhində görünürdü. Lakin, sülhün müsəlmanların faydasına və nəticəsinin lehlərinə olacağını sadəcə Rəsulullah (s.ə.s) bilirdi. Bu səbəblə sülhü təmin etmək üçün, əleyhlərində görünən ən ağır şərtləri qəbul etmişdi.
Rəsulullah (s.ə.s) müqavilənin imzalanmasından üç gün sonra Mədinəyə döndü. Beləcə müsəlmanlar Hudeybiyədə 19-20 gün qalmış oldular.
Dönüşdə yolda “Fəth surəsi” nazil oldu. Cənab- Haqq Hudeybiyə müqaviləsinin müsəlmanlar üçün zillət və məğlubiyyət deyil, əksinə zəfər olduğunu bildirirdi.
Həqiqətən Hudeybiyə müqaviləsi, islamın Mədinə xaricində yayılmasına bir başlanğıc oldu. Məkkəlilər bu müqavilə ilə müsəlmanları bir dövlət olaraq tanımış oldular.
Müqavilədən sonra müsəlmanlarla müşriklər arasında görüşmə və əlaqələr artdı. Hz. Peyğəmbər (s.ə.s), islamı sərbəstcə yaymağa başladı. Hudeybiyə müqaviləsindən Məkkənin fəthinə qədər keçən 21 aylıq dövürdə müsəlman olanların sayı, islamın doğuşundan, Hudeybiyəyə qədər keçən 19 ildə müsəlman olanların sayından qat-qat çox oldu. Xeybərin və Məkkənin fəthi kimi zəfərlər, Hudeybiyədən sonra oldu. Dörd il sonra, Rəsulullahın (s.ə.s) vəfatında islam bütün ərəb yarımadasına yayılmışdı.
Hz. Peyğəmbər (s.ə.s) müqaviləyə bağlı qaldı. Məkkəlilər istəmədikcə, heç bir hökmünü tək tərəfli ortadan qaldırmadı. Qısa bir müddət sonra, Qüreyşlə aralarında razılaşma olan Sakif qəbiləsindən Əbu Basar adında biri, Mədinəyə gəlib müsəlmanlara sığındı. Əbu Basar da, Əbu Cəndəl kimi işgəncə görən müsəlmanlardan idi. Məkkəlilər, arxasından dərhal iki adam göndərib Əbu Basarın qaytarılmasını istədilər. Rəsulullah (s.ə.s):

-Ey Əbu Basar, bilirsən ki, biz Qüreyşlə bir müqavilə imzaladıq, əhdimizi poza bilmərik. Bir az daha səbr et, Rəbbim yaxında bir qurtuluş yolu açacaq, deyərək Əbu Basan Qureyşlilərə təslim etdi.

Əbu Basar, Məkkəyə ölümə apanldığmı bilirdi. Bu səbəblə, bu adamların əlindən xilas olması lazım idi. Yolda, Zülhuleyfədə291 yemək üçün oturdular. Əbu Basar, bunlara saf və səmimi göründü. Bu vaxt:

-Qılıncın nə qədər də gözəldir, baxmağıma icazə verərsənmi? deyərək, birinin əlindən qılıncı götürdü, dərhal üzərmə atılıb onu öldürdü, digəri isə qaçıb xilas oldu.

Əbu Basar, öldürdüyü Qureyşlinin atma mindi, silahına sanidi, təkrar Mədinəyə döndü. Rəsulullahın (s.ə.s) yanma gedib:

-Ey Allahın Rəsulu, siz sözünüzü yerinə yetirdiniz. Məni onlara təslim etdiniz. Lakin, Allah məni qurtardı, dedi. Hz. Peyğəmbər (s.ə.s) ona razılaşma şərtlərinə görə Mədinədə qalmasının mümkün olmadığını izah etdi. Əbu Basar Mədinədən çıxdı. Məkkəyə dönə bilməzdi. Mədinədə də qala bilmirdi. Dəniz sahilində, Məkkə-Şam yolu üzərində “İys” deyilən bir yerə yerləşdi. Məkkədə müsəlmanlıqlarım gizləyənlər və işgəncə görənlər, bir-bir qaçıb, Əbu Basann yanında toplandılar. Əbu Cəndəl də qaçıb bura gəldi. Qısa zamanda saylan 70, daha sonra isə 300-ə çatdı. Məkkəlilərin Şam ticarətini önləyəcək bir qüvvə halına gəldilər.
Əbu Basann yanında toplananlar, Hudeybiyə razılaşması hökmlərinə bağlı deyildilər. Qüreyşin Şam ticarət yolu təhlükəyədəydi və bunun uçün Məkkəlilər təlaşlandılar. Razılaşmanın Mədinəyə sığman məkkəlilərin geri verilməsiylə əlaqədar maddənin ləğv edilməsindən başqa çarə yox idi. Təzyiq ilə islamın önlənə bilməyəcəyini anladılar. Dərhal, Hz Peyğəmbərə (s.ə.s) Əbu Süfyanı elçi olaraq göndərib, bu maddənin ləğvini və Məkkədən qaçan bütün müsəlmanların Mədinəyə qəbul edilməsini istədilər. Müqavilə bağlanılarkən ən çox israr göstərdikləri bu maddə, yenə onların istəyi ilə ortadan qaldırılmış oldu.
Peyğəmbər (s.ə.s), Əbu Basar və yoldaşlarını Mədinəyə çağırdı. Bu əsnada Əbu Basar ölüm yatağında idi. Vəfat edincə orada dəfn etdilər. Yoldaşlarını Əbu Cəndəl yığıb Mədinəyə apardı. Beləliklə, Qüreyşin Şam ticarət yolu açıldı. Müsəlmanlar da razılaşmanın ən ağır hökmündən xilas olmuş oldular.
Hudeybiyə müqaviləsi 2 il davam etdi. Razılaşmanı Qüreyş pozdu. İki il sonra Məkkə müsəlmanlar tərəfindən fəth edildi.
 
Rəsulullahın (s.ə.s) Ümmü Həbibəylə Evlənməsi
Ümmü Həbibə Əbu Süfyanın qızıdır. Məkkə dövründə müsəlman olmuş və əri Ubeydullah b. Caxşla birlikdə Həbəşistana hicrət edən ikinci qafiləyə qatılmışdı. Hər zaman içki içən əri, Həbəşistanda xristian oldu. Ümmü Həbibə müsəlman qalıb ərindən ayrıldı. Buna görə, yad bir ölkədə kimsəsiz və himayəsiz qaldı. Eyni zamanda müşrik olan atasının yanma da dönə bilməzdi.
Rəsulullah (s.ə.s), hicrətin 6-cı ilində Həbəşistana bir elçi göndərdi. Həbəş Nəcaşisini vəkil edərək Ümmü Həbibəni özünə nikahladı.292 Nikah mərasimində Cəfəri Tayyar və digər müsəlmanlar da iştirak etdilər. Nikahdan sonra Nəcaşi Ümmü Həbibəni Mədinəyə göndərdi. Bu evlilikdən əvvəl bu ayə enmişdi:
“ (Ey möminlər!) Ola bilsin ki, Allah sitinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!“
Həqiqətən bu evlilikdən sonra Əbu Süfyanın, Hz. Peyğəmbərə (s.ə.s) olan düşmənçiliyində bir yumşalma başlamışdır.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh