Hz. OSMANIN XİLAFƏT DÖVRÜ

Hz. Osmanın Xəlifə Seçilməsi (23 h./644 m.)
İdarə etməsindən razı olan xalq, vəfatından əvvəl Hz. Ömərdən yerinə birisini xəlifə təyin etməsini istədi. O da bu işi şuraya həvalə edərək, dövlət başçısı seçimlərində yeni bir metod göstərdi. Hz. Osman Hz. Ömər tərəfindən tövsiyə edilən altı nəfərlik məşvərət heyəti tərəfindən xəlifəliyə uyğun görüldü. Hz. Ömər yaralandıqdan və vəziyyətinin ağırlaşmasından sonra, arzu edilməsinə rəğmən, yerinə keçəcək dövlət başçısını şəxs olaraq təyin etmədi. Ancaq cənnətlə müjdələnən altı nəfərlik məşvərət heyətindən, içlərindən birisini ən gec üç gün içində seçmələrini tövsiyə etdi. Heyət Osman, Əli, Zübeyr, Talha, Sad b. Əbi Vakkas və Əbdürrəhman b. Avfdan ibarət idi. Əbdürrəhmanın başçı olduğu bu heyətdə, seçilməmək şərtiylə, ancaq seçmək haqqına sahib olan Abdullah b. Ömərdə vardı. Talha b. Ubeydullah bu əsnada Mədinədə olmadığı üçün, Sad b. Əbi Vakkas onun adından vəkalət etməyi qəbul etdi. Bundan əlavə, Mikdad b. Əsvəd bu məclisi toplamaqla, Əbu Talha seçim şəffaflığını qorumaqla, Suheyb ər-Rumi isə üç gün müddətində camaata namaz qıldırmaqla vəzifələndirilmişdilər.

Başlanğıcda Haşimilər və Əməvilər başçılıq mövzusunda rəqabətə girişdilər. Hər iki nəsil də xəlifənin özlərindən olmasını istəyirdi. Köhnə rəqabət yenidən gündəmdəydi. Belə ki, nə Haşimilər iqtidarı itirmək istəyir, nə də Umeyyəoğullan davamlı olaraq müxalifətdə qalmaq arzusunda idi.
Şura məclisi, namizədlikdən çəkilən Əbdürrəhman b. Avfın başçılığında Misvər b. Mahrəvənin evində toplandı. Suheyb ər-Rumi və Mikdad toplantını nəzarətdən keçirdilər. Heyət başçısı olan Əbdürrəhman b. Avf xilafətə namizəd olan Osman və Əli ilə xilafət vəzifəsini qəbul etmələrilə əlaqədar olaraq tək-tək görüşdü. Bu arada ümumi bir araşdırma etdi. Məsciddə, bazarda və yolda insanlarla görüşərək onların fikirlərini öyrəndi. Müsəlmanlara Əlinimi, yoxsa Osmanımı xəlifə istədiklərini soruşdu.
Nəticədə “Şura Məclisi” və xalq Osman b. Affanın leyhinə səs verdi. Hz. Osman hicri 24-cü ilin Məhərrəm ayında (3 Noyabr 644) şura məclisinin səs çoxluğu ilə xəlifə seçildi. Namizədlərin hamısı oradaca Hz. Osmana beyət etdilər.
Bununla birlikdə, Hz. Osmanın bu şəkildə xəlifə seçilməsi fərqli yönlərdə dəyərləndirildi. Bu tərzin müsəlmanların böyük bir qismi tərəfindən məşru bir seçim tərzi olaraq qəbul edilməsinə baxmayaraq, bəzi qruplar ilə müstəşriklər tərəfindən yeni bir qəsb hadisəsi kimi dəyərləndirildi.
Hz. Osmanın on iki illik xilafəti dövründə iki böyük hadisə oldu. Bunlar fəthlər hərəkatı və daxili çəkişmələrdir.
 
Hz. Osman Dövründə Edilən Fəthlər
Hz. Osman xəlifə olduqdan sonra, İranda Rey, Həmədan və İs-tahr xalqının, Azərbaycan və Erməniyyə xalqının üsyanları, Bizansın İsgəndəriyyəyə hücumu hərəkatlanyla qarşılaşdı. Azərbaycan və Erməniyyə ilə İranda Rey, Həmədan və İstahr xalqı vergiləri ödəmək istəməyərək üsyan etdilər. Hz. Osman Bizans və üsyançıların üzərmə yeni istiqamətdə ordular göndərmək məcburiyyətində qaldı. Bir tərəfdən də Misirdə veıgilərin artırılmasına qarşı çıxan Amr b. Asm vəzifədən alınması və yerinə xəlifənin süd qardaşı Abdullah b. Sad b. Əbu Sarhm vali təyin olunması, Misirdə daxili nizam-intizamın pozulmasına səbəb oldu.
Ancaq yeni Bizans kralı Konstantin bu fürsəti yaxşı dəyərləndirərək, güclü bir donanma ilə hücüm etmiş və İsgəndəriyyəni müsəlmanlardan geri almışdı. Xətasını anlayan xəlifə, Amn əvvəlki vəzifəsinə yenidən təyin etdi. Amr da İsgəndəriyyəni Bizanslılardan geri aldı.
 
Bir tərəfdən də İbn Sarh, Afrikada mühüm fəthlər həyata keçirdi. Müsəlmanlara etdikləri əziyyətlər səbəbiylə Məkkə fəthi əsnasında öldürülmələri Hz. Peyğəmbər tərəfindən halal sayılanlardan biri olan İbn Sarh, süd qardaşı Hz. Osmanın vasitəçiliyi ilə bağışlanmışdı. Misir fatehi Amr b. Asm ordusunda əsgər idi. Hz. Osman İbn Sarhm komandirliyində bir ordu hazırlayaraq Afrikaya göndərməsini Amra əmr etdi. Abdullah b. Nafi b. Əbdül-Qeys və Abdullah b. Nafi b. Harisi də biraz qüvvə ilə onun əmrinə verdi. Aralarında İbn Abbas, İbn Ömər, Hz. Həsən, Hz. Hüseyn, Abdullah b. Anır b. As və Abdullah b. Cəfər kimi məşhur səhabələrin də olduğu ordunun sayısı beləcə 10 mindən artıq oldu. Ordu Libya çölünü keçərək Trablusa doğru hərəkətə başladı.
Yolda Ukbə b.Nafi əmrindəkilərdə orduya qoşuldu. Trablus şəhərinin valisi Gregerius 120 minlik bir ordu ilə hazır vəziyyətdə müsəlmanların gəlməsini gözləyirdi. Çox şiddətli bir döyüş oldu. Uzun zaman davam edən savaşdan bir xəbər gəlmədiyi üçün xəlifə, Abdullah b. Zübeyri yeni bir ordu ilə köməyə göndərdi. Yeni qüvvələri görən Gregerius qorxmağa başladı. Abdullah b. Zübeyr əmrindəki orduyla qəflətən düşmən üzərinə hücum edərək, Roma ordusunu məğlub etdi. Gregerius da öldürüldü. Savaş müsəlmanların böyük zəfəri ilə sona çatdı. Artıq Afrikanın qapıları islam ordularının üzünə açıldığı üçün, İbn Sarhın baş komandirliyindəki islam ordusu Mərakeşə qədər irəlilədi. Hicri 25-ci ildə Abdullah b. Nafi b. Əbdül-Qeys və Abdulah b. Nafi b. Hüseyn əmrindəki ordularla İspan-yanın daxilinə qədər irəlilədilər. Abdullah b. Nafi b. Əbdül-Qeys Afrika valisi təyin edildi.
Ancaq Abdullah b. Əbu Sarhm Afrika fəthini tamamladığı zaman, əldə edilən qənimətlərin beşdə birisini özünə götürməsi mübahisələrə səbəb oldu.
Şam valisi Yezid b. Əbu Süfyanın və bəzi komandirlərin ölməsi, Ümeyr b. Sad əl-Ənsarinin xəstəliyi, Fələstin əmiri Əbdürrəhman b. Əbu Alkamənin ölməsi ilə, Şam və ya Suriyanın valisi olan İordaniya valisi Müaviyə b. Əbu Süfyan Kipri fəth etməyi fikirləşdi.
Kipr dəniz savaşma bir çox könüllü qatıldı. Müaviyə, Əbu Zərr, Əbu Dərda, Ubadə b. Samit və s. səhabələrin olduğu ordunu hicrətin 28-ci ildə Abdullah b. Qaysın komandirliyində Kiprə göndərdi. Misir əmiri olan Abdullah b. Sad da Misirdən hərəkət edərək gəmilərlə Kiprə gəldi. Kiprdə birləşən Misir və Şam donanmaları edilən savaşda qalib gələrək, bir çox əsir və qənimət qazanaraq geri döndülər. Kiprlilər illik 7 min qızıl vermək şərtilə müqavilə imzaladılar.
Bir yandan hicrətin 30-cu ilində, Bəsrə valisi Abdullah b. Anır və Səid b. As müxtəlif yollarla Xorasan və Təbəristana doğru hərəkətə keçdilər. Cürcan, Xorasan və Təbəristan Səid b. Asın ordusu tərəfindən fəth edildi. Abdullah b. Amnn qüvvələri isə Kabil, Sicistan və Nişapuru fəth etdilər.
Beləliklə, Hz. Osman dövründə islam fəthləri şərqdə və qərbdə gedə bildiyi və ya gedilməsi lazım olan yerlərə qədər irəlilədi. İslam dövlətinin sərhədləri çox genişləndi. Asiyada Anadolu, Çin və Rusiyaya, Afrikada şimal-qərbi Afrikaya qədər, Avropada Portuqalia sərhədlərinə qədər uzandı.
C. Hz. Osman Dövrü və Daxili Çəkişmələr

İlk tarixçilər və islam tarixi qaynaqlan Hz. Osmanın dövründəki hadisələrə geniş yer verirlər. Hz. Osmanın xilafət dövrünü, birinci altı illik dövr və ikinci altı illik dövr deyə iki qismə ayıraraq incələmək adət halına gəlmişdir. Ancaq Hz. Osmanın müsəlman və xəlifə olması ilə əlaqədar xəbərlər və ikinci altı illik xilafət dövrünü əhatə edən rəvayətlər təsviri xəbər mahiyyətindədir. Belə ki, tarixçilərdən və ravilərdən hər biri hadisələri, xüsusi, dini və siyasi, iqtisadi və ictimai əsaslara görə xəbər verməkdədirlər.
Bu haqdakı rəvayətlər arasında fərqliliklər vardır. Bu fərqliliklər də müxtəlif nəticələrin çıxmasına səbəb olmuşdur. Belə ki, Seyfin rəvayətlərini əsas götürən tarixçilər və elm adamları, Hz. Osman dövründə ortaya çıxan qarışıqlıqların səbəbkarı kimi İbn Səbə və Səbəyyənin olduğu qənaətindədirlər. Əbu Mihnəf və Vaqidinin xəbərlərini əsas götürənlər isə, bəzi səhabələri bu qarışıqlığın səbəbkarı kimi görürlər.
Hz. Osmanın dövründə istər ərazilərin bölüşdürülməsi və qənimətlərin paylaşdınlmasında, fey məsələsi və fəthlərdə, istərsə də idarə etmə və dini mövzularda bəzi yeniliklər edildi. Aparılan icraatlardan və işlərdən razı olanlarla bərabər, bütün görülən işlərdən narazı olanlar da vardı.
Hz. Osmanın zamanında meydana gələn daxili çəkişmələrin çıxmasına və xəlifənin uzun zaman davam edən mühasirədən sonra öldürülməsinə səbəb kimi göstərilən və tarixçilərin üzərində ittifaq etdikləri bəzi hadisələr vardır.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh