İrtidat-İrtica Hərəkatları və Hz. Əbu Bəkrin Mövqeyi

Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra Ərəbistanın müxtəlif yerlərində bəzi irtidat və irtica hərəkatları başladı. Bu kimsələrdən bir qismi mürtəd, bir qismi də mürtəce idi. İrtidat edənlər, Əsvədi-Ansi ilə Tüleyha, Səlma və Səcahın ətrafinda toplanan kimsələr idi. İrtica edənlər isə, müsəlman qalmaq şərtiylə “Namaz qılarıq, amma zəkat vermərik” kimi sözlərlə dindəki bəzi fərz əmrləri yerinə yetirmək istəməyən kimsələrdi. Məkkə və Mədinədə irtidat hadisəsi olmadığı kimi, Taifdəki Sakif qəbiləsində də belə bir hadisə yaşanmadı. Ancaq, bəzi qəbilələrdə bu hadisələr yaşandı.
Zəkat vermək istəməyənlərə qarşı necə davranılması mövzusunda əshab fikir ayrılığına düşdü. Hz. Ömər və onunla eyni düşüncədə olanlar, “kəlimeyi şəhadət” gətirənlərin müsəlman olduqlarını, dolayısıyla onları öldürməyin doğru olmadığını söyləyərkən, xəlifə və digər səhabələr, zəkat verməkdən qaçanlara qılınc çəkiləcəyini bildirdilər. Xəlifə Hz. Əbu Bəkr; “Allaha and osun ki, Rəsulullaha zəkat olaraq verdikləri bir keçini belə verənə kimi, əlim qılınc tutana qədər onlarla döyüşərəm ”, dedi. Zəkat verməyin islamın şərtlərindən olduğunu ifadə etdi və sözünü yerinə yetirdi.
Əslində Riddə savaşları, əvvəl müsəlman olub, sonradan itridat edənlərin islama çevrilməsi üçün edilməmişdi. Bunlar Mədinənin siyasi nüfuzunu tanımayan və ona itaət etmək istəməyənləri dövlətin tərkibinə daxil etmək üçün edilən dini döyüşlər idi.
Yəmən, Oman, Bəhreyn və digər yerlərdəki zəkat məmurları Mədinəyə gələrək irtidat və irtica hərəkatlarını xəbər verdilər.
Omanda olan Amr b. As, Ezd qəbiləsindən Lakid b. Malik adlı şəxsin Omanda irtidat edib, peyğəmbərlik iddiasında olduğunu, Bəhreyndə də bəzi qəbilələrin topluca irtica etdiklərini xəbər verdi. Bəhreyndəki irtidat hadisəsi, Münzir b. Savi adındakı Bəhreyn hökmdarının ölümündən sonra ortaya çıxdı. Əbdül-Qeys və Bəkr b.Vail qəbilələri toplanıb son Hirə hökmdarı Numan b. Münziri Bəhreyn hökmdarı elan etdilər. Əbdul-Qeys qəbiləsi daha sonra islama dönsədə, Bəkr b. Vail qəbiləsi uzun zaman mürtəd olaraq qaldı.
Əsədoğullan qəbiləsinin rəisi Tuleyha b. Huveylid “mənə vəhy gəlir” deyərək peyğəmbərlik iddia etməyə başladı. Qətafan, Həvazin və Tay qəbilələri də ona qatıldılar. Yəməndə isə Müseyləmə b. Habib adlı şəxs də peyğəmbərlik iddia edərək, ətrafina Hənifəoğullanndan çoxlu tərəfdar topladı.
Eyni şəkildə Təmimoğullan içərisində Səcah adlı bir qadın da peyğəmbərlik iddia etməyə başladı. Mesopotomiyalı bir qadın olan və Təmimoğullan, Tağliboğullan və digər qəbilələrdən meydana gələn böyük bir ordunun başına keçən Haris bint. Səcah, Müseyləməyə qarşı çıxdı. Lakin daha sonra bu iki saxta peyğəmbər razılaşaraq evləndilər.
Göründüyü kimi, Hz. Məhəmmədin (s.ə.s) sağlığmda ortaya çıxan Əsvədul- Ansi, Müseyləmə və Tüleyha kimi mürtədlər və asilər, hələlik islam qəlblərinə yerləşməmiş bədəvi ərəblər üzərində təsirli oldular. Bunlar, mürtəd və mürtəce qəbilələrdən topladıqlan qüvvələrlə islam ordusuna qarşı vuruşdular.
Hz. Məhəmməd (s.ə.s) özü həyatda ikən peyğəmbərlik iddia edən Tüleyha b. Huveylidə qarşı Dırar b. Əsvədi göndərmiş və Tüleyha məğlub edilmişdi. Ancaq Tüleyha Hz. Məhəmmədin (s.ə.s) vəfatından sonra Əsəd, Qətafan və Tay qəbilələrindən tərəfdar toplayaraq yenidən peyğəmbərlik iddia etməyə başlamışdı.
Xəlifə Hz. Əbu Bəkr paytaxt Mədinəni təhdit edən Tüleyha və tərafdarlanna qarşı Xalid b. Vəlidi göndərmişdir. Tay qəbiləsi üzərinə də Adiy b. Xatəmi göndərdi və onlardan Tüleyhaya yardım etməmələrini istədi. Tay qəbiləsi bu istəyə müsbət cavab verərək Xalidə kömək etmişdir. Xalid Bizahda Tüleyha ilə döyüşmədən öncə, Ukkaşə b. Mihsan ilə Sabit b. Ərkamı öncü qüvvələrin başında göndərmiş, fəqət bunlar Tüleyha tərəfindən öldürülmüşdür. Ancaq Tüleyha Xalid b. Vəlidin ordusuna məğlub olmuş və yoldaşını da götürərək qaçmışdır. Əsəd və Qətafan qəbilələri yenidən islama qayıtdıqdan sonra, Tüleyha da müsəlman olmuşdur. O, Hz. Əbu Bəkrin xəlifəliyi zamanında Kəlboğullan qəbiləsi içində yaşadıqdan sonra, Hz. Ömərin xəlifə seçildiyi zamanda ona beyət etmişdir. Tüleyha daha sonra İraqın fəthində iştirak edərək böyük qəhramanlıqlar göstərmişdir.
Tüleyhanın tərafdarlanndan qaçanlar, Səlma bint. Malik adındakı qadmın ətrafina toplanaraq üsyanlarım davam etdirmişdirlər. Bunların üzərinə hücum edən Xalid, bir çoxlanyla bərabər Nəbilik iddiasmda olan Səlmanı da tutaraq öldürmüşdür.
Xalid b. Vəlid daha sonra Bitah şeyxi Malik b. Nüveyra ilə Səcaha qarşı hücuma başlamış, onları da bütün tərəfdarlanyla bərabər tutaraq həbsə atmışdır.
Tüleyha və Malik b. Nüveyranın işi həll ediləndən sonra, növbə Hənif qəbiləsi içində peyğəmbərlik iddia edən Müseyləməyə çatmışdı. Sağlığında Hz. Peyğəmbərə məktub göndərərək nəbilikdə ortaqlıq təklif etmiş Müseyləmə, Səcahın da özüylə birləşməsiylə daha da güclənmişdi. Xəlifə, bu iki mürtədə qarşı İkrimə və Şurahbil b. Həsənəni göndərmişdir. Ancaq İkrimə, Xalid b. Vəlid və Şurahbil b. Həsənənin gəlməsini gözləmədən hücüm etmiş və nəticədə də məğlub olaraq geri çəkilmək məcburiyyətində qalmışdır.
Daha sonra (632-ci ilin sonu 633-cü ilin əvvəli) Xalidin əmrindəki islam ordusu Yəmaməyə çatmış və Bitahda Müseyləmənin ordusu ilə qarşılaşmışdır. Xalidin ordusunun döyüşün əvvəlində məğlub olmasına baxmayaraq, nəticədə qalib gəlmişdir. Hz. Həmzənin qatili olan Vəhşi də, Hz. Həmzəni şəhid etdiyi nizəylə Müseyləməni öldürmüşdür. Yəmamə döyüşündə Hz. Ömərin qardaşı Zeyd b. Xattab, Zübeyrin qardaşı Səid b. Awam, Əbu Dücanə, Əbu Hüzeyfə, Utbə və Zeyd b. Qays kimi səhabələr ilə yetmişə qədər hafiz də şəhid olmuşdur. Bu döyüşdə yetmişə qədər hafizin şəhid olmasma görə, Hz. Ömər Hz. Əbu Bəkrdən Quranın kitab halında cəm edilməsini istəmişdir.
Son olaraq nübüwət iddiasında olanlardan Əsvədul-Ansi ortadan qaldırılmışdır. Yəməndə peyğəmbərlik iddiasmda olan Əsvədul-Ansi, Hz. Peyğəmbərin sağlığında ortadan götürülsə də, amma onun tərafdarlan Yəməndə üsyan hərəkatlarını davam etdirirdi. Mühacir b. Ümmeyyə bunların üzərinə göndərilmiş, o da onları Sənada məğlub edərək Yəməni mürtədlərdən təmizləmişdir.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -1 (Əsri-Səadət Dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh