Çaldıran Döyüşü

Ağqoyunlu dövlətinin varlığına son qoyaraq Azərbaycan, İran və İraqı ələ keçirərək Ceyhun vadisinə qədər olan yerləri tutan Şah İsmayıl, Anadolunu da ələ keçirməyə çalışırdı.
Bu fəaliyyətlərindən ötrü Səlim 100 min nəfərlik bir ordu ilə səfərə çıxdı. Su şəhərinə qədər gəldi. Buradan etibarən olan əraziləri Səfəvilər yandırdıqları üçün Osmanlı ordusu böyük çətinliklərlə üzləşdi. Yeniçə-rilər geri qayıtmaq istəyirdi. Yavuzun çox sevdiyi Həmdəm paşaya geri qayıtmaq təklifi etdirdilər. Yavuz da onu belə bir təklif etdiyi üçün edam etdirdi. Bununla da belə təkliflərə qadağa qoydu. Anadolunu keçən Səlim və ordusu Van gölünün yaxılığındakı Çaldıran düzünə gəldilər. Şah İsmayılın ordusu da orada idi.
Osmanlı ordusunda 500 ədəd top və tüfəng var idi. Şah İsmayılın ordusunun əksəriyyəti türklərdən ibarət idi. Süvariləri çox idi. Çətin yoldan gələn Osmanlı ordusundan onun tərəfinə keçənlər olmasın deyə əsgərlərə istirahətə icazə verilmədi. Baş verən müharibə nəticəsində Şah İsmayıl məğlub oldu. Ordusu böyük itkiyə məruz qaldı. Yeniçərilər onun ordusunu təqib etmək istəmədikləri üçün irəliləmədilər. Səlimin niyyəti isə daha da qabağa gedərək Türküstan türkləri ilə əlaqə qurmaq idi. Ancaq ordunun istəyi onun düşündüklərini etməsinə mane oldu. Sonra əsgərlər arasında təbliğat aparan 3 nəfər İstanbula dönəndən sonra edam edildi.
 
Osmanlı-Məmlük Münasibətləri və Mərcidabık Müharibəsi
İki dövlət arasında dostluq münasibətlərinin olmasına baxmayaraq, Osmanlılar məğlubiyyəti qəbul edə bilmirdilər. Çaldıran qələbəsi Suriya və Misirdə sevinclə qarşılandı. Ancaq bundan narahat olan Sultan Kan-su Qavri Səfəvilərlə müttəfiqliyə başlamaq istədi. Osmanlı ordusunun irəliləməsinə mane olması bəhanəsilə fitvaya əsasən Köləmənlərə müharibə elan edildi.
İki ordu 1516-cı ildə Hələb yaxınlığındakı Mərcidabıkda qarşı-qarşıya gəldi. 5-6 saat davam edən müharibədən sonra Osmanlı ordusu qalib gəldi. Bu məğlubiyyətdən sonra Kansu Qavri qaçarkən Hələbdə öldü. Suriya, Liviya və İordaniya Osmanlıların əlinə keçdi. Sultan Səlim Kö-ləmən taxtına keçən Toman bəyə özünə tabe olmasmı bildirdi. Lakin o, bu təklifi rədd etdi.
 
Ridaniyə Savaşı
Suriyada təhlükəsizliyi təmin edən Sultan Səlim Misirə tərəf hərəkət edərək, Sina çölünü yağışlı bir havada keçdi. Ridaniyəyə çatdı. Toman bəy Yavuzun Suriyadan geri qayıdacağını düşünürdü. Ridaniyənin bir tərəfində Nil çayı, digər tərəfində də əl-Mukattam dağı var idi. Toman bəyin Ridaniyəni yaxşı müdafiə etdiyini öyrənən Səlim, 1517-ci ildə dağın arxasına keçərək orduya arxadan zərbə endirdi. Nəticədə Köləmənlər məğlubiyyətə düçar oldular. Bundan sonra Toman bəy qaçdı. Bir neçə dəfə geri hücum etməyə cəhd edən Toman bəy tutularaq öldürüldü.
Misiri ələ keçirən Səlim orada 8 ay qaldı. Məkkə və Mədinə əmiri olan Əbul-Bərəkat açarları Səlimə göndərərək ona tabe olduğunu bildirdi. Suriya və Misirin alınması Osmanlıların iqtisadi baxımdan güclənməsi ilə nəticələndi. Səlim güclü, nüfuzlu, alim Köləmən bəylərini və xəlifə Mü-təvəkkil Ələllahı İstanbula gətirdikdən sonra ondan xilafəti təslim aldı.
Misir səfəri əsnasında Osmanlı donanmasındakı çatışmazlıqları görən Yavuz Səlim, Xəlic limanının yenidən bərpası və 150 gəminin düzəldilməsi əmrini verdi. Bununla da donanmanı gücləndirməyə başladı.
 
Səlimin Vəfatı və Şəxsiyyəti
İstanbula qayıdan Yavuz Səlim bir müddət dövlət işlərilə məşğul olandan sonra, Ədiməyə getmək üçün yola çıxdı. Çorluya çatdı. Orada 40 gün müalicə olundu. Tezliklə 1520-ci ildə vəfat etdi. Vəfat edərkən 51 yaşı vardı.
Yavuz Səlim tündməcaz və çox əsəbi bir insan idi. Hətta danışarkən əsəbindən bəzi cümlələri dəfələrlə yenidən təkrar edərdi. Bir məsələ haqqında son qərarı verdikdən sonra bu qərarı əsla dəyişməz və bu qərarına qarşı gələnləri də öldürürdü. Onun mükəmməl cəsus şəbəkəsi vardı. Onlar vasitəsilə ölkənin daxilində və xaricində baş verənlər haqqmda ətraflı məlumat toplaya bilirdi. Səlimin elm məclislərinə dəyərli alim və şairlər də qatılırdı. Vaxt tapanda mütaliə ilə məşğul olardı. Ədəbiyyata böyük marağı olan Sultanın fars və türkcə şeirləri vardır. Osmanlı sultanlarının elm baxımından ən yüksəklərindəndir. Şair, filosof və mütəsəwif idi. Suriya, Fələstin, Misir və Hicazı ələ keçirərək sərhədləri genişləndirmişdi. Kamal paşazadənin dediyi kimi qısa zamanda çox iş görmüşdür.
 
Qanuni Süleymanm Hakimiyyəti (1520-1566)
Yavuzun tək varisi Osmanlı dövlətinin başına gələrkən yaxşı yetişdirilmişdi. Ədalətli hakimiyyəti ilə dövlətin ömrünü uzatmışdır. Baş vəziri Piri Məhməd paşa idi. Qanuni ilk Macarıstan səfərini Piri paşanın məsləhətilə Belqraddan başladı. Şəhər üçüncü mühasirədən sonra Osmanlıların əlinə keçdi. Artıq mərkəzi Avropaya gedən yol açılmışdı.
 
Rodosun Fəthi
Rodos adası Senjan krallığının əlində idi. Anadoluya çox yaxın olan bu adalardan İslam ərazilərinə tez-tez hücumlar edilirdi. Üstəlik dəniz ticarətinə də mane olurdular. Bu səbəblə ora ələ keçirilməli idi. Səlimin dövründə yenilənən Osmanlı donanması güclənmişdi. Qurdoğlu Müslihiddin rəisin də olduğu 400 hərbi və 300 minik gəmisi ilə Rodos mühasirəyə alındı. Adaya əsgərlər çıxarıldı. Padşah quru yolu ilə Mar-marisə gələrək oradan Rodosa keçdi. Ada 5 ay 25 gün mühasirədə qalandan və 20 min şəhid veriləndən sonra 1522-ci ildə tutuldu. Səfərdən dönəndən sonra Qanuni, Piri Məhməd paşanın yerinə İbrahim ağanı vəzir təyin etdi.
 
Moxaç Müharibəsi
Osmanlıların Rumeliyə gəldiyi gündən bu tərəfə Macarlar Səlib-çilərə rəhbərlik edirdi. Bu müharibə nəticəsində isə həmin krallıq tarix səhnəsindən silinəcəkdi. Macarıstan, Belqradın alınmasından sonra da hücumlara davam edirdi. Macar kralı II Layoş alman, çex, İtaliya və is-panyalılardan topladığı 70 mini zirehli olan 150 minlik ordu ilə Moxa-ça gəldi. Səlibçilər zincirlərlə bir-birlərinə bağlanmışdılar. Osmanlı ordusunun sayı 100 mindən artıq idi. 1526-cı ildə Moxaçda baş verən müharibədə Macarlar məğlub olaraq tarix səhnəsindən silindilər. Bunun ardından Budin fəth edildi. Həmin illərdə Qazan və Astarxan xanlıqları da Osmanlıya tabe oldular.
 
Vyananın Mühasirəsi Avstriya Səfərləri
Almaniya-Avstriya imperatoru Şarlkenin qardaşı Ferdinandın Macar torpaqlarına hücumu və özünü kral elan etməsi səbəbilə, Sultan Süleyman bura yürüş təşkil etdi. Qanuni Ferdinand və qardaşı döyüşə gəlmədiklərindən planda olmadığı halda 1529-cu ildə Vyana şəhərini mühasirəyə aldı. Mühasirə toplan Belqradda qaldığı üçün 19 gün sonra mühasirə dayandınldı.
Qanuni 1531-ci ildə yenidən Avstriya səfərinə çıxdı. Şarlken və qardaşı yenə ondan qaçdılar. Moxaç müharibəsi onlan yaman qorxutmuşdu. Osmanlı ordusu çəkiləndə hücum edir, gələndə isə qaçırdılar. 1533-cü ildə Avsrtiya ilə sülh müqaviləsi imzalandı. Osmanlılann Qanuni dövrü, Almaniya-Avstriya səfərləri 1541-1543-cü illərə qədər davam etdi və bu əsnada bir çox yerlər tutuldu.
 
Barbaros Xeyrəddin Paşa və Preveze Dəniz Müharibəsi
Barbaros qardaşları Aralıq dənizində güclənərək Əlcəzairi ələ keçirmiş və nəticədə məşhurlaşmışdılar. Qanuninin istəyi ilə Barbaros Xeyrəddin paşa, bütün ordusu və gəmiləri ilə bərabər Osmanlılara tabe oldu. 1534-cü ildə “Kapitani-dərya” elan edildi. Balear adalarına qədər irəliləyən Xeyrəddin paşa, 1538-ci ildə Andre Donanın əmrindəki Avropa dövlətlərindən toplanmış 308 böyük, 600 balaca gəmidən ibarət xristian donanmasını Prevezede böyük bir məğlubiyyətə uğratdı. Preveze türklərin dənizdə qazandıqlan ən böyük qələbədir.
Bu qələbədən sonra Şarlken, Osmanlılara aid olan və Barbarosun əmrindəki Əlcəzairə hücum etdi. Lakin 1541-ci ildə məğlub oldu.
Dəniz zəfərlərindən biri də Barbarosun Fransaya Şarlkenə qarşı etdiyi səfərdir. Bundan sonra Barbarosun oğlu Həsən paşa ilə dostu Saleh paşa Mərakeş və Liviyanı Osmanlıya birləşdirdi.
 
Cərbə Zəfəri
Cərbə adası xristianların əlində idi. Onu çox yaxşı mühafizə edirdilər. 1560-cı ildə Piyalə paşanın əmrindəki Osmanlı donanması Cərbəyə tərəf hərəkədə keçdi. Dəniz döyüşündə Don Juanın əmrindəki xristian donanmasının 70 gəmisi batırıldı, 47-si isə ələ keçirildi. Qırmızı dəniz və Hind okeanında da Osmanlı gəmiləri üzməyə başladı.
 
İraq və İran Səfərləri
Bağdad xanı Zülfuqar xan Bağdadın açarlarını Qanuniyə göndərdi. Bunu eşidən Səfəvi hökmdarı Təhmasib Bağdada hücum edərək şəhəri tutdu. Bunu görən Qanuni, İbrahim paşanı İsgəndər Çələbi ilə İrana göndərdi. Ordu Təbrizə gəldi. Qışı orada keçirdilər. Qanuni özü də bu səfərdə iştirak edirdi. Bağdad geri alındı. Bununla da Bağdad Osmanlı torpaqlarına qatıldı. Nəticədə Səfəvilərlə Osmanlı arasında düşmənçilik artdı.
Şah Təhmasibin qardaşı Əlqas Mirzə hakimiyyət iddiasına düşərək Osmanlılara pənah gətirdi. Onun təşviqi ilə Səfəvilərə qarşı səfərə başlanıldı. Təbriz ələ keçirildi. Gürcüstandakı Tortum da tutuldu. Şahdan bir xəbər gəlmədiyindən ordu geri çəkildi. Osmanlıların geri çəkilməsindən sonra Təhmasib, onlara aid Ərciş, Adilcəvaz, Ahlat və ətraf əraziləri geri aldı. Buna görə Qanuni yenidən İrana səfər etdi.
Qanuni bu əsnada arvadı Xürrəm sultan, qızı Mihrimah və yeznəsi Rüstəm paşanın iftira və yalanları nəticəsində hakimiyyət iddia edir bəhanəsilə 1553-cü ildə 39 yaşlı oğlu Mustafanı boğdurtdu. Bu vaxt padşahın 60 yaşı vardı. Yenidən İrana hücum etdi. Lakin Təhmasib yenə yoxa çıxdı. Naxçıvan, İrəvan və Qarabağ 1554-cü ildə tutuldu. 1555-ci ildə 37 il davam edən Osmanlı-Səfəvi müharibələri Amasya sülh müqaviləsi ilə sona çatdı. Müqaviləyə əsasən Azərbaycan, Təbriz, İraq və Şərqi Anadolu Osmanlılarda qaldı. Bu müqavilə 1576-cı ildə Təhmasibin ölümünə qədər davam etmişdir.132
 
Sigetvar Səfəri, Qanuninin Vəfatı və Şəxsiyyəti
Qanuni 1566-cı ildə 13-cü və son səfərinə çıxdı. Bu vaxt onun 71 yaşı vardı və xəstə idi. On ildir səfərə çıxmırdı. Baş vəziri Sokullu Məh-məd paşa idi. Sigetvar qalası mühasirəyə alındı. Elə bu mühasirə əsnasında da Qanuni vəfat etdi. Ölümü gizli saxlanıldı. Hakimiyyətinin 46-cı ilin bitməsinə 15 gün qalmışdı. Osmanlının ən uzunömürlü hökmdar-lanndandır. Sigetvar gec olsa da fəth edildi.
Osmanlı mədəniyyəti bu dövrdə ən yüksək səviyyəyə çatdı. Qanuni bir çox müsbət keyfiyyətləri özündə birləşdirən, elm və sənət vurğunu bir padşah idi. Həmçinin özü də bir şair idi. Onun dövründə yaşamış alimlərdən bəziləri bunlardır: Kamal Paşazadə, Əbus Suud, Cəlalzadə Saleh Çələbi və başqaları.
Onun dövründə bəzi mənfi hərəkətlər də olmuşdur. Dövlət idarəçiliyə ilk dəfə qadın idarəçi gətirmişdir. Bu isə dövlət üçün zərərli olmuşdur. Şahzadə Mustafanın edamı haqsızlıqdan əlavə, dövlətin inkişafina da mane olmuşdur. Bundan əlavə onun ən yaxşı oğlanlarından olan Bəyazidin də öldürülməsi dövlətin etdiyi mənfi hərəkətlərdən biri idi. Qanuni bundan əlavə xalqın sevmədiyi Rüstəm paşanı iqtidarda saxlamış, Piri paşa kimi dəyərli bir vəzirini isə işdən azad etmişdir.
 
II Səlimin Hakimiyyəti (1566-1574)
Hələ Qanuninin sağlığında onun Xürrəm sultandan olan oğlanları Bəyazid və Səlim arasında hakimiyyət uğrunda mübarizə başladı. Qanuni Səlimin tərəfində idi. Bəyazid üsyan etdi və məğlub oldu. Bundan sonra İrana qaçdı. Nəticədə çoxlu qızıl verilərək gətirildi və öldürüldü. Bununla da Osmanlı taxtı II Səlim kimi, Qanuninin ən qabiliyyətsiz oğluna qaldı. Hakimiyyətə gəldikdən sonra dövlət işlərini baş vəzir Sokullu Məhməd paşaya buraxdı. II Səlim çox nadir hallarda dövlət işlərinə müdaxilə edirdi. Sokullu paşa da dövləti diktator kimi idarə edirdi. Onun dövründə Yəmən yenidən işğal olundu. 1568-1569-cu illərdə Misir donanması ilə Qurdoğlu Xızır Xeyrəddin rəis İndoneziya səfərinə çıxdı. 1569-cu ildə Şimali Sumatra, Sinqapur, Cənub-qərbi Malaziya bu səfər nəticəsində Osmanlıya tabe edildi.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh