Mushafların Yandırılması və Quranın Çoxaldılması

Hz. Osman dövrü, islam fəthlərinin zirvə nöqtəsi kimi tanınır. Belə ki, ölkənin sərhədləri bir tərəfdən İspanyaya, digər tərəfdən Mavəraunnəhrə qədər çatmışdı. Yəni ərəblərin xaricində, minlərlə insan islamı qəbul etdi. Yeni müsəlmanlar iqtisadi, ictimai yöndən bir çox hadisələr meydana çıxarırdılar. Bundan əlavə əsgərlər arasında fərqli qiraət səbəbilə münaqişələr çıxırdı.
Hz. Osman bütün bunlara çarə axtarmağa başladı. Ordu içərisində ortaya çıxan fikir fərqlilikləri, şamlıların kufəlilərə, “bizim qiraətimiz digər qiraətlərdən daha doğrudur, çünki biz onu Mikdaddan öyrəndik", Kufəlilərin də Şamlılara “Xeyir, bizim qiraətimiz digər qiraətlərdən daha doğrudur, çünki biz onu İbn Məsuddan öyrənmişik", demələri və aralarında ixtilafların çıxması səbəbilə, xəlifə bunun həlli işini sürətləndirdi. Hz. Osman rəsmi nüsxəni (Hz. Əbu Bəkr dövründə cəm edilən) gətiridi. Zeyd b. Sabitin başçılığında Zübeyr, Səid b. As və Əbdürrəhman b. əl-Haris b. Hişamdan ibarət bir heyət qurdu. Onlardan ana nüsxədən əlavə 7 nüsxə yazmalarını və bəzi insanların əlində olan səhifələrin yığışdırılmasını istədi. Heyət ana nüsxəni əsas alaraq 7 nüsxə daha yazdılar. Xəlifə Hz. Osman bu nüsxələrdən birini özünə götürdükdən sonra, geri qalan rəsmi nüsxələri islam dövlətinin 6 böyük şəhərinə göndərdi. Rəsmi nüsxələr xaricindəki, bütün nüsxələri topladaraq yandırtdı.
Müsəlmanlar bu davranışı üçün Hz. Osmana təşəkkür etdilər. Ancaq, İbn Məsud və onunla bərabər olanlar bu işə qarşı çıxdılar. Bəlkə də, İbn Abbas bu işi öz başçılığında görmək istəyirdi, ancaq xəlifə Hz. Əbu Bəkrin tətbiqatma uyğun olaraq, bu vəzifəni Zeyd b. Sabitə həvalə etmişdi. Bu hadisə, xəlifə ilə məşhur alim səhabənin sonrakı əlaqələrinə təsir etdi. Qeyri-rəsmi nüsxələrin yandırılması hadisəsi hicri 32-ci ildə baş vermişdir.
Hz. Osman dövlət dəvələrinin otlaması, bəslənməsi və qorunması, savaş zamanında ordu üçün hazır halda olmasmı düşünərək, bəzi əraziləri dövlət malı halına gətirdi. Ancaq, Hz. Osmanın bu davranışı mübahisələrə səbəb oldu. Halbuki xəlifə bu hərəkəti ilə şəxsi mənfəətini deyil, dövlətin yüksək mənfəətini düşünürdü.
 
Dövlət İşçilərinin Təyini
Hz. Osmana qarşı yönəldilən tənqidlərdən biri də, təyinlərdə tərəf-keşlik etməsi, dövlət idarəsinə ancaq Əməvi mənsublarım götürməsidir. Hz. Osmanın ilk təyin etdiyi vali, Hz. Ömərin vəsiyyətinə uyğun Kufə valiliyinə təyin etdiyi Sad. b. Əbi Vakkasdır. Belə ki, xəlifə Abdullah b. Məsudla etdiyi bir mübahisə səbəbiylə Sadı Kufə valiliyindən azad edərək, yerinə ana bir qardaşı Vəlid b. Ukbəni təyin etdi. Fələstin valisi Əbdürrəhman b. Alkamə əl-Kənaninin ölümü ilə əlaqədar buranın idarəsini Müaviyə b. Əbu Süfyana verdi. Umeyr b. Sadın xəstələnərək vəzifədən azad edilməsini istəməsinə görə, buranın da idarəsini Müaviyəyə verdi.
Beləliklə, Müaviyə Şamın (Suriya) ümumi valisi oldu. Bundan əlavə edilən şikayətlər səbəbiylə Hz. Osman, Misir valisi Amr b. Ası vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə süd qardaşı Abdullah b. Sad b. Əbu Sarhı təyin etdi. Dayısının oğlu Abdullah b. Amiri Kabilə, sonra Sicista-na daha sonrada Bəsrə əmirliyinə təyin etdi. Əşas b. Qaysı Azərbaycana, qardaşı Qaysı da Reyə əmir olaraq göndərdi. İraq ordusunda da bir neçə dəyişiklər etdi. Xəlifə Hz. Osmanın hakimiyyəti dövründə etdiyi önəmli təyinlər bunlar olmuşdur.
Təəssüf ki, xəlifənin bu təyin və azad etmə davranışları daha sonra onun əleyhində işlədildi. Xəlifə qohumlarını idarəyə gətirmək, Ümeyyə-lilər xaricindəkilərə qarşı fərqli davranmaqla günahlandırıldı. Bəzi müxalif insanlar və qruplar dövlət işçilərinin təyinində haqsızlıq edildiyini iddia etdilər. Seyf, Səbə və tərəfdarlarının Kufə, Bəsrə və Misirdəki fəaliyyətləri və bu sahədəki işləri Hz. Osman dövründəki hadisələrə, daxili qarışıqlıqlara və xəlifənin qətli hadisəsinə bir başqa yöndən açıqlıq gətirir.
 
Səhabələrə Qarşı Davranışı
Hz. Osmanın əshabi-kirama qarşı davranışı da mübahisə mövzusu olmuşdur. Bəziləri onun davranışlarını mülayim, bəziləri də mənfi yöndə dəyərləndirdi. Hakimiyyətdəki məşhur səhabələri vəzifədən uzaqlaşdırması, yerlərinə xüsusi ilə əməvilərdən təyin etməsi, səhabələrin Hicaz bölgəsində və ətrafında sərbəstcə gəzməsinə icazə verməsi, Müaviyənin təsiriylə Əbu Zərri Rəbəzəyə sürgün etməsi, Mərvan b. Hakəmi katibi təyin etməsi kimi səbəblər onun günahlandınlmasma səbəb olmuşdur.
 
Yenilikləri
Dinlə əlaqəli bəzi tətbiqatlan səbəbiylə də Hz Osman tənqidlərə məruz qalmışdır. Kəbənin örtüyünün yenilənməsi, Məscidi-Nəbəvidə bəzi yeniliklər etməsi, cümə namazında məscidin içində ikinci əzan oxutması, Minada namazı muqim (yolçu olmayan) kimi qılması, yeni paltarlar tikdirməsi və Beytul-malın 1/8-nə əl qoyması bunlardandır. Adət-ənənəyə bağlı olan bəzi qruplar, bu yenilikləri bidətlər olaraq dəyərləndirdilər və bu yeniliklərə səbəb olan xəlifə Hz. Osmanı da günahlandırdılar.
Hz. Osmanın dövründə daxili çəkişmələrin çıxmasına, paytaxt Mədinənin mühasirə edilərək, xəlifənin öldürülməsinə səbəb olaraq göstərilən hadisələr və icraatlar, xəbərlərdə sabit olduğu şəkliylə və əsas cəhətləri ilə bunlardır.
 
Hz. Osmanın Şəhadəti
Misir, Bəsrə və Kufədən ümrə bəhanəsi ilə Mədinəyə gələn asilər şəhər kənarında ordugah qurdular. Hz. Osmanın istəyi ilə Hz. Əli onlarla görüşdü. Asilərin şikayətinə əsasən Misir valisi Abdullah b. Sad dəyişdirilərək yerinə Məhəmməd b. Əbi Bəkrtəyin edildi. Bununla da üsyançılar geri qayıtdılar. Lakin yolda gedərkən tutduqları bir çaparın üzərində asilərin öldürülməsi əmri olan xəlifəyə məxsus bir məktub tapdılar. Bu səbəblə yenidən geri qayıdaraq Hz. Osmanın evini mühasirəyə aldılar və onun istefasını tələb etdilər. Lakin bu təklif xəlifə tərəfindən rədd edildi. Bəzi rəvayətlərə görə bu məktub xəlifənin katibi Mərvan b. Hakəm tərəfindən yazıldığı bildirilir.
Xəlifəni qorumaq qərarına gələn Hz. Əli oğlanları Hz. Həsən və Hz. Hüseyni onu mühafizə etmələri üçün təyin etmişdi. Bu hadisədən heç kimsənin zərər görməsini istəməyən Hz. Osman evindən çölə çıxmayaraq ibadətlə məşğul olurdu. Qapıdan evə daxil ola bilməyən asilər başqa yoldan onun evinə girə bilmişdilər. Onlar Hz. Osmanı Quran oxuyarkən şəhid edib, xanımı Nailənin də bir neçə barmağını kəsmişdilər. Hz. Osmanın qanı oxuduğu mushafin üzərinə töküldü. Qaynaqlar bu şəxslərin Kinanə b. Bişr, Ömər b. Budeyl, Amr b. Humuk, Sudan b. Humran, Əbdürrəhman b. Udeys və Məhəmməd b. Əbi Bəkr olduğu haqqında həmfikirdirlər.
Qənaətimiz budur ki, əvvəldə qeyd etdiyimiz hadisələr və icraatlar Hz. Osmanın öldürülməsinə səbəb ola biləcək mahiyyətdə deyildir. Hadisələri şişirdənlər, insanları üsyana təşviq edənlər, düşmənlikləri qızışdı-ranlar olmasaydı, dövlət başçısı Hz. Osmanın öldürülməsi çox çətin olardı.
Belə görünür ki, Hz. Osmanın dövründəki narahatçılıq və qarışıqlıqların arxasında başqa bir səbəb vardır. Xəlifənin öldürülməsi və hadisələrin cərəyan etmə şəkli, öncədən planlaşdırılmış və bir “gizli əl” tərəfindən idarə edilmiş olduğunu göstərir. Əsasən tarixçilər Hz. Osmanın qətli hadisəsinin arxasında gizli bir gücün varlığı mövzusunda həmfikirdilər.
12 illik xilafəti dövründə, özünə qarşı üsyan edilməsinə və öldürülməsinə səbəb ola biləcək, hər hansı mühüm bir hadisəyə səbəb olmayan xəlifə Hz. Osman, (Zilhiccənin 18-i 656-cı ildə) həcc bəhanəsiylə Kufə, Bəsrə və Misirdən yola çıxaraq Mədinəyə gələn, amma əsil məqsədləri xəlifəni öldürmək olan asilər tərəfindən öldürüldü.
Bundan sonra bir qrup insanlar Hz. Osmanın qanını tələb edərək, intiqamım almaq davasına başlamışdılar. Fikrimizcə əshabm Hz. Osmana qarşı inciklikləri və bəzi şəxsi narazıçılıqlan səbəbiylə, meydana gələn hadisələr qarşısında seyirci olmaları, xəlifəyə kömək etməyərək onu tək başma buraxmaları, üsyançıların işini daha da rahat görmələrinə səbəb olmuşdur.
Hz. Osmanın öldürülməsi ilə birlikdə islam tarixində ardı-arası kəsilməyən xoşagəlməz hadisələr, qarışıqlıq və savaş meydana gəlmiş, ümmətin birlik və bərabərliyi pozulmuş, müxtəlif sosial və dini firqələr ortaya çıxmışdır.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh